Semiotika v
ə işarələr mədəniyyəti – Semiotika yunan mənşəli söz
olub, m
ənası işarə, əlamət anlamına gəlir. Semiotika məhz təbiət və
c
əmiyyətdəki işarələr, işarələr sistemi, simvollar haqqında elm olsa da, bu
simvollar
əslində insani münasibətləri öyrənməyə yönəlmişdi. Elə buna
görə də çox zaman bu elmə metodoloji prinsip kimi yanaşılmışdır. Hətta
semiotikanı “nəzəriyyənin beynəlxalq dili”, “metodlar metodu” adlandıranlar
da olmuşdur. Semiotik strukturlar onunla fərqlənir ki, onlar ikilidir, sanki iki
strukturun super v
əziyyətidir: bir tərəfdən, ifadə strukturları (səslər, xətlər,
r
ənglər), digər tərəfdən məzmun strukturları (məna). İfadə və məzmun
strukturu ar
asındakı əlaqə semiotik əlaqə adlanır. Bu səbəbdən semiotika
t
əkcə təbii deyil, həm də digər dilləri tədqiq edən elmdir. Bir elm kimi XIX
əsrin sonlarında təşəkkülü, XX əsrin əvvəllərində formalaşması haqqında
m
əlumat verilir. Hələ XVII əsrdə Con Lok semiotikanın mənasını anlamış,
mahiyy
əti işarələr vasitəsi ilə digərlərinə ötürmə mexanizmini hazırlamağa
c
əhd göstərmişdir. Semiotika elminin banisi isə amerikan filosofu Çarlz
Sender Pirs v
ə isveç linqvisti Ferdinand de Sösür hesab olunur. Qorninin
“Semiotika nədir?” sualına cavabı maraqlıdır. Alim etiraf edir ki, uzun illər
bu sualın cavabını axtaranda gördüm ki, ona cavab vermək o qədər də
asan deyilmiş. Anladım ki, heç kəs dəqiqliklə semiotikanın nə olduğunu, nə
il
ə məşğul olduğunu deyə bilməz. Semiotika filologiya ilə fəlsəfə arasında
q
ərar tutan bir elm sahəsidir. Onun özünün spesifik,tədqiqat obyekti olmasa
da, semiotikanın işarələr və işarələr sistemi vasitəsilə bütün əşyalara,
predmetl
ərə, hadisələrə nəzər salıb onları dəyərləndirmək mümkündür.
Ancaq
əşyalar və onları simvollaşdıran işarələrin, rəmzlərin hüdudlarını
müəyyənləşdirmək o qədər də asan məsələ deyildir.
Dostları ilə paylaş: |