18
min görünməzliyi, tərcümədə dəqiqlik, aydınlıq və təbiilik aspektləri əsas
götürülür.
Selincer əsərdə hadisələri öz qəhrəmanının dilindən təsvir edir, odur
ki, biz Holdeni düşdüyü bütün situasiyalarda görə bilirik və onun hadisə-
lərə, ətrafindakı insanlara münasibəti bir növ onun özünü biruzə verməsi ki-
mi başa düşülə bilər. Bu kimi obrazların tərcüməsi mütərcimdən xüsusi pe-
şəkarlıq tələb edir. O, hədəf dildə obrazı olduğu kimi, real şəkildə canlan-
dırmaq üçün onun zahiri portretini yaratmalı, ictimai mühit və insanlarla
münasibətdəki dinamikasını təsvir etməli və obrazın danışıq üslubunu, tər-
zini saxlamalıdır. Lakin adı çəkilən əsərdə buna nail olmaq o qədər də asan
deyil, burada əsərin qəhrəmanı 16 yaşlı amerikalı yeniyetmədir, o yaşadığı
dövrə xas yeniyetmələrin danışdığı bayağı, söyüş xarakterli, vulqar söz və
ifadələrdən geniş istifadə edir. Azərbaycanlı oxucu üçün belə bir mək-
təblinin dilində bu kimi sözlər heç də məqbul qarşılanmır. Bundan başqa,
din, mədəniyyət və mənəviyyat fərqləri də əsərdəki bəzi məqamların adek-
vat transformasiyasına imkan vermir. Əsərdə müəllif qəhrəmanın dili ilə bir
çox söyüşlərdən istifadə edir. Əslində, bu, o dövrün Amerika mühitində ya-
şayan yeniyetmələrin əksəriyyətinə xas olan bir xüsusiyyətdir. Lakin Ame-
rika mühitində tam təbii qəbul edilən bu sözlər, Azərbaycanda, xüsusilə
əsərin tərcümə olunduğu dövrdə məktəblinin dilinə xas olmayan sözlər idi.
Burada müəyyən ideoloji faktorlarla yanaşı, mədəniyyət, mütərcimin
özünüsenzurası kimi amillər əsas rol oynayır. Ona görə də bu sözlər tərcü-
mədə çox vaxt ya buraxılmış, ya ümumiləşdirilərək daha neytral sözlərlə,
evfimizmlərlə ifadə olunmuşdur. Nəticədə isə Selincerin qəhrəmanının tam
əksi olan bir Holden qarşımıza çıxır. Holdenin dilində çox tez-tez işlənən
Dostları ilə paylaş: