14
onun peşəkarlığından asılıdır. Mütərcim tərcümə zamanı hər zaman hədəf
oxucusunu düşünür və çalışır ki, həmişə tərcümə etdiyi mətn oxucu üçün
asan, anlaşıqlı olsun, onun mədəniyyətinə və dünyagörüşünə uyğunlaş-
dırsın. Bu baxımdan, reali və kultural sözlərin tərcüməsində həm semantik
adekvatlığın təmin edilməsi, həm də hədəf oxucunun belə sözləri tanı-
masını, onların ifadə etdiyi mənanı bilməsi üçün mütərcimlər müxtəlif tər-
cümə üsullarından istifadə edirlər (transkripsiya, transliterasiya, kalka, təs-
viri tərcümə və s.). Bəzən isə mütərcimlər metonomiya və metafora kimi
ifadə vasitələrinin, eləcə də bəzi yer adlarının, inzibati idarə və təşkilat ad-
larının tərcüməsində izahlara, qeydlərə geniş yer verirlər:
“There was hardly a politician he had heard of who knew the
difference between heterodoxy and heterodyne, and that included his
kinsmen in Capitol Hill, USA”
1
“ABŞ-da Kapitoli təpəsindəki (Amerika konqresinin binası burada
yerləşir) həmvətənləri də daxil olmaqla elə bir dövlət xadiminin adını
eşitməmişdi ki, heterodinlə heterodoksun fərqini bilsin.”
2
Burada mütərcim qeydlərini mətn daxilində, aid olduğu sözdən sonra
mötərizədə verməklə hədəf dilin oxucusu üçün mənanı aydınlaşdırır.
Birinci fəsildə semantik adekvatlıq və onun tərcümədə təmin edilməsi
ilə bağlı həm nəzəri fikirləri, həm də dilimizə tərcümə edilmiş əsərlər üzə-
rində apardığımız təhlilləri ümumiləşdirərək qeyd edə bilərik ki, tərcümə
prosesinin əsas iştirakçısı kimi mütərcimin ekstralinqvistik biliklərə malik
olması çox mühüm əhəmiyyət kəsb edir. Əgər mütərcim məxəz və hədəf
dilin daşıyıcılarının müxtəlif ekstralinqvistik biliklərini nəzərə almasa, ən
dəqiq tərcümə belə istənilən təsiri bağışlaya bilməz, çünki tərcümə nəzərdə
tutulduğu insanlar üçün anlaşılmaz qalacaqdır. Məhz praqmatik amil tər-
cümədə tam adekvatlıq əldə etmək üçün mühüm şərtlərdən biridir. Hədəf
mətndə mənanın təhrifi və ikimənalılığın səbəbi məxəz dildəki leksik vahi-
din praqmatik mənasının hədəf dildə semantik baxımdan qeyri-adekvat lek-
sik vahidlə ifadə edilməsidir.
İkinci fəsil (
“İngilis dilindən Azərbaycan dilinə tərcümələrdə kom-
Dostları ilə paylaş: