7
pa bilməməsi, qismən tapması və sair müəyyənləşdirilir, adekvat tərcümə-
nin əsas sütunu hesab edilən leksik, frazeoloji və üslubi elementlərin (bədii
ifadə və təsvir vasitələrinin) uyğunluğunun nə dərəcədə təmin edilməsi
amilləri təhlil edilir və ümumiləşdirmələr aparılır. Müqayisəli tərcümə təh-
lili metodu tərcümə nəzəriyyəsinin elementlərini özündə ehtiva etməklə ya-
naşı, təhlil obyektinə ədəbi tənqid, üslubiyyat və koqnitiv dilçilik kimi sa-
hələrin də elementlərini cəlb edir. Bu baxımdan, tədqiqat zamanı təhlil edi-
lən tərcümələr təkcə linqvsitik amillər prizmasından deyil, həm də sosio-
kulturoloji, sosio-tarixi aspektdən, tərcümə olunan əsərlərin Azərbaycan
ədəbiyyatına daxil olduğu dövr (Sovet hakimiyyəti və ya müstəqillik döv-
ründə) baxımından, həmin dövrlərdəki mövcud ideoloji və siyasi təsirlər,
eləcə də mütərcimlər tərəfindən seçilmiş tərcümə strategiyaları baxımından
da təhlil edilmişdir.
Dostları ilə paylaş: