6
mişdir. Bu baxımdan, tədqiqat işində qarşıya qoyulan məqsədə çatmaq
üçün əldə edilən nəticələr gələcəkdə bu istiqamətdə daha geniş və dolğun
tədqiqatlar aparmaq üçün tələbə və mütərcimlərə yol göstərəcəkdir.
Tədqiqatın nəzəri əhəmiyyəti aşağıdakılardan ibarətdir:
1) aparılmış tədqiqat zamanı tərcümə nəzəriyyəsinin müxtəlif dövrlə-
rinə aid nəzəri müddəa və fikirlərə istinad edilməklə adı çəkilən nəzəriy-
yənin konkret aspektlərini, o cümlədən adekvatlıq problemini izah etməklə
yanaşı, dissertasiya müəllifinin ümumiləşdirmələr apararaq əldə etdiyi nə-
zəri nəticə və müddəaları əlavə etməklə qeyd olunan elm sahəsinin inkişa-
fına töhfə verə bilər;
2) tədqiqat zamanı əldə olunan nəticələr tərcümə nəzəriyyəsinin möv-
cud qanun və prinsiplərinə əsaslanmaqla bərabər, onlara konkret praktik
fəaliyyət prosesində, eləcə də tərcümə təhlili zamanı istinad etmək imkanını
təmin edir;
3) tədqiqatın nəzəri əhəmiyyəti tədqiqat zamanı tərcümə modellərini
işləyib hazırlamaqdan və nəticə etibarı ilə milli tərcümə nəzəriyyəmizin in-
kişafına töhfə verməkdən ibarətdir. Müqayisəli təhlillər nəticəsində əldə
edilmiş nəticələr nəzəri baxımdan istinad obyektinə çevrilməklə yanaşı, gə-
ləcəkdə bu sahədə aparılacaq tədqiqatlara da yol aça bilər.
Dostları ilə paylaş: