4. Seqment Hesabatının Təhlili.
Bir çox iri şirkətlər müxtəlif malları istehsal edir, geniş sahədə xidmətlər göstərir, hansı ki, bu özünün texniki səviyyəsinə görə, rentabellik və digər şərtlərə görə fərqlənir. Bundan başqa, müxtəlif coğrafi regionlarda malların, məhsulların, iş, xidmətlərin satışı həyata keçirilir, hansı ki, həmçinin özünün xüsusiyyətləri (sorğu, istehlakçıların gəlirləri, sosial-iqtisadi səviyyə və digər şərtlər) vardır. Bu xüsusiyyətlər haqqında informasiyalar maliyyə hesabatı istifadəçiləri üçün xeyli maraq doğurur, belə ki, o imkan verir:
- müəssisəni keçən fəaliyyətinin nəticəsini yaxşı başa düşməyə;
- müəssisənin riskini və mənfəətini düzgün qiymətləndirməyə;
- gələcəkdə müəssisə ilə münasibətdə daha əsaslandırılmış qərarlar qəbul edilməsinə imkan verir.
Bununla əlaqədar seqment hesabatının formalaşdırılmasına tələbat meydana gəlir, bunun köməyi ilə hər bir biznes seqmentinin keyfiyyətini qiymətləndirmək olar. Seqment hesabatının təhlilində istifadə olunan əsas anlayışları nəzərdən keçirək.
Seqment (lat. seqmentum) nə üçün və ya parça hissəsidir deməkdir. Bu anlayış mühasibat uçotuna uyğun olaraq o cəhətdən istifadə olunur ki, müəssisə fəaliyyətinin ayrı-ayrı hissələri (seqmentləri)) haqqında məlumatları mühasibat hesabatında ayrılıqda açıqlamaq lazımdır. Belə hissələr (seqmentlər) müxtəlif malların, işlərin, xidmətlərin istehsalı və satışı haqqında məlumatlar yaxud müxtəlif regionlarda bir mal növünün satışı haqqında məlumatlar ola bilər.
Dostları ilə paylaş: |