Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti faküLTƏ 02. “İQTİsadiyyat


İqtisadi subyektlərin əsas üstünlükləri



Yüklə 71,28 Kb.
səhifə7/12
tarix22.04.2022
ölçüsü71,28 Kb.
#56045
1   2   3   4   5   6   7   8   9   ...   12
Kənan kurs işi

İqtisadi subyektlərin əsas üstünlükləri:

- sabit xərclərin o cümlədən idarəetmə aparatının saxlanılması xərclərinin azaldılması;

- istehsal, satış və maliyyə əməliyyatlarının mərkəzləşmiş qaydada tənzimlənməsi

- aktivlərlə vahid idarəetmə.

Qrupa daxil olan bu cür müəssisələrin sıx iqtisadi əlaqələri vardır, yekdil maliyyə, istehsal, marketinq siyasəti aparır, malların və xidmətlərin bazarında birgə hərəkət edir, onların əməliyyatlarının həyata keçirilməsi vahid nəzarət altında olur, iqtisadi informasiyanın istifadəçiləri bütünlükdə müəssisələr qrupunun fəaliyyətinin nəticələrinə dair xeyli maraq göstərirlər. Belə informasiyaların mühüm mənbəyi birləşdirilmiş (konsolidə edilmiş) hesabatdır.

Birləşdirilmiş (konsolidə edilmiş) hesabat eyni qrupa daxil olan, qarşılıqlı əlaqələrin müəssisələrin mühasibat hesabatı göstəricilərin birləşməsi yolu ilə formalaşır və hesabat tarixinə bütünlükdə qrupun əmlak və maliyyə vəziyyətini, həmçinin hesabat dövrü ərzində qrup fəaliyyətinin maliyyə nəticələrini xarakterizə edir.


Beləliklə, birləşdirilmiş (konsolidə edilmiş)hesabatı mühasibat hesabatının ənənəvi olmayan növünü, özünə xas olan xüsusiyyəti özündə əks etdirir, belə ki,

1) müəssisələr qrupunun, yəni bir hüquqi şəxsin yox, bir neçə hüquqi şəxsin əmlak və maliyyə vəziyyəti haqqında informasiyalar olur;

2) müəssisələr qrupunun mühasibat uçotunun yox fərdi hesabat məlumatları əsasında tərtib edilir. Qrup üzrə birləşdirilmiş ( konsolidə edilmiş) uçot aparılmır. Birləşdirilmiş ( konsolidə edilmiş) hesabatının hazırlanması zamanı aşağıdakı prinsiplərə riayət edilməlidir:

Vahid tərtib edilmə tarixi;

■ Vahid pul ölçüsü (adətən vahid valyuta əsas müəssisənin hesabatının valyutası qəbul edilir;

■ Balans maddələrinin vahid qiymətləndirmə metodu (qiymətləndirmənin unifikasiyası);

■ Konsolidasiya metodunun istifadə müddəti;

■ informasiyaların bütövlüyü (əsas müəssisədə tutduğu xüsusi çəkidən asılı olmayaraq tam həcmdə əsas müəssisənin və törəmə təşkilatlarının bütün aktivlərinin , passivlərinin , gəlirlərin və xərclərin birləşdirilmiş (konsolidə edilmiş hesabatlara daxil edilməsinin zəruriliyi. Birləşdirilmiş (konsolidə edilmiş) hesabatlarda xüsusi çəkisi az olanlar ayrıca sətirdə göstərilməlidir);

■ İnformasiyaların əhəmiyyətliliyi ( birləşdirilmiş hesabatlar informasiya istifadəçiləri üçün ancaq əhəmiyyətli olmalıdır. Əgər onlar hesabat dövrü ərzində qrup fəaliyyətinin maliyyə vəziyyəti və maliyyə nəticələri haqqında təqdim edilmənin formalaşmasına əhəmiyyətli təsir etmirsə törəmə (asılı) müəssisələr haqqında məlumatlar birləşdirilmiş (konsolidə edilmiş) hesabata daxil edilmir. Qanunvericiliyə görə, əgər törəmə müəssisələrin həcmi qrup kapitalının həcminin 3 %-ni keçmirsə birləşdirilmiş hesabat qrupuna daxil edilən digər törəmə müəssisələrin kapitalı ilə yekunda – qrup kapitalının həcminin 10 %-ni ötüb keçmirsə, belə törəmə müəssisəsinin göstəriciləri qrupun birləşdirilmiş (konsolidə edilmiş) hesabatına ola bilər ki, daxil edilməsin;

■ Səmərəlilik (nə vaxt o mühasibat uçotunun səmərəli aparılmasının tələblərinə zidd deyilsə, törəmə müəssisəsi haqqında məlumatlar qrupun birləşdirilmiş (konsolidə edilmiş) hesabata daxil edilməsi mümkündür. Əgər belə ziddilik əmələ gələrsə, onda törəmədə əsas müəssisənin iştirakçısının qiymətləndirmə dəyəri maliyyə qoyuluşu kimi əks etdirilməlidir.

19 N-li Milli Mühasibat Uçotu Standartlarına əsasən birləşmə (konsolidasiya) prosedurları aşağıdakılardan ibarətdir:

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayarkən müəssisə, analoji aktiv, öhdəlik, kapital, gəlir və xərc maddələrini sətirbəsətir toplamaqla əsas müəssisənin və onun törəmə müəssisələrinin maliyyə hesabatlarını birləşdirir. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında qrup haqqında maliyyə məlumatlarının vahid iqtisadi subyekt kimi təqdim edilməsi üçün aşağıdakı addımlar atılmalıdır:

(a) əsas müəssisənin hər bir törəmə müəssisəyə qoyduğu investisiyanın balans dəyəri və əsas müəssisənin hər bir törəmə müəssisənin kapitalındakı payı ləğv edilir (18 N-li Milli Mühasibat Uçotu Standartı müəssisələrin birləşməsi nəticəsində yaranan hər hansı qudvilin uçotda əks etdirilməsini göstərir);

(b) birləşdirilmiş (konsolidə edilmiş) törəmə müəssisələrin hesabat dövrü üzrə mənfəət ya zərərində azlıqların payı müəyyənləşdirilir; və

(c) birləşdirilmiş (konsolidə edilmiş) törəmə müəssisələrin xalis aktivlərindəki azlıqların payı əsas müəssisənin onlarda olan səhmdar payından ayrıca olaraq müəyyənləşdirilir. Xalis aktivlərdəki azlıqların payı aşağıdakılardan ibarətdir:

(i) ilkin birləşmə tarixində 18 N-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq hesablanmış həmin azlıqların payı; və (ii) birləşmə tarixindən etibarən azlıqların kapitalda dəyişikliklər üzrə payı.

Potensial səsvermə hüquqları mövcud olduqda, əsas müəssisəyə və azlıqların payına aid edilən mənfəət və ya zərərin və kapitalda dəyişikliklərin nisbəti cari mülkiyyət maraqları əsasında müəyyənləşdirilir və potensial səsvermə hüquqlarının mümkün icrasını və ya konversiyasını əks etdirmir.

Qrupdaxili qalıqlar, əməliyyatlar , gəlir və xərclər bütövlükdə ləğv edilir. Qrupdaxili əməliyyatlardan yaranan və ehtiyatlar və əsas vəsaitlər kimi aktivlərin tərkibində tanınan mənfəət və zərərlər bütövlükdə ləğv edilir.

Qrupdaxili zərərlər birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında tanınmalı olan qiymətdən düşməni göstərə bilər. Qrupdaxili əməliyyatlar nəticəsində mənfəət və zərərlərin ləğv edilməsindən yaranan müvəqqəti fərqlərə “Təxirə salınmış mənfəət vergisi üzrə” 4 N-li Milli Mühasibat Uçotu Standartı tətbiq edilir.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan əsas müəssisənin və onun törəmə müəssisələrinin maliyyə hesabatları eyni hesabat tarixinə hazırlanmalıdır. Əsas müəssisə ilə törəmə müəssisənin hesabat tarixləri arasında fərq olduqda, törəmə müəssisə konsolidasiya məqsədləri üçün əsas müəssisənin hesabat tarixinə uyğun olan əlavə maliyyə hesabatlarını hazırlayır (bunun mümkün olmadığı hallar istisna olmaqla).

Hazırkı Standartın 21-ci maddəsinə uyğun olaraq, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması zamanı istifadə olunan törəmə müəssisənin maliyyə hesabatları əsas müəssisənin maliyyə hesabatlarının hazırlandığı hesabat tarixindən fərqli tarixə hazırlandıqda, həmin tarixlə əsas müəssisənin maliyyə hesabatlarının tarixi arasında baş verən əhəmiyyətli əməliyyatlar və ya hadisələrin təsiri ilə bağlı düzəlişlər edilməlidir. İstənilən halda, törəmə müəssisənin və əsas müəssisənin hesabat tarixləri arasındakı fərq 3 (üç) aydan artıq olmamalıdır. Hesabat dövrlərinin müddəti və hesabat tarixləri arasındakı hər hansı fərqlər müxtəlif dövrlərdə eyni olaraq qalmalıdır.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları oxşar əməliyyatlara və oxşar hallarda baş verən digər hadisələrə vahid uçot siyasətinin tətbiq edilməsilə hazırlanmalıdır. Əgər qrupun üzvü olan müəssisə oxşar əməliyyatlara və oxşar hallarda baş verən digər hadisələrə qəbul olunmuş uçot siyasətindən fərqli uçot siyasətini tətbiq edərsə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hazırlanarkən onun maliyyə hesabatlarına müvafiq düzəlişlər edilməlidir.

Törəmə müəssisənin gəlir və xərcləri, 18 N-li Milli Mühasibat Uçotu Standartında göstərildiyi kimi, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına alış tarixindən başlayaraq daxil edilir. Törəmə müəssisənin gəlir və xərcləri, əsas müəssisənin törəmə müəssisə üzərində nəzarəti itirdiyi tarixə qədər birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına daxil edilir. Törəmə müəssisənin xaric olmasından əldə olunan daxilolmalar ilə onun xaricolma tarixinə olan balans dəyəri arasındakı fərq, o cümlədən törəmə müəssisəyə aid olan və “Xarici valyuta məzənnələrində dəyişikliklərin uçotu üzrə” 22 Nli Milli Mühasibat Uçotu Standartına uyğun olaraq, kapitalda tanınan hər hansı mübadilə fərqlərinin ümumi məbləği, birləşdirilmiş (konsolidə edilmiş) mənfəət və zərər haqqında hesabatda törəmə müəssisənin xaricolması üzrə mənfəət və ya zərər kimi tanınır.



Yüklə 71,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin