Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi


Cədvəl 2.7 ASİ indeksi üzrə qeydə alınmış göstəricilər



Yüklə 419,87 Kb.
səhifə45/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   41   42   43   44   45   46   47   48   ...   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

Cədvəl 2.7 ASİ indeksi üzrə qeydə alınmış göstəricilər


İllər





İllər





1995

0,347864

0,83381

2005

0,128139

0,551461

1996

0,257464

0,766142

2006

0,075115

0,48748

1997

0,316896

0,822031

2007

0,130749

0,70295

1998

0,244578

0,787328

2008

0,022563

0,773558

1999

0,158004

0,738393

2009

0,050854

0,70405

2000

0,095994

0,643564

2010

0,042823

0,731766

2001

0,0581

0,670223

2011

0,045932

0,823744

2002

0,075203

0,679032

2012

0,053699

0,778648

2003

0,089397

0,638522

2013

0,05453

0,748963

2004

0,102633

0,57706

2014

0,063309

0,769665










2015

0,103977

0,770049
Qeyd: Azərbaycanın ümumi ixrac portfelinə neft və neft məhsulları daxil edildikdə alınan əmsalları, isə Azərbaycanın ümumi ixrac portfelinə neft və neft məhsulları daxil edilmədikdə alınan əmsalları ifadə edir.

Mənbə: Cədvəl ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.

CR indeksindən fərqli olaraq ASİ indeksi seçilən periodda bütün illər və qeyd olunan mal qrupları üçün ayrıca hesablanaraq toplanılır. Azərbaycan üçün 1995-2015-ci illər periodunda seçilmiş 16 məhsul üçün ASİ indeksi qiymətləndirilmişdir. Burada da müqayisəli təhlillər aparmaq asan olsun deyə əvvəlki indeksdə olduğu kimi qiymətləndirilmədə iki yanaşma seçilmişdir. Ölkə üzrə toplam ixracda neft və neft məhsullarını nəzərə almaqla qiymətləndirilmə və yalnız qeyri-neft ixracı üzrə qiymətləndirmə.

Cədvəl 2.7-də müəyyən olunan göstəriciləri qrafik şəklində təsvir etsək ümumi olaraq hərəkət trendini daha aydın şəkildə müşahidə edə bilərik:



Qrafik 2.5 Azərbaycanın qeyri-neft ixracı üzrə ixtisaslaşma trendləri (ümumi ixracda neft və neft məhsulları nəzərə alındıqda)

Mənbə: Qrafik ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.



Qrafik 2.6 Azərbaycanın qeyri-neft ixracı üzrə ixtisaslaşma trendləri (ümumi ixracda neft və neft məhsulları nəzərə alınmadıqda)

Mənbə: Qrafik ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.

Yuxarıda da qeyd etdiyimiz kimi ASİ indeksi əmsalının sıfıra yaxın olması ölkə ixrac portfelinin bir və ya bir neçə əsas mal qruplarına əsaslandığını, yəni diversifikasiya səviyyəsinin zəifliyini ifadə edir. Qrafik 2.5-ə nəzər yetirsək görərik ki, seçilən 16 əsas ixrac məhsulu timsalında bu indeksi qiymətləndirəndə , hərəkət trendi əsasən 2001-ci ildən etibarən sıfıra yaxın ətraflardadır. Bunun əsas səbəbi isə seçilən 16 ixrac məhsulunun qeyri-neft ixrac məhsulları olması, yəni neft sektoru məhsullarının bu seçilmiş məhsullar arasında yer almamasıdır. Bu səbəbdən indeksi qiymətləndirəndə burada real mənzərəni müşahidə edə bilmirik. Çünki indeks əmsalı yerdə qalan neft məhsullarının ixrac rəqəmlərini yalnız neft sektoruna aid olmasını müəyyən edə bilmir. Digər sözlə Qrafik 2.5 bizə diversifikasiya səviyyəsinin yüksək olduğunu ifadə edir. Bu səbəbdən Qrafik 2.6-da Azərbaycanın ixrac portfelində neft sektorunu nəzərə almayıb, yalnız qeyri-neft sektoru üzrə diversifikasiya səviyyəsini araşdırmağa ehtiyac duyulur. Qiymətləndirmə üçün seçilən 16 məhsul timsalında ASİ indeksi əmsalları maksimal 0.83 (1995), minimal 0.48 (2006) aralığında dəyişir. Bu əmsallar qeyri-neft sektoru üzrə diversifikasiya səviyyəsinin çox da yüksək olmadığını göstərir. Əsas da 2006-cı ildən etibarən qeyri-ənənəvi ixrac məhsullarında əlavə dəyər yaradan sahələrdə (şəkər və ondan alınan məmulatlar, meyvə-tərəvəz məhsulları və s.) baş verən vertikal diversifikasiya, trendin hərəkət istiqamətinin müsbət istiqamətdə dəyişməsində mühüm rol oynamışdır. Qeyd olunan indekslər əsasında aparılan ölkə ixracının diversifikasiya səviyyəsi və ixracda ənənəvi, qeyri-ənənəvi məhsulların payını qiymətləndirib analiz etdikdən sonra ümumi olaraq Azərbaycanın qeyri-neft ixracında periodlar zamanı hansı mal qruplarının yüksək payı olduğunu araşdıraq. Qeyd edək ki, 1995-2015-ci illər aralığını daha iki perioda bölmüşük. 1995-2005 və 2006-2015 periodları. Bu cür bölgünün aparılmasında əsas məqsəd qeyri-neft ixracının periodlara görə bölgüsünü daha rahat araşadırmaq və təhlil edə bilməkdir. Aşağıdakı cədvəldə ümumi məhsul qrupları Top-1, Top-2, Top-3, Top-5, və Top-7 kateqoriyalarında qruplaşdırılmışdır.

Cədvəl 2.8 Azərbaycanın qeyri neft sektoru üzrə üzrə məcmu ixrac konsentrasiya nisbətləri


Period

Top-1

Top-2

Top-3

Top-5

Top-7

1995-2005

2006-2015


14.49%

(pambıq)


11.56%

(Şəkər istehsalı)



22.23%

(pambıq; plastik kütlələr istehsalı)

22.75%

(şəkər, bitki və heyvan mənşəli yağ istehsalı)



29.65%

(pambıq, plastik

kütlələr istehsalı,

yeməli meyvələr)

33.39%

(şəkər, bitki və heyvan mənşəli yağ istehsalı, yeməli meyvələr)




41.76%

45.81%


50.51%

54.7%

Mənbə: Cədvəl ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.

Təqdim olunan cədvəldə qeyd olunan periodlar ərzində Azərbaycanın qeyri-neft ixracında əsas paya malik olan mal qruplarının sıralanması göstərilmişdir.Cədvəl 2.8-dən göründüyü kimi 1995-2005-ci illər aralığında ölkənin qeyri neft ixracında əsas yeri pambıqçılıq tutmuşdur. Bu periodda əsas ixrac malları pambıqçılıq, plastik kütlələr və meyvə tərəvəz məhsullarından ibarət olmuşdur. Həmçinin nəzərə almaq lazımdır ki, bu dövrdə toplam qeyri-neft ixracı 3882563,5 mln ABŞ dolları təşkil etmişdirsə, 2006-2015 periodunda analoji göstərici 13883595,9 mln ABŞ dolları təşkil etmişdir. Lakin fikir versək görərik ki, ikinci periodda əsas yeri şəkər, bitki və heyvan mənşəli yağlar və meyvəçilik məhsulları tutmuşdur. Ümumi ixrac məhsulları arasında neft- qaz sektorunu əlavə etsək bu göstəricilər çox aşağı olacaqdır. Bu səbəbdən qeyd etmək lazımdır ki, ümumən qeyri-neft sektorunda diversifikasiyanın normal səviyyədə mövcud olması ölkənin ixracdan əldə etdiyi gəlirlilik baxımından çox az əhəmiyyət daşıyır. Məsələn: 2006-2015 üzrə ölkənin neft-qaz sektoru ilə birlikdə ixracdan əldə etdiyi gəlirlərlə yuxarıda qeyd olunanları müqayisə edək:



Cədvəl 2.9 Azərbaycanın qeyri neft sektoru üzrə üzrə məcmu ixrac konsentrasiya nisbətləri (neft məhsulları toplam ixracda nəzərə alındıqda)

Period

Top-1

Top-2

Top-3

Top-5

Top-7

2006-2015

0.79%

(Şəkər istehsalı)



1.55%

(şəkər, bitki və heyvan mənşəli yağ istehsalı)



2.27%


(şəkər, bitki və heyvan mənşəli yağ istehsalı, yeməli meyvələr)


3.12%

3.72%

Mənbə: Cədvəl ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.

Bu göstəricilərdən sonra ölkə üzrə ümumən ixracda diversifikasiya sahəsində ciddi problemlərin olduğu üzə çıxır. Qeyri-neft sektorunda əlavə dəyər yaradacaq, texnologiya və elm tutumlu istehsal sahələrinin qıt olması ilk növbədə diqqət cəlb edir. Bu baxımdan Malaziya nümunəsinə fikir versək görərik ki, 1972-1985-ci illərdə ixracda xam neft üstünlük təşkil edirdisə, 1986-2001-ci illər periodunda yüksək şaquli diversifikasiya sayəsində neft sektoru arxa plana keçmiş elm və texlogiya tutumlu məhsullar ixracda geniş paya sahib olmuşlar. Bu baxımdan Azərbaycanda şaquli diversifikasiyaya ciddi ehtiyac olması ilə bərabər ənənəvi və stabil ixrac məhsulları arasında da horizontal diversifikasiya da zəruridir. [33, s.46-47]



Yüklə 419,87 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin