Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi


Cədvəl 2.28 logGRNTC dəyişəninin stasionarlığının yoxlanılması



Yüklə 419,87 Kb.
səhifə55/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   47   48   49   50   51   52   53   54   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

Cədvəl 2.28 logGRNTC dəyişəninin stasionarlığının yoxlanılması

Null Hypothesis: D(LOGGRNTC) is stationary




Exogenous: Constant







Bandwidth: 4 (Newey-West automatic) using Bartlett kernel











































LM-Stat.































Kwiatkowski-Phillips-Schmidt-Shin test statistic

0.130421

Asymptotic critical values*:

1% level




0.739000







5% level




0.463000







10% level




0.347000































*Kwiatkowski-Phillips-Schmidt-Shin (1992, Table 1)














































Residual variance (no correction)

0.091651

HAC corrected variance (Bartlett kernel)

0.078905































Mənbə: “Eviews 9” proqram paketi vasitəsilə aparılmış hesablamaların nəticələri

Əvvəlki 2 modeldə olduğu kimi burada da modelin ƏKKÜ ilə qiymətləndirlməsi zamanı qalıqlarda ardıcıl korelyasiya problemi yaranır. Bu problemi həll etmək üçün dinamik ƏKKÜ (DOLS) metodundan istifadə edilmiş, fiktiv dəyişən əmsal olaraq (D2008) əmsalı daxil edilmişdir. Bu fiktiv dəyişəni daxil etdikdən sonra qurulan modeldə asılı dəyişən olan (logGRNOGDP)-nin hərəkət trendini yaxşı izah etdiyi müəyyən olunmuşdur.

Cədvəl 2.29 Reqressiya təhlilinin nəticələri

Dependent Variable: D(LOGGRNOGDP)




Method: Dynamic Least Squares (DOLS)




Date: 04/17/16 Time: 15:59







Sample (adjusted): 1998 2013







Included observations: 16 after adjustments




Cointegrating equation deterministics: D2008




Fixed leads and lags specification (lead=1, lag=1)

Long-run variance estimate (Bartlett kernel, Newey-West fixed bandwidth =

        3.0000)





































Variable

Coefficient

Std. Error

t-Statistic

Prob.  































D(LOGGRNTC)

0.644361

0.133600

4.823060

0.0005

D2008

0.346238

0.144485

2.396356

0.0355































R-squared

0.395784

    Mean dependent var

0.161486

Adjusted R-squared

0.176069

    S.D. dependent var

0.124375

S.E. of regression

0.112896

    Sum squared resid

0.140200

Long-run variance

0.014182







































Mənbə: “Eviews 9” proqram paketi vasitəsilə aparılmış hesablamaların nəticələri

Reqressiya təhlilinin nəticələrinə əsasən P qiymətinin 5%-dən kiçik müvafiq olaraq (0.003) olması H0 hipotezinin qəbul edilməsinə əsas verir.

Qrafik 2.12-də DOLS modeli seçildikdən sonra qalıqlarda ardıcıl korelyasiya probleminin aradan qalxamısını, yəni bir biri ilə uzlaşmasınının təsviri verilmişdir.



Qrafik 2.12 DOLS modeli seçildikdən sonra qalıqların bir biri ilə uzlaşmasının qrafik təsviri

Mənbə: “Eviews 9” proqram paketi vasitəsilə aparılmış hesablamaların nəticələri



Qalıqlar arasında ardıcıl korelyasiya probleminin olub olmamasını test etmək üçün digər bir metod olan qalıqlar üçün Qalıqlar üçün koreloqram – Q testi vasitəsilə yoxlayaq. Cədvəl 2.30-a diqqətlə nəzər salsaq görərik ki, sütunlar xaotik şəkildə paylanıb, bu isə onu göstərir ki, qalıqlar arasında ardıcıl korelyasiya problemi yoxdur.

Cədvəl 2.30 Qalıqlar üçün koreloqram Q testinin nəticələri

Mənbə: “Eviews 9” proqram paketi vasitəsilə aparılmış hesablamaların nəticələri

İndi isə d(logGRNOGDP) = α + β * d(logGRNTC) tənliyimizdən alınan nəticələri analiz edək.

Cədvəl 2.31 Xətti tənlikdən alınan nəticələr
































D(LOGGRNTC)

0.644361

0.133600

4.823060

0.0005

D2008

0.346238

0.144485

2.396356

0.0355































Mənbə: “Eviews 9” proqram paketi vasitəsilə aparılmış hesablamaların nəticələri

Modelimizdən alınan nəticəyə görə qeyri-neft sektorunda seçilmiş 13 qeyri-ənənəvi mal qrupu üzrə ixracın artım tempində olan 1%-lik artım qeyri-neft ÜDM-nin artım tempini 0.64% artırır. Ümumi tənlik isə aşağıdakı kimi olacaqdır.

d(logGRNOGDP) = 0.644360629675*d(logGRNTC) + 0.346237656877*D2008 (2.11)




III FƏSİL. AZƏRBAYCANIN QEYRİ-NEFT İXRACININ STİMULLAŞDIRILMASI MEXANİZMLƏRİ

3.1. Azərbaycanın qeyri-neft sektorunda ixracın stimullaşdırılmasına dair proqram və hesabatlar


Aydındır ki, müasir şəraitdə bazar mexanizmlərinin ən mühüm atributlarından biri də rəqabət qabiliyyəti amilidir. Bu səbəbdəndir ki, yerli bazarın inkişaf etdirilməsi məqsədilə daxildə rəqabət mühitinin və yerli istehsalın rəqabətədavamlılığının yüksəldilməsi ilkin şərtlərdin biridir. Bu baxımdan xüsusi olaraq özəl sektorun inshisarçılıq tendensiyalarından qorunması məqsədilə dövlətin antiinhisar tədbirləri özəl müəssisələrin effektiv şəkildə fəaliyyət göstərməsi prosesinə mühüm dəstək olur. Bir çox İEÖ-in təcrübəsinə əsaslanaraq görə bilərik ki, ölkədə istehsalda rəqabət qabiliyyətinin artırılması sırf struktur siyasəti və islahatı olmadan mümükünsüzdür. Həmçinin qeyri-neft sektorundan bu yenidənqurma işlərinin təşkili və həyata keçirilməsi uzun zaman tələb edir. Lakin qısamüddətli dövr üçün qiymət rəqabətinin formalaşdığı və saxlandığı dövrdə dövlət qeyri-neft ixrac sektorunu aşağıdakı tədbirlər şəklində dəstəkləyə bilər:

  • Qeyri-neft ixrac məhsullarının qiymətlərinin tənzimlənməsi

  • Qeyri-neft ixrac məhsullarının istehsalı ilə əlaqədar olaraq təbii inisarçıların qiymətlərininin səviyyəsinin dövlət tərəfindən tənzimlənməsi

  • Qeyri-neft ixrac sektorunda məhsul istehsalı üçün çəkilən xərclərin bəzi hissələrinin dövlət tərəfindən kompensasiya edilməsi

  • Qeyri-neft ixrac sektorunda məhsul istehsalı üçün istifadə olunan enerji daşıyıcılarının qiymətlərinin tənzimlənməsi

  • Ölkənin milli valyutasının kursunun xarici valyuta kursuna nisbət olaraq ölkənin yerli ixrac potensialının artmasına təsirlərinin nəzərə alınması

  • Xüsusilə elmtutumlu və yüksək texnologiyaya əsaslanan məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin ayrılması və güzəştli vergi sisteminin tətbiqi

  • Kənd təsərrüfatında xüsusilə iqlim şəraitinə həssas olan sahələrdə istehsal və ixrac risklərinin aradan qaldırılması üçün effektiv şəkildə sığortalanma işinin təşkili

  • Qeyri-neft sektorunda istehsal olunan məhsulların xarici bazarlara çıxış imkanlarının sürətləndirilməsi üçün effektiv marketinq işinin təşkili, xarici bazarlarda yarmarka və sərgilərdə bu məhsulların yer alması. [21, s.440-442]

Son 10 il ərzində dünya üzrə bir çox aparıcı təşkilatlar və araşdırma mərkəzləri Azərbaycanda neft-qaz sektorundan əldə olunan gəlirlər vasitəsilə qeyri-neft sektorunda diversfikasiyalaşma siyasətinin təşkili və istiqamətlərinə dair bir çox araşdırmalar aparmış və hesabatlar yayımlamışlar. Aşağıda göstərilmiş hesabatlarda onların qısaca məzmunları göstərilmişdir:

  • Azərbaycanda qeyri-neft sektorunda diversifikasiyalşma səviyyəsinin sürətləndirilməsi – siyasət dilemması” (Accelerating non-oil diversification for Azerbaijan – policy dilemma, 2011)

Adıçəkilən araşdırmada neft-qaz sektoruna bağlı olan Azərbaycan iqtisadiyyatının diversifikasiyalaşmasının sürətləndirilməsi üçün ilkin olaraq idareətmə, institutsional quruculuq işlərinin aparılması ilə paralel olaraq yerli və birbaşa xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsinin önəmi vurğulanmışdır. Bu zaman hökümətin iqtisadiyyata müdaxiləsi məqsədli xarakter almalı, yatırılacaq olan dövlət investisiyaları düzgün və səmərəli istiqamətdə müəyyənləşdirilməli, bazara daxilolma əngəlləri aradan qaldırılmalı, dövlət ilə özəl sektor arasında sıx bağlantı qurulmalı, sahibkarların yeni istehsal sahələrinə cəlbinin təşviq edilməlidir. Hesabatda vurğulanır ki, qeyri-neft sektorunun inkişfı, diversifikasiya səviyyəsinin artırılması istiqamətində tədbirlər kompleksinin əsas fokuslanmalı olduğu sahələr aşağıdakı seçim meyarları vasitəsilə nəzərdən keçirilməlidir.

  1. İlkin olaraq hədəf elə bir sahə olmalıdır ki, bizim diversifikasiya olaraq seçdiyimiz bu prioritet sahə digər qeyri-neft sektoru sahəsi üçün “lokomotiv” rolunu oynasın, başqa sözlə bir sahənin istehsal etdiyi məhsullar digər sahə üçün istehlak rolunu oynasın. Təcrübə göstərir ki, bu meyar diversifikasiya səviyyəsinin sürətlənməsinə xüsusi stimul verməkdədir.

  2. Seçilən sahə elə bir sahə olmalıdır ki, burada birbaşa olaraq yeni yaranmalı olacaq iş yerlərinin sayı, digər tərəfdən seçilən sahənin digər sahələrə təsiri nəticəsində onlarda da yaranacaq iş yerlərinin sayının artmasına müsbət təsir göstərmiş olsun.

  3. Ən əsas isə seçiləcək olan sahənin böyük ixrac potensialının olması amili. Ölkənin müqayisəli üstünlüyə malik olduğu sahələr üzrə yüksək ixrac potensialına malik olması və bu ixracın artması ölkəyə daxil olan valyutanın artmasına mühüm təsir edir.

  4. Seçiləcək sahənin idxalı əvəzetmə potensialına malik olması. Lakin təcrübələr göstərir ki, idxalı əvəzetmə siyasəti çox vaxt mənfi tendensiyalara yol açır. Çünki bu çox zaman rəqabət mühitinə mənfi təsir göstərir. Lakin ölkə daxilində hansı sahələrdə ki, böyük tələb vardır, bu baxımından köhnəlmiş yerli müəssisələr modernəlşmə yolu ilə rəqib ola bilərlər. [34, s.3-4]

  • Azərbaycan üzrə məsləhətləşmələrlə bağlı işçi hesabatı” (Republic of Azerbaijan: 2010 Article 4 Consultation – Staff Report; IMF; 2010)

Beynəlxalq valyuta fondu Azərbaycan ilə bağlı 2010-cu ildə yayımladığı hesabatında neft qiymətlərində baş verən kəskin dəyişmələrin ölkəyə neft-qaz sektorundan daxil olan gəlirlərinin azalmasına etdiyi mənfi təsirlərin fonunda, bu baş verən tsiklik dəyişmələrdən qorunmaq üçün qeyri-neft sektorunun, xüsusilə qeyri-neft ixracının artırılmasının prioritet hesab edir. BVF-nin 2010-cu ildə yayımladığı hesabatında sırf olaraq 2008-ci il maliyyə böhranı zamanı və 2009-cu il üçün ölkədə dfaxil olan gəlirlərdəki azalmalar, həmçinin qeyri-neft ÜDM-nin azalmağa doğru getməsi geniş təhlil edilmişdir. Hesabatda vurğulanır ki, iqtisadiyyatda diversifikasiyaya gedilməyəcəyi təqdirdə uzunmüddətli dövr üçün ölkə iqtisadiyyatının böhranlara qarşı olan “immuniteti” zəifləyəcəkdir. Həmçinin hesabatda vurğulanır ki, gömrük, vergi və maliyyə sistemindəki dəyişikliklər qeyri-neft sektorunda mühüm canlanmaya səbəb ola bilər. Ölkə üzrə toplam ixracın 5%-i qeyri-neft sektorunun payına düşməsinin mənfi xarakterli olması vurğulanan hesabatda, Azərbaycanın ÜTT-yə üzv olmasının sürətlənməsi nəticəsində bu sektorda mühüm canlanma əldə edə biləcəyinin mümkünlüyü də nəzərə çatdırılmışdır.

  • Azərbaycan üzrə ölkə iqtisadi memorandumu – yeni İpək Yolu ixrac hesabına diversifikasiya (Azerbaijan country economic Memorandum – new silk road: export-led diversification; 2009)

Hesabatda ilk olaraq Azərbaycanın 2024-cü ilə qədər neft-qaz sektorundan toplam 198 milyard dollar gəlir əldə edəcəyi və bu gəlirlərin insanların rifah halının artırılmasına geniş imkanlar aça biləcəyindən bəhs edilir. Lakin qeyri-neft sektorunda diversifikasiyaya gedilməyəcəyi, qeyri-neft ixracının stimullaşdırılmasının dəstəklənməyəcəyi fonunda qlobal böhranların baş verəcəyi təqdirdə ölkə iqtisadiyyatının artım tempinin xeyli zəifləyəcəyi proqnozlaşdırılır. Burada diqqətimizi çəkəcək əsas məqam kimi qeyri-neft sektorunda diversifikasiya prosesinin səmərəli təşkilinin formalaşdırılması və sürətləndirilməsi üçün prezident yanında məşvərətçi iqtisadi şuranın yaradılması tövsiyyə olunmasını vurğulamaq olar.

  • Azərbaycan üzrə makroiqtisadi araşdırma-milli iqtisadiyyatın diversifikasiyasının rolu (Macroeconomic studyof Azerbaijan – the way to national economic diversification; 2009)

Qeyd edilən hesabatda əsasən əldə olan iqtisadi resursların səmərəli istifadəsi nəticəsində qeyri-neft sektorunda diversifikasiyaya nail olmaq məsələsi prioritet təşkil edir. Burada həmçinin neft gəlirlərinin effektiv idarə edilməsi fonunda Norveç modeli ilə müqayisəli təhlillər aparılmış, neft gəlirlərinin iqtisadiyyatın qeyri-neft sektoruna səmərəli şəkildə inteqrasiyasının əhəmiyyətliliyi vurğulanmışdır. Neft-qaz sektorundan əldə olunan gəlirlərin səmərəli şəkildə bölüşdürülməməsi Azərbaycan iqtisadiyyatı üçün “holland sindromu” kimi mənfi iqtisadi proseslərə yol aça bilər. Bu səbəbdən də qeyri-neft ixrac sektorunda diversifikasiyanın vacibliyi ön plana çəkilir. Həmçinin diversifikasiya prosesində xarici investisiyaları cəlb etmək baxımından ölkədə “Azad İqtisadi Zonalar”ın yaradılması tövsiyyə olunur.

  • Xəzər hövzəsində neft iqtisadiyyatı və siyasəti: Azərbaycan və Mərkəzi Asiyada neft gəlirlərinin təkrar bölgüsü (The economics and politics of oil in the Caspian Basin: the redistribution of oil revenues in Azerbaijan and Central Asia; 2008)

Bu hesabat bundan bundan öncəki hesabatlarda olduğu kimi neft-qaz sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna səmərəli şəkildə inteqrasiyasının vacibliyini ön plana çəkir. Lakin burada başqa bir məqam da diqqət çəkir. Belə ki, regionlar ilə Bakı və Abşeron əraziləri arasında iqtisadi resursların cəmləşməsi baxımından disbalansın olması iqtisadiyyatın diversifikasiyalaşdırılması baxımından əngəl törədə bilər. Hesabatda neft-qaz sektorundan əldə edilən gəlirlərin balanslı şəkildə səmərəli investisiya formasında paylaşdırılmasının effektivliyi tövsiyyə olunur.

  • Aşağı gəlirli ölkələrdə ixracın diversifikasiyası: Doha raundundan sonrakı çağırış (Export diversification in low-income countries: an international challenge after Doha; 2003)

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının 1966-2000-ci illəri əhatə edən xarici ticarət statistikasının təhlili göstərdi ki, iqtisadi diversifikasiyaya nail olmaq daha aşağı gəlirli ölkələr üçün problemli məsələdir. Eyni zamanda az gəlirli ölkələrdə insan kapitalı müqayisəli üstünlüyə görə əsas element ola bilmədiyi üçün onlar çox vaxt az texlologiya tutumlu, əl əməyinə daha çox əsaslanan (kənd təsərrüfatı) sahələr üzrə ixrac diversifikasiyasına nail ola bilirlər.

Qeyri-neft sektorunda diversifikasiyaya nail olmağı çətinləşdirən bir sıra məqamlar vardır. Bunlardan əsas olanları aşağıdakılardır:



  • Holland sindromu” amili. Bu halda xammal qiymətlərinin qlobal miqyasda bahalaşmasından ölkəyə daxil olan valyuta milli valyutanı süni olaraq xarici valyuta qarşısında dəyərləndirir. Nəticə olaraq isə daxildə rəqabətlilik səviyyəsi aşağı düşür. Bu isə öz növbəsində istehsalçılara əlavə stimul yaratmır və diversifikasiya prosesini həyata keçirmək çətinləşir. Qeyd edək ki, 2015-ci ilin fevral və dekabr aylarında Azərbaycanın milli valyutası xarici valyutaya nəzərən ucuzlaşmasından sonra qeyri-neft ixrac sektorunun inkişafı üçün münbit iqtisadi şərait yaranıb. Bu səbəbdən qeyri-neft ixrac sektorunda diversifikasiyalaşmanın təşkili və idarə olunması mexanimi çox mühüm əhəmiyyətə malikdir.

  • İqtisadiyyatın neftdən asıllığının qeyri-neft ixrac diversifikasiyasına mənfi təsirləri

Statistik məlumatlara hazırda Azərbaycan iqtisadiyyatının 80%-dən çoxu neft-qaz sektorundan asılıdır. Dünya bazarlarında neft qiymətləri tərəddüd edən qiymətlərdir və bu halda ölkəyə daxil olan neft ixracı gəlirləri faktiki olaraq hər an azala bilər. Bu isə milyonlarla vəsaitin itirilməsi anlamına gəlir. 2008-ci il qlobal maliyyə böhranından sonra 2009-cu ildə ölkəyə daxil olan neft gəlirlərindəki azalma, həmçinin 2014-cü ilin sonralından etibarən neft qiymətlərindəki növbəti azalma dalğası neft gəlirlərinə birbaşa mənfi təsir edən məqamlardandır. Bu azalma trendindən itirilən maliyyə vəsaitlərinə diversifikasiya üçün əhəmiyyətli hesab olunan vəsaitin itirilməsi kimi də yanaşmaq olar. Həmçinin neft hasilatı , daimi olaraq yüksək elm və innovasiya tutumlu sahə hesab edilmədiyindən iqtisadiyyatda neft-qaz sektorununn dominant olması diversifikasiya prosesini xeyli ləngidə bilər. Üstəlik neftin tükənən sərvət olduğunu nəzərə alsaq, qeyri-neft ixrac diversifikasiyasının əhəmiyyətliliyi daha da çox ön plana çıxır.

Qeyri-neft ixrac sektorunda səmərəli diversifikasiyaya nail olmaq baxımından qeyd olunan hesabatları nəzərdən keçirərkən hər birində əsas prioritet məsələ kimi neft-qaz sektorundan əldə edilən gəlirlərin səmərəli istifadəsi, gəlirlərin ölkə üçün müqayisəli üstün olduğu sahələrə investisiya şəklinə yatırılması, xüsusi olaraq özəl sektora vergi və gömrük güzəştləri, iqtisadiyyatın neft-qaz sektorundan asıllığının aradan qaldırılması, neft qiymətlərinin dünya birjalarında mənfi tərəddüdlərinin təsirlərindən maksimum səviyyədə qorunmaq kimi məsələlər əsas prioritet təşkil edir. Məhz bu səbəbdən iqtisadiyyatın dayanıqlığı baxımından qeyri-neft ixrac sektorunda diversifikasiyaya nail olmaq xeyli əhəmiyyətlidir.



Qeyri-neft ixrac potensialının stimullaşdırılması tədbirlərində mühüm rol oynayan faktorlardan biri də, qeyri-neft sektorunda fəaliyyət göstərən yerli şirkətlərin beynəlxalq bazarlara çıxış imkanları problemləri və onların aradan qaldırılması yollarıdır. Qeyri-neft ixracının stimullaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi iqtisadi fəaliyyətlərlə yanaşı, özəl sektorun da üzrəində mühüm vəzifələr düşməkdədir. Şirkətlərin xarici bazarlara inteqrasiyası baxımından aşağıdakı problemlər müşahidə edilməkdədir:

  • Şirkətin xarici bazara çıxmaq üçün tələb olunan standartlara uyğunluq sertifikatlarına (İSO, BRC, Kosher və s.) malik ola bilməməsi. Bu sertifikatlar həm də məhsulun keyfiyyət göstəricisini özündə xarakterizə edir.

  • Şirkətlərin innovasiyaya meyilli və uzunmüddətli dövr üçün strateji planların olmaması, ixracın stimullaşdırılmasına maneə olur. Bu səbəbdən istehsal yalnız daxili bazarı təmin etməklə yekunlaşır.

  • Məhsul istehsalında keyfiyyətə nail olmaq üçün elm və texnologiya tutumlu avadanlıqların istehsala tətbiqini sürətləndirməkdir. Bu tətbiq imkanları zəiflədikcə, istehsal olunan məhsulların rəqabətədavamlılığı da aşağı düşür. Nəticədə xarici bazarda pay almaq prosesi çətinləşir.

  • Müsəssisənin istehsal etdiyi məhsulları ixrac etməsi üçün bu sahədə təcrübəli mütəxəssis tələb edir. İxracın təşkilinə dair mütəxəssislərin düzgün seçilməməsi ixrac sahəsində problemlərə yol açmış olur. Eyni zamanda şirkət rəhbərliyinin strateji düşüncəyə malik olması da mühüm faktorlardan biridir.

Qeyd olunanları ümumiləşdirsək insan resurlarının, insan kapitalının qeyri-neft ixrac potensialının artırılmasında mühüm faktor olduğunu qeyd edə bilərik.

Azərbaycanda qeyri-neft sektorunun və xüsusilə qeyri-neft ixrac potensialının stimullaşdırılması mexanizmləri “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasında da öz əksini tapmışdır. Daha geniş desək konsepsiyada qeyri-neft sektorunda ixrac üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması, qeyri-neft sənayesinin inkişafına dəstəyin verilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafı ilə ölkənin sahib olduğu təbii resurs və ehtiyyatların istehsala cəlb edilməsi, 2020-ci ilə qədər qeyri-neft ÜDM-nun orta illik artım tempinin 7%-dən çox olması, iqtisadiyyatın rəqbət qabiliyyətinin yüksəldilməsi ilə qeyri-neft ixrac strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovasiya fəaliyyətinin təşviq edilməsi, qeyri-neft emal sənayesinin inkişafı istiqamətində xüsusi iqtisadi zonaların yaradılması, ixrac yönümlü qeyri-neft sektorunda inkişafa nail olmaq məqsədilə dövlət və özəl sektoruları arasında qarşılıqlı investisiya əməkdaşlığının həyata keçirilməsi kimi iqtisadi fəaliyyətlər öz əksini tapmışdır. [35, s.4-17]

Qeyri-neft sektorunda rəqabətədə davamlı məhsul istehsalı və ixracının təmin edilməsində atıla biləcək uğurlu iqtisadi addımlardan biri də ölkəmizin ÜTT-yə üzvlük məsələsinin müsbət istiqamətdə həll variantıdır. Məlumdur ki respublikamızın ÜTT-yə üzv olması halında dövlət trəfəindən həyata keçirilən proteksionist siyasətdə loal mövqe sərgilənməyəcəkdir. Lakin bu zaman istər ÜTT, istərsə də ölkəmizin starteji maraqları birgə halda optimal şəkildə əlaqələndirilməsi ön planda olmalıdır.

Qeyri-neft ixrac potensialını stimullaşdıran mühüm amillərdən biri də ixrac partnyoru olan ölkələrlə sıx iqtisadi əməkdaşlığın yaradılması, yeni ixrac partnyorların tapılması və cəlb edilməsidir. Aşağıdakı qrafikdə Azərbaycanın 1991-2014-cü illər ərzində ixrac partnyorlarının dəyişmə trendi göstərilmişdir.

Qrafik 3.1 Azərbaycanın ixrac portfelində MDB və digər ölkələr qrupunun illər üzrə tutduğu pay bölgüsü



*CİS- MDB ölkələrini, Others- isə digər ölkələri ifadə edir.

Mənbə: ARDSK-nin rəqəmləri və Sevda S.Q. İmamverdiyeva, Elnur V.O Aliyev

Assessment of Trade Policy in Terms of Export Diversification in Azerbaijan, International Journal of Business and Social Research Volume 05, Issue 09, 2015



Qrafik 3.1-ə əsasən məlum olur ki, Azərbaycanın ixrac strukturunda xüsusilə 1998-ci ildən etibarən MDB ölkələrinin payı faiz etibarilə azalmağa başlamış, 2014-cü ildə isə cəmi 4% paya malik olmuşdur. Bunun əsas səbəbi kimi Avropaya neft nəqlinin artmasını göstərmək olar. Azərbaycanın MDB ölkələri içərsində əsas ticarət tərəfdaşı isə Rusiyadır. Məhz qeyri-neft ixrac mallarının mühüm qismi də Rusiyaya ixrac edilməkdədir. Bura xüsusi olaraq kənd təsərrüfatı mallarını aid etmək olar. 2014-cü ildə Rusiyaya ixracdan əldə edilən gəlirlər 640 milyon ABŞ dolları təşkil edirdisə, 2015-ci ildə bu göstərici 416 milyon ABŞ dollarına kimi azalmışdır. Buna xüsusi ilə ölkəmizin yerli valyutası- manatın, dollar qarşısında dəyərini itirməsi, həmçinin daxili istehsalın zəifləməsi mühüm təsir etmişdir. [18]

Ümumilikdə aydın olur ki, ölkənin istehsal və ixrac strukturunda diversifikasiyaya nail olunması prosesi öz növbəsində yeni ixrac partnyorlarını cəlb etməyə stimul verir. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasında əhəmiyyətli rol oynayır.

Qeyri-neft ixracını stimullaşdıran amilləri nəzərdən keçirməklə paralel olaraq qeyri-neft ixracının stimullaşdırılmasına mənfi təsir edən amilləri də nəzərdən keçirmək mütləqdir. Cədvəl 3.1-də bu stimullaşdırma prosesinə mənfi təsir edən 5 əsas amil göstərilmişdir.

Cədvəl 3.1 Qeyri neft ixrac potensialının tənzimlənməsinə mənfi təsir edən faktorlar

Qeyri neft ixrac potensialının tənzimlənməsinə mənfi təsir edən əsas faktorlar

1.

Ölkənin xarici ticarət strukturunda xammal təyinatlı malların üstünlük təşkil etməsi

2.

Beynəlxalq kredit reytinqlərində ölkənin kredit reytinqinin aşağı səviyyədə olması

3.

Ölkənin idxaldan asıllıq səviyyəsinin yüksək olması

4.

Ölkənin xarici borcunun yüksək olması

5.

Ölkədən kapital axınının güclü olması

Mənbə: Cədvəl İ.Məmmədov “Qeyri-neft sektorunun inkişaf istiqamətləri”ndən əldə olunan məlumatlar əsasında müəllif tərərfindən hazırlanmışdır.



Məlumdur ki qeyri-neft sektorunun inkişafı xüsusilə xarici investisiyalardan çox asılıdır. İnvestorlar isə bir çox kriteriyalara əsaslanaraq ölkənin iqtisadi vəziyyətini, investisiya yatırılacaq istehsal sektorunun durumunu təhlil edirlər. Buraya ölkənin dünyanın aparıcı kredit reytinqlərinə əsasən mövqeyi, ölkənin borc vəziyyəti, ölkənin ixracında hansı məhsulların üstünlük təşkil etməsi kimi amillər daxildir.

3.2 Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılması istiqamətində modellərlə bağlı yekun müddəalar

Tədqiqat mövzusunun 2-ci fəslində Azərbaycanın qeyri-neft ixrac portfelində mühüm paya malik olan 16 məhsul növü üzrə hesablanan indeks təhlillərinin nəticəsində bizə məlum oldu ki, Azərbaycanda qeyri-neft ixrac sektoru üzrə diversifiksasiyalaşma səviyyəsi əsasən əsasən şaquli diversifikasiya səviyyəsinə əsaslanır. Daha geniş desək qeyri-neft sektorunda üzrə ixracın böyük hissəsi əsasən son illərdə yaranmış yeni ixrac sahələrinin, digər sözlə qeyri-ənənəvi ixrac sahələrinin hesabına formalaşır. Bu təhlili daha genişləndirərək müəyyən etdik ki, qeyri-neft sektorunda qeyri-ənənəvi mal qruplarının ixracının artım tempində olan 1% lik artım, ümumi qeyri-neft ixracının artım tempini 0.65% artırır. Lakin buraya daxil olan mal qruplarına nəzər yetirək mühüm hissəni aqrar sektorun tutduğunu görə bilərik. Buraya xüsusən şəkər və şəkərdən alınan qənnadı məmulatları istehsalı, bitki və heyvan mənşəli yağlar, meyvəçilik, tərəvəzçilik məhsulları mühüm paya malikdir. Elmtutumlu və texnologiyaya əsaslanan qeyri-neft ixrac sahələri bu cəhətdən xeyli geridə qalmaqdadır. Diversifikasiya səviyyəsində şaquli diversifikasiyanın olması aqrar sektorun hesabına deyil, daha çox elm və texnologiyatutumlu sahələrdə daha çox özünü biruzə verməsi daha əlverişli hesab olunur. Bu baxımdan dövlət adıçəkilən ixrac sahələri üzrə müvafiq isqtisadi tədbirlər planı və qərarlar qəbul etməli, şaquli diversifikasiyalaşmanı daha da sürətləndirməlidir. Digər tərəfdən ölkənin qeyri-neft ixracı üzrə üfiqi diversifikasiyalaşma səviyyəsi sahəsində apardığımız təhlillər nəticəsində məlum olur ki, bu sahədə əsas hissəni pambıqçılıq tutur. Ümumilikdə Model 1-dən aldığımız nəticələr onu göstərir ki, qeyri-neft sektorunda seçilmiş 16 məhsul qrupu üzrə ənənəvi mal qruplarının ixracının artım tempində olan 1% lik artım, ümumi qeyri-neft ixracınının artım tempini 0.3891% artırır. Ənənəvilik baxımından son illərdə xüsusi olaraq pambıqçılıq sahəsində istehsalının azalması mənfi tendensiya kimi nəzərə alınmalıdır.

Tütünçülük, pambıqçılıq kimi sahələr ölkəmiz üçün ənənəvi ixrac sahələridir. Bu baxımdan dövlət qeyri-neft ixrac portfelində ənənəvi ixrac məhsullarının payının artırılmasını, başqa sözlə üfiqi diversifikasiyalaşma səviyyəsinin sürətlənməsini də nəzərdən keçirməlidir.

Qrafik 3.2 Azərbaycanın toplam qeyri-neft ixracı, 16 mal qrupu üzrə qeyri-ənənəvi və ənənəvi mal qrupu üzrə hərəkət trendlərinin təsviri (1995-2014)

Mənbə: “Eviews 9” proqram paketi vasitəsilə aparılmış hesablamaların nəticələri

Qrafik 3.2-də Azərbaycanın toplam qeyri-neft ixracı, 16 mal qrupu üzrə qeyri-ənənəvi və ənənəvi mal qrupu üzrə trendlərin təsviri verilmişdir. Buradan da daha aydın görsənir ki, toplam qeyri-neft ixracı ilə, seçilmiş mal qrupları üzrə qeyri-ənənəvi ixrac trendləri bir biri ilə uzlaşa bilir. Seçilən mal qrupları üzrə ənənəvi ixrac toplam qeyri-neft ixracı ilə 1999-ci ilə qədər uzlaşma təşkil etsə də, qeyri-neft sektorunda şaquli diversifikasiyanın rolunun artması, həmçinin ənənəvi mal qrupları üzrə istehsal və ixracın aşağı düşməsi bu uzlaşmanı aradan qaldırmışdır. Bu səbəbdən qeyri-neft sektorunda ənənəvi mal qrupları üzrə istehsal və ixraca yönəlik iqtisadi proqramların həyata keçirilməsi əhəmiyyətlidir.

Qrafik 3.3 Azərbaycan üçün logGRNOGDP, logGRNOEXP, logGRNTC, logGRTC dəyişənlərinin hərəkət trendləri (1995-2014)

Mənbə: “Eviews 9” proqram paketi vasitəsilə aparılmış hesablamaların nəticələri



Qrafik 3.3-də isə model 2,3,4-ə əsaslanaraq Azərbaycan üzrə toplam qeyri-neft ÜDM (logGRNOGDP), toplam qeyri-neft ixracı (logGRNOEXP), seçilmiş məhsullar üzrə qeyri-ənənəvi (logGRNTC) və ənənəvi (logGRTC) mal qrupları ixracı üzrə trendlərin təsviri verilmişdir. Buradan da Qrafik 5.8-də olduğu kimi müəyyən olunur ki, logGRNOEXP və logGRNTC ayrı-ayrılıqda logGRNOGDP ilə uzlaşma təşkil edə bilir, logGRTC isə çox az uzlaşa bilir. Bizim model 2-dən aldığımız nəticələrə görə Azərbaycanın toplam qeyri-neft ixracının artım tempində olan 1%-lik artım qeyri-neft ÜDM-nin artım tempini 0.74% artırır. Qeyri-neft ixracını qeyri-ənənəvi və ənənəvi mal qrupları üzrə ixraca bölsək, burada müəyyən edərik ki, qeyri-neft sektorunda seçilmiş 13 qeyri-ənənəvi mal qrupu üzrə ixracın artım tempində olan 1%-lik artım qeyri-neft ÜDM-nin artım tempini 0.64% artırır. Ənənəvi mal qruplarının qeyri-neft ÜDM-a təsir imkanları xeyli aşağı olduğundan bunu statistik cəhətdən təhlil etmək düzgün effekt vermir. Bu təhlillərdən sonra Azərbaycanda qeyri-neft sektorunda şaquli diversifikasiya səviyyəsinin dominant olduğunu müəyyənləşdirmiş oluruq. Qeyd olunanlar onu göstərir ki, qeyri-neft sektorunda ixrac potensialının artırılmasının stimullaşdırılması və ixracın hansı istiqamətdə şaxələndirilməsi kimi iqtisadi qərarlarda bu təsir faktorları nəzərdən keçirilməlidir.

Qeyri-neft sektorunda xüsusi olaraq qeyri-neft ixracının stimullaşdırılmasını əhəmiyyətli edən əsas amillərdən biri də dövlətin büdcə gəlirlərinin mühüm hissəsinin neft sektorundan asılı olmasıdır. Bu yöndə aparılan iqtisadi tədqiqatlar və ekonometrik qiymətləndirmələr zamanı nəticəyə gəlinmişdir ki, Azərbaycanın büdcə gəlirlərinin neft gəlirlərindən və neft qiymətlərindən elastikliyi yüksək səviyyədədir. Qeyd edilən sahədə aparılan ekonometrik modelləşdirmədə aşağıdakı reqressiya tənliyi alınmışdır:

log(revenue)t = -2.34 + 1.42 * log(oil.price)t + 0.46 * log(oprdn)t + ut (3.1)

Burada revenue Azərbaycanın büdcə gəlirlərini (milyon manatla), oil.price dünya yanacaq bazarında neftin bir barrelinin qiymətini (ABŞ dolları ilə), oprdn isə Azərbaycanda gün ərzində ortalama neft hasilatını (min barrel) göstərir. Tənlikdən alınan nəticələrə əsasən Azərbaycanda neft qiymətləri ilə büdcə gəlirləri arasında müsbət asıllığın olması müəyyən olunmuşdur. Belə ki, neft qiymətlərindəki 1%-lik dəyişmə büdcə gəlirlərində 1.42%-lik dəyişməyə səbəb olur. Digər tərəfdən neft hasilatındakı 1%-lik dəyişmə büdcə gəlirlərində 0.46%-lik dəyişməyə səbəb olur. Ümumi olaraq 2015-ci il üçün neft qiymətlərində əvvəlki ilə nisbətən 4 dəfəyə yaxın azalma trendinin yuxarıdakı modeldən alınan dəyişmələr fonunda dövlət büdcəsinə neqativ təsir mexanizminin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Dövlət büdcəsini qeyd olunan neqativ təsirlərdən qorumaq üçün qeyri-neft ixracının stimullaşdırılması mexanizmi olduqca aktual və prioritetdir. [1, s.519]

















NƏTİCƏ VƏ TƏKLİFLƏR


Ölkənin iqtisadi təhlukəsizliyinin təmin edilməsi prosesində həmin ölkədə ixrac sektorunun sağlam olması mühüm iqtisadi faktorlardan biridir. İxrac sektorunun sağlam olması isə ölkənin ixrac potensialının artırılmasından, ixracda diversifikasiyaya nail olunmaqdan, ixracın stimllaşdırılması tədbirlərinin həyata keçirilməsindən çox asılıdır. İxrac potensialınının artırılması üçün ilk növbədə ölkənin ixrac portfelində yer alan mal qrupları üzrə qiymətləndirmələr aparılmalı, ölkənin ixrac strukturunda diversifikasiya səviyyəsi təhlil edilməlidir. Xüsusilə neftlə zəngin olan ölkələr üçün ixracda neft və neft məhsulları mühüm paya malik olduğu üçün adı çəkilən ölkələrdə ixracda diversifikasiyaya nail olmaq prioritet istiqamətlərdən birdir.

Tədqiqat işində Azərbaycanın 1995-2015-ci illər aralığında qeyri-neft ixracında əsas paya malik olan 16 növ mal qrupu üzrə məcmu spesifik məhsul ixracı üzrə ixtisaslaşma əmsalı, spesifik-məhsul ixracının ənənəvilik indeksi və onun dispersiyası, konsentrasiya nisbətləri , ümumi ixtisaslaşma indeksi metodlarına əsasən qiymətləndirilmələr aparılmış, hansı mal qruplarının ölkə üçün ənənəvi yaxud qeyri-ənənəvi ixrac sahələri olması tədqiq edilmiş, ümumilikdə ölkədə diversifikasiya səviyyəsinin xeyli aşağı olduğu müəyyən edilmişdir. Qeyri-neft sektorunda ənənəvi ixrac sahələri üfiqi diversifikasiya səviyyəsini, qeyri-ənənəvi ixrac sahələri isə şaquli diversifikasiya səviyyəsini əks etdirir. Ümumilikdə Azərbaycanın qeyri-neft ixracı üzrə seçilmiş 16 növ mal qrupu üzrə aparılan təhillərə nəzər yetirdikdə ölkəmiz üçün ənənəvi ixrac sahələri əsasən pambıqçılıq, tütünçülük sahələri müəyyən olunmuşdur. Qeyri-ənənəvi ixrac sahələrinə isə əsasən ixrac gəlirlərinin son illərdə artması ilə müşayət olunan və yeni yaranan istehsal sahələrini aid etmək olar. Ümumilikdə meyvəçilik və tərəvəzçilik, şəkər istehsalı ölkənin qeyri-neft sektorunda əsas gəlir gətirən sahələrdir və şaquli diversifikasiya səviyyəsini özündə əks etdirir. Lakin qeyd etməliyik ki, şaquli diversifikasiya səviyyəsi təkcə özünü yeni yaranmış sahə olmaqla yox, əsasən elm və texnologiya tutumlu istehsal və ixrac sahələrinin üstünlük təşkil etməsi fonunda daha qabarıq formada biruzə verir. Bu baxımdan Azərbaycanın qeyri-neft ixracında şaquli diversifikasiya səviyyəsi cüzi formada özünü əks etdirir. Bütün təhlillərdən sonra qeyd etmək lazımdır ki, Azərbaycnın qeyri-neft ixracında diversifikasiya səviyyəsi özünü zəif şəkildə əks etdirir. Bu həm ölkə iqtisadiyyatı üçün gəlirlilik baxımından, həm də şaquli diversifikasiya səviyyəsinin zəif şəkildə mövcudluğu baxımından deyə bilərik. Qeyd edək ki, 2015-ci il üzrə toplam ixracdan əldə olunan gəlirlərə nəzər yetirdikdə gəlirlərin 88%-i neft sektorunun payına düşmüşdür.



Tədqiqat işinin sonrakı mərhələsində ekonometrik modellər vasitəsilə qeyri-neft ixracı üzrə müəyyən edilmiş ənənəvi və qeyri-ənənəvi ixracın ölkənin toplam qeyri-neft ixracına təsirləri, toplam qeyri-neft ixracının ölkənin qeyri-neft ÜDM-na təsirləri, qeyri-neft sektorunda ənənəvi və qeyri-ənənəvi ixracın ölkənin qeyri-neft ÜDM-na təsirləri təhlil edilmiş və aşağıdakı nəticələr əldə olunmuşdur:

  1. Alınan nəticəyə görə qeyri-neft sektorunda qeyri-ənənəvi mal qruplarının ixracının artım tempində olan 1% lik artım, ümumi qeyri-neft ixracının artım tempini 0.649%, qeyri-neft sektorunda ənənəvi mal qruplarının ixracının artım tempində olan 1% lik artım, ümumi qeyri-neft ixracınının artım tempini 0.3891% artırır.

  2. Alınan nəticəyə görə toplam qeyri-neft ixracının artım tempində olan 1%-lik artım qeyri-neft ÜDM-nun artım tempini 0.74% artırır.

  3. Alınan nəticəyə görə qeyri-neft sektorunda seçilmiş 3 ənənəvi mal qrupu üzrə (pambıqçılıq, tütünçülük və nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələri) ixracın artım tempində olan 1%-lik artım qeyri-neft ÜDM-nin artım tempini 0.38% artırır. Lakin qeyd edək ki, seçilmiş mal qrupları üzrə ənənəvi ixracın toplam qeyri-neft ÜDM-yə təsir faktoru çox aşağı səviyyədə olduğu üçün ekonometrik təhlildə bu statistik cəhətdən mənasız hesab olunacaqdır.

  4. Alınan nəticəyə görə qeyri-neft sektorunda seçilmiş 13 qeyri-ənənəvi mal qrupu üzrə ixracın artım tempində olan 1%-lik artım qeyri-neft ÜDM-nin artım tempini 0.64% artırır.

Alınmış nəticələrə əsasən aşağıdakı təkliflər verilmişdir:

  1. Neft hasilatı , daimi olaraq yüksək elm və innovasiya tutumlu sahə hesab edilmədiyindən iqtisadiyyatda neft-qaz sektorununn dominant olması diversifikasiya prosesini xeyli ləngidə bilər. Üstəlik neftin tükənən sərvət olduğunu nəzərə alsaq, qeyri-neft ixrac diversifikasiyasının əhəmiyyətliliyi xeyli zəruridir.

  2. Azərbaycanda qeyri-neft sektorunda diversifikasiyalaşma diqqətə alındıqda ilk növbədə şaquli diversifikasiya səviyyəsinə, növbəti addımda isə üfiqi diversifikasiya səviyyəsinə üstünlük verilməlidir.

  3. Qeyri-ənənəvi ixracda elm və texnologiya tutumlu sənaye məhsullarının ixracının stimullaşdırılması daha məqsədə uyğun hesab olunan iqtisadi fəaliyyətdir. Həmçinin ənənəvi ixrac sahələrinə yeni texnologiyaların cəlbi ilə məhsuladrılığın artırılmasını təmin etmək də zəruridir.

  4. Ənənəvi ixrac sahəsi olan pambıqçılıq sahəsində istehsal və ixrac stimullaşdırılmalıdır.

  5. Qeyri-neft ÜDM-nun artırılması istiqamətində qeyri-neft sektorunda şaquli diversifikasiyanı təmsil edən mal qruplarının istehsalı və ixracına önəm verilməlidir. Bu baxımdan Malaziya nümunəsi nəzərdən keçirilməlidir.

  6. Qeyri-neft ixracını stimullaşdırmaq məqsədilə yerli və xarici investisiyalar bu sektora cəlb edilməli, beynəlxalq bazarlara sərbəst çıxış imkanı formalaşdırmaqla yeni ixrac partnyorları cəlb edilməlidir.


İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT




  1. Alıyev X. Azərbaycanın Büdcə Gəlirlərinin Neft Qiymətlərindən Elastikliyinin Modelləşdirilməsi // IV International Scientific Conference of Young Researches, Qafqaz Universiteti, 2016

  2. Aslanlı K., İsmayıl Z., Ağayev R., Mehdiyev A. İqtisadiyyatın və ixracın diversifikasiyasının qiymətləndirilməsi // Bakı,2013

  3. Aras O.N., Süleymanov E. Azərbaycan İqtisadiyyatı // Bakı 2010

  4. Aras O.N., Süleymanov E., Zeynalov A. Azərbaycan Respublikasında qeyri neft sektoru üzrə idxal-ixracın mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi // Qafqaz Universiteti jurnalı №29, 2010

  5. Berrin Bölek, Beynəlxalq Ticarətin Məzmununda Ortaya Çıxan Dəyişikliklər və Azərbaycanın Xarici Ticarət Əlqələrinin Təkmilləşdirilməsi // iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya, Bakı 2010,

  6. Durbin J., Watson G. S. “Testing for Serial Correlation in Least-Squares Regression’’ // Biometrika, vol. 38, 1951

  7. Engle R.F., Granger C.W.J. “Co-integration and Error Correction: Representation, Estimation and Testing” // Econometrica; 55(2), 1987

  8. Feyzullabəyli İ.Ə., Əlizadə A.Ş. Ticarət İqtisadiyyatı // Bakı 2002

  9. Frederik P., Stutz, Barney Warf // The World Economy, USA 2005

  10. Gurbanov S., Merkel E. Avoiding the Dutch Disease: Acomparative study of three succesful countries // Journal of Qafqaz University №29, 2010

  11. Qurbanov S. Azerbaycanda Enerji Kaynakları ve Hollanda Hastalığı: Makroekonomik Etkileri ve Amporik Değerlendirme // Doktora tezi, Eskişehir, 2011

  12. Gujarati D. Basic Econometrics // 4th edition, McGraw-Hill Education, 2003

  13. Haq Zahoor, Karl D.Meilke. Differentiated Agri-Food Product Trade and the Linder Effect // Canadian Agricultural Trade Policy Research Network, CATPRN Working Paper 2008-07, October 2008 p2-3

  14. İsmayılov A., Alıyev X. Neft Gəlirlərinin İdarə Edilməsində Uğurlu Model: Norveç Modeli // Journal of Qafqaz University, 2010, № 29

  15. İsmayılov G.İ. Dünya İqtisadiyyatının Nəzəri Əsasları // Bakı 2006

  16. İnternational Monetary Fund. Norway Selected Issues // IMF Country Report №13/273, 2013

  17. İnternational Monetary Fund. Indonesia Selected Issues // IMF Country report № 15/75, 2015

  18. İmamverdiyeva Sevda, Aliyev Elnur. Assessment of Trade Policy in Terms of Export Diversification in Azerbaijan // International Journal of Business and Social Research Volume 05, Issue 09, 2015

  19. Jarque C. M., Bera A. K. “A Test for Normality of Observations and Regression Residuals,” // International Statistical Review, vol. 55, 1987

  20. King Philip, King Sharmila. International Economics and International Economic Policy// New York 2005

  21. Məmmədov İ. Qeyri-neft sektorunun inkişaf istiqamətləri //Bakı 2012

  22. Məhərrəmov A.M., Aslanov H.H. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi. Bakı, 2008

  23. Olaleye, Samuel Olasode, Edun, Femi, Taiwo, Shakirudeen Babatunde, Export Diversification and Economic Growth in Nigeria: An Empirical Test of Relationship Using a Granger Casualty Test // Journal of Emerging Trends in Economics and Management Sciences (JETEMS) 5(1):70-79 © Scholarlink Research Institute Journals, 2013

  24. Phillips, P. C. B., Perron, P. (1988). "Testing for a Unit Root in Time Series Regression". // Biometrika 75 (2): 335–346. doi:10.1093/biomet/75.2.335

  25. Rosner L.P. Indonesia`s non-oil export performance during the economic crisis: Distinguishing price trends form quantitiy trends // Bulletin of Indonesian economic studies, Vol 36, №2, August 2000

  26. Ramsey J. B. “Tests for Specification Errors in Classical Linear Least Squares Regression Analysis,” // Journal of the Royal Statistical Society, series B, vol. 31, 1969

  27. Rzayev P.Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi // Azərbaycan Vergi Xəbərləri №7, Bakı, 2011

  28. Salomon Samen. A Primer on Export Diversification: Key Concepts // Theoretical Underpinnings and Emprical Evidence, Growth and Crisis Unit World Bank Institute, 2010

  29. Stiglitz Joseph E., Shahid Yusuf. Rethinking The East Asia Miracle. // New York, 2001

  30. Seyidoğlu H., Uluslararası İktisat // İstanbul, 2003

  31. Sultanov C. İxrac potensialı sisteminin strukturu və inkişaf xüsusiyyətləri // Hüquq və Qanun jurnalı №10, Bakı 2008

  32. Truxaçev V.İ., Lyakişeva İ.N., Yeroxin V.L. Beynəlxalq Ticarət // Bakı, 2012

  33. United Nations, Economic and Sosial Comission for Asia and the Pacific, Export Diversification and Economic Growth: The Experience Of Selected Last Developed Countries // Development Papers,N24, New York, 2004

  34. Wright George E. Accelerating non-oil diversification for Azerbaijan – policy dilemma // University of Washington, 2011

İNTERNET

  1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası.

http://www.president.az/files/future_az.pdf (07.10.2016)

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytı. Mal qrupları üzrə ixrac http://www.azstat.org/MESearch/details (28.11.2015)

  2. Beynəlxalq əmək bölgüsü iqtisadi münasibətlərin obyektiv əsasıdır https://www.academia.edu/6200170/Beyn%C9%99lxalq_%C9%99m%C9%99k_b%C3%B6lg%C3%BCs%C3%BC_beyn%C9%99lxalq_iqtisadi_m%C3%BCnasib%C9%99tl%C9%99rin_obyektiv_%C9%99sas%C4%B1d%C4%B1r (18.02.2016)

  3. http://data.worldbank.org/indicator/NE.EXP.GNFS.ZS (02.03.2016)

  4. Tilton John E. The Terms Of Trade Debate and the Policy Implications for Primary Product Producers, Division of Economics and Business Working Paper Series, Colorado School of Mines, Illinois, September 2012

http://econbus.mines.edu/working-papers/wp201211.pdf (10.01.2016)

  1. Trade statistics for international business development. Monthly, quarterly and yearly trade data. Import and export values, volumes, growth rates, market shares etc

http://www.trademap.org/Index.aspx (16.03.2016)
Yüklə 419,87 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin