Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi


Qrafik 2.7 Dəyişənlərin zamana görə dəyişməsi qrafikləri, Azərbaycan 1995-2015



Yüklə 419,87 Kb.
səhifə48/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   44   45   46   47   48   49   50   51   ...   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

Qrafik 2.7 Dəyişənlərin zamana görə dəyişməsi qrafikləri, Azərbaycan 1995-2015



Mənbə: “Eviews 9” proqram paketi vasitəsilə aparılmış hesablamaların nəticələri



Qiymətləndirmə aparılması üçün verilmiş məlumatlar 1995-2015 illər aralığında mal qrupları üzrə ixrac və 1995-2015-ci illər aralığında ümumi ölkə üzrə ümumi qeyri-neft ixracı məlumatlarıdır. Statistik məlumatlar ARDSK-nin məlumatlarına əsasən toplanaraq modelə daxil edilmişdir. Tədqiqat işində ekonometrik modelin əmsalları ən kiçik kvadratlar (ƏKKÜ) üsulu, OLS metodu ilə müəyyən edilmişdir. Qrafik 2.7-də modelimizdə olan parametrlərin qeyd edilən zaman aralığında zamandan asıllıq qrafikləri göstərilmişdir.

  1. Sonuncu mərhələdə isə reqressiya modelindən alınmış əmsalların iqtisadi, statistik və ekonometrik meyarlara uyğun qiymətləndirmələr aparılacaq. Qeyd edək ki, bu mərhələdə modelin parametrlərinə qoyulan ilkin nəzəri gözləntilərin özünü təstiq edib etməməsi nəzərdən keçirilir. Modelin parametrlərinin məqbul əhəmiyyətlilik səviyyəsində statistik əhəmiyyətli olub-olmaması test edilir. Reqressiya tənliyi üzrə vacib olan ekonometrik fərziyyələrin ödənilib-ödənilməməsi nəzərdən keçirilir. Əsas dəyişənlərdə baş verən dəyişmələrin asılı dəyişəndə olan dəyişmələri izah etməsinin qənaətbəxş olması tədqiq edilir. Burada resqressiya modelinə daxil edilən əsas dəyişənlər olan GRNTC və GRTC-nin asılı dəyişənimiz GRNOEXP-yə hər üç meyar üzrə təsirlərinə dair aşağıdakı hipotez qurulur və test edilir:

H0 – Qeyri-neft sektorunda həm qeyri-ənənəvi, həm də ənənəvi mal qruplarının ixracının artım tempində olan olan dəyişmələr ümumi qeyri-neft ixracının artım tempində dəyişməni müəyyən edir. Həmin asıllıq ekonometrik üsulla müəyyən edilə bilər.

H1 - Qeyri-neft sektorunda həm qeyri-ənənəvi, həm də ənənəvi mal qruplarının ixracının artım tempində olan dəyişmələr ümumi qeyri-neft ixracının artım tempində dəyişməni müəyyən edə bilmir. Həmin asıllığın ekonometrik üsulla müəyyən edilə bilməsi mümkünsüzdür.
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin