Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016
2.3. Azərbaycanda qeyri-neft ixrac diversifikasiyasının ölkənin iqtisadi artımına təsirlərinin qiymətləndirilməsi
Tədqiqatın bu mərhələsində əldə etdiyimiz nəticələr əsasında ekonometrik təhlillər aparacayıq. Yuxarıdakı bölmədə verilmiş indekslərə əsasən Azərbaycan üzrə 16 qeyri-neft sektoru mal qruplarında hansıların ənənəvi yaxud qeyri-ənənəvi olduğunu araşdırmışıq. Azərbaycanın qeyri- neft ixracında ənənəvi ixraca yönəlik mal qruplarını 3 növ (pambıqçılıq, tütünçülük və nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələri) olaraq, yerdə qalan digər 13 növ mal qrupu qeyri-ənənəvi ixrac malları kimi qəbul edilmişdir. Araşdırmanın aparılması üçün verilən məlumatlar vahid mənbədən -ARDSK-nin məlumatlarına əsasən götürülmüşdür.