Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi


Qeyri-neft ixracının konsentrasiya nisbəti əmsalına əsasən qiymətləndirilməsi



Yüklə 419,87 Kb.
səhifə42/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   38   39   40   41   42   43   44   45   ...   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

2.2.3 Qeyri-neft ixracının konsentrasiya nisbəti əmsalına əsasən qiymətləndirilməsi

Ümumi olaraq ixrac diversifikasiyası mövzusunu araşdırarkən burada şaquli diversifikasiya səviyyəsinin mövcudluğunun daha effektiv olduğu qənaətinə gəlsək də, üfiqi diversifikasiya səviyyəsinin mövcud olmasının da əhəmiyyətli olduğunu qeyd etmişik. Şaquli diversifikasiya yeni əlavə dəyər yaradan sahələri özündə əks etdirsə də, üfiqi diversifikasiya zamanı ənənəvi ixrac sahələrinin daha da genişləndirilməsini özündə əhatə edir. Lakin bununla bərabər seçilmiş mal qrupları arasında müəyyən bir mal qrupunun ölkənin ixrac portfelində individual olaraq hansı həcmdə paya malik olmasını müəyyənləşdirmək üçün konsentrasiya nisbəti indeksi əmsalından (CR) istifadə olunur. Seçilmiş məhsullar üzrə tapılan CR əmsalının qiymətlarinin toplam qiymətinin kiçik olması ixracda diversifikasiyalaşma səviyyəsinin yüksək olmasını, ölkənin bütün sahələrdən ixrac gəlirlərinin stabil və artan trenddə olduğunu ifadə edir. Bu indeks aşağıdakı qaydada hesablanır:



CR = (2.4)

Burada N seçilmiş məhsulların ümumi sayını, SXi 1995-2015-ci illər aralığında hər hansı i məhsulunun ixracının, ölkənin bu period ərzində ümumi ixrac portfelindəki tutduğu hissəni, 1/N isə seçilən istənilən məhsul üzrə ixrac gəlirliliyinin ən ideal əmsalını ifadə edir. Ən yaxşı halda diversfikasiya səviyyəsinin yüksək olduğu halda CR rəqəmi sıfıra yaxın bir ədəd almalıdır. Çox aşağı diversifikasiya səviyyəsinin mövcud olması isə alınan əmsalın vahidə yaxın olması ilə müəyyən olunur. Azərbaycan timsalında bizim seçdiyimiz qeyri-neft ixracı üzrə 16 məhsulun CR-ni müəyyənləşdirmək üçün qeyd edilən period ərzində ölkənin ümumi ixracdan əldə etdiyi gəlirləri iki yerə bölmüşük. Birinci qrupa ümumi ixrac gəlirlərində neft sektoru üzrə ixrac gəlirləri nəzərə alınsa da, ikinci qrupda yalnız qeyri-neft sektoru üzrə ixrac gəlirləri nəzərə alınıb.




Yüklə 419,87 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin