Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi


Qeyri-neft sektorunda spesifik-məhsul ixracının ənənəvilik indeksi və onun dispersiyası üzrə qiymətləndirilməsi



Yüklə 419,87 Kb.
səhifə40/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   36   37   38   39   40   41   42   43   ...   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

2.2.2 Qeyri-neft sektorunda spesifik-məhsul ixracının ənənəvilik indeksi və onun dispersiyası üzrə qiymətləndirilməsi

Ölkənin ixracında hanı məhsulların ənənvilik təşkil etdiyini qiymətləndirməyin digər metodu spesifik-məhsul ixracının ənənəvilik indeksi (CSTİ) və onun dispersiyası (VCSTİ) üzərindən qiymətləndirilməsidir. Bu qiymətləndirmə metodları yuxarıda qeyd etdiyimiz məcmu spesifik mal ixracı üzrə ixtisaslaşma əmsalı metodu ilə sıx bağlılıq təşkil edir. Spesifik-məhsul ixracının ənənəvilik indeksi hər hansı i məhsulu üzrə müəyyən period üçün aşağıdakı qaydada hesablanır:



CSTİi = (2.2)

Burada t0, tc, tT müvafiq olaraq başlanğıc, hazırkı və sonuncu illəri, CSCEFit məcmu spesifik-mal ixracı üzrə ixtisaslaşma əmsalını ifadə edir. Qeyd edək ki, başlanğıc ili (t0) 1995-ci il, sonuncu il (tT) isə 2015-ci il kimi qəbul edilmişdir. Qeyri-neft ixracı üzrə seçilmiş 16 məhsul üzrə aparılan qiymətləndirmələr zamanı ən böyük əmsala malik olan məhsul ölkə ixracı üzrə ənənəvi məhsul hesab olunur. Qeyd edilən hər iki indeksdən (CSCEF və CSTİ) istifadə etməklə ölkənin ixrac sektorunda diversifikasiya istiqamətini əsasən iki üsulla müəyyənləşdirmək mümkündür. Birinci üsul ondan ibarətdir ki, əgər ölkənin geniş tərkibdə seçilmiş ixrac məhsulları CSTİ indeksi üzrə aşağı qiymət alarsa və CSCEF-in qrafik təsvirində daha çox sağa meyl edərsə, həmçinin CSTİ indeksi üzrə bir qədər az qiymət alarsa amma yenə CSCEF-in qrafik təsvirində az ölçüdə də olsa sağa meyl edərsə bu ixrac üzrə üfiqi diversifikasiya səviyyəsinin olduğunu göstərəcəkdir. İkinci üsul ondan ibarətdir ki, əgər ölkənin geniş tərkibdə seçilmiş ixrac məhsulları CSTİ indeksi üzrə yüksək qiymət alarsa amma CSCEF-in qrafik təsvirində daha çox sola meyl edərsə, həmçinin xətti olarsa bu, ixrac üzrə şaquli diversifikasiya səviyyəsinin olduğunu ifadə edəcəkdir.

Həmçinin indeksin güvənliliyi yoxlamaq üçün CSTİ üzrə dispersiyanı (VCSTİ) yoxlamaq əhəmiyyətlidir. Bu aşağıdakı qaydada hesablanır: CSCEFi

VCSTİi = (2.3)

Burada VCSTİ-nin daha aşağı qiymət alması məhsulun ənənəvilik qiymətinin bütün period ərzində stabil olması anlamını verir. Aşağıdakı cədvəldə qeyd edilən 16 qeyri-neft ixrac məhsulları üzrə qiymətləndirmələr aparılmış CSTİ və VCSTİ üzrə əmsal qiymətləri göstərilmişdir:




Yüklə 419,87 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin