Cədvəl 2.5 Azərbaycan üçün ənənəvi-spesifik məhsul indeksi və onun dispersiyası (1995-2015)
s/s
|
Məhsullar
|
Ənənəvi-spesifik məhsul indeksi (CSTİ)
|
Ənənəvi-spesifik məhsul indeksinin dispersiyası (VCSTİ)
|
1.
|
Mirvari, qiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr
|
0,177672
|
0,095983
|
2.
|
Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları
|
0,21292
|
0,098215
|
3.
|
Tərəvəzlər, meyvəköklülər və kök yumruları
|
0,236121
|
0,094674
|
4.
|
Heyvan və ya bitki mənşəli piylər və yağlar
|
0,263821
|
0,104827
|
5.
|
Yeməli meyvələr və qoz-findıq, sitrus bitkiləri
|
0,284427
|
0,095705
|
6.
|
Qəhvə, çay, mate (paraqvay çayı) və ədviyyatlar
|
0,30179
|
0,103264
|
7.
|
Qara metallardan məmulatlar
|
0,317661
|
0,136902
|
8.
|
Plastik kütlələr (plastmass) və onlardan hazırlanan məmulatlar
|
0,337084
|
0,097482
|
9.
|
Alüminium və ondan hazırlanan məmulatlar
|
0,341293
|
0,102581
|
10.
|
Kimyəvi üzvi birləşmələr
|
0,350071
|
0,091357
|
11.
|
Qara metallar
|
0,363047
|
0,126302
|
12.
|
Spirtli və spirtsiz içkilər, sirkə
|
0,39511
|
0,075585
|
13.
|
Elektrik maşınları və avadanlıqları, aparatura, onların hissələri
|
0,398853
|
0,068312
|
14.
|
Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələri
|
0,507423
|
0,079516
|
15.
|
Tütün və tütünün sənaye əvəzediciləri
|
0,553969
|
0,096511
|
16.
|
Pambıq
|
0,657923
|
0,060902
|
Mənbə: Cədvəl ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Cədvəl 2.5-də ilk öndə CSTİ əmsalları üzrə qiymətlərə diqqət yetirərək müəyyən edə bilərik ki, bu indeks üzrə daha çox qiymət əldə edən ixrac sahələri pambıqçılıq, tütünçülük, avadanlıq, mexaniki qurğulardır. CSCEF üzrə qiymətləndirmələr və bunun qrafik təsviri zamanı da bunu müəyyən etmişdik. Bir daha müəyyən olunur ki, Azərbaycanda ixrac üzrə mühüm paya malik 16 əsas ixrac məsulu üzərindən qiymətləndirmələrdə adları çəkilən bu məhsular ölkə üçün ənənəvi ixrac sahələrini təmsil edir. Lakin VCSTİ üzərindən qiymətləndirilərkən, bu rəqəmlər bir qədər yuxarı olduğu üçün ixrac üzrə bu sahələrdə ümumi period üzrə müəyyən mənada qeyri-stabillik özünü göstərir. Daha az CSTİ qiymətlərinə malik olan və cədvəl 2.5-də ilk sıralarda cəmləşən ixrac məhsullarına nəzər saldıqda isə burada mirvari və qiymətli metallar, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, meyvə və tərəvəz məhsulları, bitki mənşəli piy və yağ kimi məhsulları ölkə ixracı üçün qeyri-ənənəvi məhsullar sırasına aid olduğunu müəyyən edərik. Onu da qeyd etmək lazımdır ki, ölkənin qeyri-neft ixracı üzrə məhz qeyri-ənənəvi məhsullar mühüm paya malikdir. Ümumi olaraq seçilmiş məhsullar üzrə CSTİ qiymətləri və Qrafik 2.4-ə nəzər saldıqda görə bilərik ki, CSTİ qiymətləri az olan məhsulların çox hissəsində bir qədər sola meyllənmə (spirtli və spirtsiz içkilər, elektrik maşınları və avadanlıqları, alüminium istehsalı, plastik materiallar istehsalı) və daha çox sola meyllənmə (şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, qiymətli metallar, tərəvəz məhsulları), bəzi hallarda sağa (nüvə reaktorları, qazanlar, mexaniki qurğular, avadanlıqlar və onların hissələri) meyllənmə hiss olunur. Ümumi olaraq bəzi hallarda qeyri-neft ixracında qeyri-ənənəvi məhsullar sayəsində əlavə dəyər yaratmaq baxımından üzrə ixracda şaquli diversifikasiyaya rast gəlinir. Üfiqi diversifikasiyaya isə çox cüzi hallarda rast gəlinsə də ümumi olaraq bunun yoxluğunu qeyd edə bilərik. Ölkə ixracında həm şaquli həm də üfiqi diversifikasiya səviyyəsinin olması daha məqsədə uyğun hesab edilsə də, şaquli diversifikasiyada elm və texnologiya tutumlu sahələrin inkişafı daha yaxşı hesab olunur. Cədvəl 2.5-dən göründüyü kimi ixrac məhsulları üzrə CSTİ-in dispersiya əmsalları göstərilmiş period üzrə ixracatın stabil qaydada deyil, bəzi hallarda tərəddüd etdiyini əks etdirir.
Dostları ilə paylaş: |