Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏrb universiteti FƏnn sillabusu təsdiq edirəm: Kafedra müdiri


II. Fənn Rəhbərindən Qarşılama Mesajı



Yüklə 26,39 Kb.
səhifə2/4
tarix12.11.2022
ölçüsü26,39 Kb.
#68764
növüDərs
1   2   3   4
Unsiyyət -30

II. Fənn Rəhbərindən Qarşılama Mesajı
İctimai praktikanın müxtəlif sahələrində insan haqqinda biliklərə olan elmi-praktik tələbat ünsiyyət psixologiyanın tədrisini labüd edir. Ünsiyyət psixologiyası kursu boyunca ünsiyyətdə tələbatlar, ünsiyyətin növləri, kommunikasiya prosesi, verbal və qeyri-verbal kommunikasiya, sosial persepsiyanın strukturu və mexanizmi haqqında ətraflı məlumat əldə edilir, yeri gəl­dikçə həm sınanmış, həm də istifadə edilə biləcək metodlardan fayda­lanmağın yol və vasitələri göstərilmişdir.
Bu kitabça kurs ərzində gözlənilən təhsil, fənnin məzmunu daxil olmaqla əsas məlumatı nəzərinizə çatdırır. Diqqətlə oxumalı və fənn müddətində yaxından izləməlisiniz.
III. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ:
(Fənn haqqında qısa məlumat, fənnin tədrisinin məqsədi, fənnin tədrisində tətbiq olunacaq metodlar yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)
FƏNNİN TƏSVİRİ:
Kursun ayrı - ayrı bölmələrində psixologiyada ünsiyyət problemi, ünsiyyətin kommunikativ tərəfi, ünsiyyət psixologiyasında qarşılıqlı təsir problemi, sosoal persepsiya, qavrayış prosesi və ünsiyyət, ünsiyyət pozuntuları, çətinlikləri və maneələri və digər zəruri məsələlər təsvir olunmuşdur.
FƏNNİN MƏQSƏDİ: Psixologiya kursunun əsas məqsədi tələbələrdə mühazirə zamanı əldə edilən biliklərdən praktik məsələlərin həllində müstəqil surətdə istifadə etmək, eləcə də ünsiyyətin strukturunu, qanunauyğunluq­larını, insanlara təsirin əsas strategiyalarını, ünsiyyət çətinliklərini və maneələri aradan qaldırılması yollarını tədqiq etmək bacarığı aşıla­maq­dan ibarətdir.


FƏNNİN TƏDRİSİNİN NƏTİCƏLƏRİ (HƏDƏFLƏRİ):
Ünsiyyət psixologiyası kursunun tədris olunması tələbələrə ünsiyyət psixologiyası elminin mahiyyətini, şəxsiyyətin inkişafı və formalaşması prosesində ünsiyyətin rolunu və ünsiyyət pozuntuları, çətinlikləri və maneələri zamanı onların aradan qaldırılması yollarını öyrənməyə imkan yaradır.



Yüklə 26,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin