Kompüter tərcümə proqramlarının növləri
Kompüter tərcüməsi bəzi əlamətlərə görə aşağdakı təsnifata bölünür:
1) Tərcümənin formasına görə
Şifahi kompüter tərcüməsi
Yazılı kompüter tərcüməsi
Yazılı tərcümə tərcümənin daha çox yayılmış professional formasıdır. Yazılı tərcümədə tərcüməçi üçün dəqiq vaxt çərçivəsi qoulmur. Belə ki, tərcüməçi istənilən vaxt tərcümə prosesini dayandirar, artıq tərcümə olunmuş hissəyə bir də qayıda bilər, tərcümə olunmuş hissənin baĢqa bir variantı üzərində fikirləşə bilər. ġifahi tərcümədə isə tərcüməçinin hərəkətləri natiqin nitqinin tempinə uyğun olaraq ciddi şəkildə məhdudlaşdırılır. Yazılı və şifahi tərcümə həm də tərcümənin istiqaməti ilə fərqlənir. Belə ki, yazılı tərcümə zamanı tərcümə prosesi adətən bir istiqamətdə (məsələn, ingilis dilindən azərbaycan dilinə) aparılır. ġifahi tərcümə zamanı isə tərcümənin istiqaməti dəyişə bilər (məsələn, ikitərəfli tərcümə zamanı).
2) Tərcümə xarakterinə görə
Lüğət tipli (yəni yalnız söz tərcümə edən)- Bu tipli kompüter tərcümə proqramlarına misal olaraq Abbyy Lingvo və Polyglot tərcümə proqramlarını göstərmək olar.
Mətn tərcümə edən kompüter tərcümə proqramları (məsələn Prompt).
Həm mətn, həmdə söz tərcümə edən kompüter tərcümə proqramları (məsələn, Socrat, və bir sıra Online kompüter tərcümə proqramları).
3)Avtomatlaşdırma səviyyəsinə görə
Avtomatik
Avtomatlaşdırılmış
Avtomatik kompüter tərcümə proqramı o deməkdir ki, tərcümə zamanı insan kompüterə heç bir müdaxilə etmir. Avtomatlaşdırılmış kompüter tərcümə proqramında isə tərcümə prossesində insan özu də bilavasitə iştirak edir.
Avtomatlaşdırılmış kompüter tərcümə proqramının özünün də aĢağıdakı növləri vardır.
- Öncədən redaktəli kompüter tərcümə proqramı (Bu zaman ilkin mətn maşın emalı üçün uyğunlaşdırılır, mətn sadələşdirilir, çoxmənalılıq halları aradan qaldırılır və s. Bundan sonra giriş mətni kompüter emalına göndərilir.)
- Post redaktəli kompüter tərcümə proqramı (Bu zaman ilkin mətn kompüter tərərfindən emal olunur və alınmış nəticə insan tərərfindən redaktə olunaraq səhvlər aradan qaldırılır)
- İnterredaktəli kompüter tərcümə proqramı (Bu zaman insan kompüterdə yerinə yetirilən tərcümə prosesinin özünə müdaxilə edir, çətinlik törədən halları aşkar edərək aradan qaldırır)
- Qarışıq redaktəli kompüter tərcümə proqramı (Məsələn, eyni zamanda həm öncədən redaktə, həm də post-redaktə)
4) Tərcümə olunan mətnin janrına görə
Tərcümə olunan mətnin stilistik janr xüsusiyyətlərinə görə tərcümənin bu növləri ayırd edilir: bədii, ictimai-siyasi və xüsusi janrlar. Bədii tərcümə obyekti bədii əsərlər sayılır. Bu tərcümə kompüter tərəfindən çox çətinliklərlə qarşılaşır. Belə ki, bədii əsərlərdə dilin müxtəlif bədii vasitələrindən istifadə olunduğundan bunlar kompüter tərcüməsi zamanı çoxlu sayda qeyri- dəqiqliyə yol verilir. İctimai-siyasi tərcümə is təbliğat və təşkilat xarakteri daşıyır. Bu tipli mətnlərin tərcümə zamanı çoxlu sayda ictimai-siyasi terminlərdən istifadə olunur. Xüsusu janrlı mətnlər isə elmin və ya insan fəaliyyətinin müxtəlif konkret sahələrinə aid olur. Bu tipli mətnlərdə həmin sahəyə aid olan xüsusi terminologiyadan geniş istifadə olunur.
Ədəbiyyat siyahısı
1. Баранов А.Н. Введение в прикладную лингвистику. М. 2001.
―Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu (http://files.preslib.az/projects/remz/pdf/atr_dil.pdf)
Mahmudov M. Kompüter dilçiliyi. Bakı, Elm və təhsil‖ - 2013.( səh. 356)
Dostları ilə paylaş: |