5. Online rejimlə tərcümə - Bu o deməkdir ki, kompüterin özündə heç bir kompüter tərcümə proqramları yazılmadığı halda belə, kompüter internet şəbəkəsinə qoşulmuçdursa, istənilən mətni tərcümə etmək mümkündür.
6. İstifadəçinin özünə uyğun lüğət yaratmaq imkanı
7. Müxtəlif dillərdən və ya müxtəlif dillərə tətcümə etmək imkanı
8. Tərcümə olunacaq mətnin həcminə məhdudiyyət qoyulmaması
9. Sürətli axtarış imkanlari.
Kompüter tərcümə proqramlarının çatışmayan cəhətləri
1. Qeyri-dəqiqlik - Yəni istənilən kompüter tərcümə proqramları mətni nə qədər böyük müvəfəqiyyətlə tərcümə etsə belə, həmin mətn insan tərəfindən redakdə olunmadan dəqiq tərcümə sayıla bilməz.
2) Kompüter tərcümə programı ilə yaradılmış mətn rəsmi sənəd sayıla bilməz.
3) Kompüter tercümə proqramı ilə işləmək üçün istifadəçi kompüterə malik olmalıdır. Bu isə əlavə vəsait tələb edir.
4) Kompüter tərcümə proqramı ilə işləmək üçün istifadəçi kompüterdən və həmin kompüter proqramndan istifadə bacarığına malik olmalıdır.
5) Kompüter tərcüməsi zamanı çox zaman qrammatikikanın, leksikanın, stilistikanın qaydaları pozulur, bədii üslublar dəqiq nəzərə alınmır. Bu isə nəticədə alınmış mətnin keyfiyyətini aşağı salır.
6) Kompüter tərcüməsi zamanı bir söz bir neçə məna bildirdiyi hallarda bu mənalardan biri götürülür və bəzən elə hallar olur ki, həmin məna kontekstə uyğun olmur. Sözün tərcüməsi lüğət bazasında tapılmadığı hallarda isə o söz ümumiyyətlə tərcümə olunmur.
7) Kompüter tərcümə sisteminin düzgün tərcümə etmədiyi hansısa bir söz və ya söz birləşməsi bütün mətnə yayılır.
8) Son dövrlər kompüter tərcümə proqramı ilə internetdə yaradılmış çoxlu sayda resurslar mövcuddur. Bu resurslar çox dəqiq olmadığından çoxlu sayda istifadəçilər həmin resurslara istinad edərək yeni mətnlərn yaradırlar. Bu isə arzu olunmaz nəticələr gətirib çıxardır.
Kompter tərcüməsinin keyfiyyəti ilkin mətnin tematikasindan və stilindən, həmçinin dillər arasındakı qrammatik, sintaksis və leksik yaxınlıqdan asılıdır.
Kompüter tərcüməsi kiçik həcmli cümlələrin tərcüməsini nisbətən daha dəqiq yerinə yetirir. Böyük həcmli, xüsusilə budaq cümlələrin tərcüməsi zamanı isə tərcümənin keyfiyyəti azalır. Bundan əlavə, atalar sözləri, yanıltmaclar, idiomatik ifadələrin daxil olduğu cümlələrin tərcüməsində qeyri-dəqiqlik daha da artır. Ona görə də kompüter tərcüməsindən, ümumiyyətlə, bədii tərcümə kimi istifadə etmək hələ ki məqsədəuyğun deyildir. Lakin bizim bilmədiyimiz bir dildən mətni başa düşdüyümüz dilə tərcümə etmək zəruriyyəti yarandıqda kompüter tərcüməsi əvəzolunmazdır. Burada söhbət bədii tərcümədən deyil, biznes-tərcümədən gedir. Məsələn, Avropa İttifaqının sənədlərini bu ittifaqa daxil olan bütün ölkələrin dilinə tərcümə etmək lazım gəldikdə bunun üçün böyük bir tərcüməçilər kollektivinə ehtiyac yaranır. Məsələnin çətinliyi bu halda həm də ondadır ki, söhbət təkcə mətnin tərcüməsindən deyil, həm də bu mətnin tərcüməsinin kompüterdə yığılması, onun korrektura və redaktə olunması, formata salınması və s. işlərdən də gedir. Belə hallarda kompüter tərcüməsindən istifadə olunması işin həcmini dəfələrlə asanlaşdırır.
Dostları ilə paylaş: |