3. Məxfilik və ya konfidensiallıq -Bu o deməkdir ki, bəzən tərcümə etdiyimiz mətni tərcüməçi nə qədər etibarlı və yaxın olsa da ona həvalə etmək istəmirik. Bu o zaman baş verir ki, mətn şəxsi ailə həyatı ilə əlaqədar olsun və ya firmanın maliyyə sənədləri,o cümlədən kommersiya sirrini əhatə ednən müxtəlif sənədlər tərcümə olunsun.
4. Universallıq - Məlum olduğu kimi hər bir tərcüməçi, elmin müəyyən sahəsi üzrə ixtisaslaşmış olur. Məsələn, bir qrup tərcüməçilər tibbi sahə üzrə, digər qruplar isə riyazi biliklər, başqa bir tərcüməçilər ictimai-siyasi biliklər üzrə və s. ixtisaslaşmış olur. Hər bir elm sahəsinin özünəuyğun terminalogiyası olduğundan başqa elm sahəsi üzrə ixtisaslaşmış. tərcüməçilər həmin terminləri tərcümə etməkdə çətinlik çəkirlər. Kompüter tərcümə proqramları isə mətnin elmin hansı sahəsinə aid olmasından asılı olmayaraq istənilən mətni tərcümə edmək qabiliyyətinə malikdir.