AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ QƏRBİ KASPİ UNİVERSİTETİ
SƏRBƏST İŞ
Kafedra: Tarix və Fəlsəfə
Fakultə: Siyasi və ictimai elmlər
Qrup: 128 TM
Fənnin adı: Mülki müdafiə
Müəllim: Ramiz Qasımov
Mövzu: Respublikamızda sülh mənşəli Fövqəladə Hallarda fəaliyyət göstərən dövlət sistemi
Tələbə: Ələsgərova Elnarə
BAKI-2021
Plan
Azərbaycan Respublikası FH-da fəaliyyət göstərən Dövlət sistemi.
Sistemin gündəlik idarəetmə orqanları.
Mülki Müdafiə xidmətləri, qüvvələri, onların təyinatı və yaradılması.
Ədəbiyyat siyahısı.
Azərbaycan Respublikası FH-da fəaliyyət göstərən Dövlət sistemi
Fövqəladə hallarda əhalinin təhlükəsizliyini təmin etmək, maddi zərəri azaltmaq və belə halların nəticələrinin aradan qaldırılması işlərinin təşkili məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992- ci il 30 aprel tarixli 239 nömrəli qərarı ilə “ Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi” yaradılmış, onun tərkibini, vəzifələrini, fəaliyyət qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir. (H.O.Ocaqov, “Mülki müdafiə”, Bakı – 2010. (səh. 237))
Bu sistem ərazi üzrə respublikanın bütün şəhər, rayon və digər yaşayış məntəqələrini; təsərrüfat sahələri üzrə isə bütün nazirlikləri, dövlət komitələrini, baş idarələri və hər cür iqtisadiyyat obyektlərini əhatə edir.
Sistemin hər bir vəsiləsi üçün rəhbər orqanlar; gündəlik idarəetmə orqanları; ətraf mühitə, təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr; fövqəladə halların nəticələrini aradan qaldıran qüvvələr; rabitə və Dölət sisteminin (DS) fəaliyyət rejimləri Dövlət sistemi Dövlət sisteminin (DS) fəaliyyət mərhələləri Yüksək hazırlıq Gündəlik fəaliyyət Fövqəladə hal İstehsal sahəsi üzrə Ərazi üzrə xəbərdarlıq sistemi müəyyən edilmiş, lazımi maddi- texniki vəsait ehtiyatları yaradılmişdır.
Sistemin rəhbər orqanları bunlardır:
bütün respublika üzrrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi(FHN) rəhbəri FHN-nin naziri;
muxtar respublika üzrə: Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar Komissiyası rəhbəri Naxçıvan MR baş Nazirinin müavini olmaqla;
şəhər və rayonlar üzrə: rayon (şəhər) icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyası (RFHK)- rəhbəri icra hakimiyyəti başçısının birinci müavini olmaqla;
təsərrüfat obyektlərində: obyekt fövqəladə hallar komissiyası (OFHK)- rəhbəri obyektin baş mühəndisi olmaqla (bu komissiyalar onlara ehtiyac və madditexniki baza olduqda yaradılır);
Nazirliklərdə (dövlət komitələrində, baş idarələrdə): sahə fövqəladə hallar komissiyası (SFHK)- rəhbəri nazirin (komitə sədrinin) müavini olmaqla.
Dostları ilə paylaş: |