Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 67,87 Kb.
səhifə4/14
tarix29.12.2021
ölçüsü67,87 Kb.
#48430
1   2   3   4   5   6   7   8   9   ...   14
elesgerova elnare mm

Üçüncü fövqəladə rejim – sistem bu rejimə fövqəladə hallar baş verərkən və onların nəticələri aradan qaldırılarkən FHN – nin müvafiq orqanları və daimi komissiyanın qərarı ilə keçirilir. Bu zaman:

  • əhalinin mühafizəsi təşkil edilir;

  • işlərə bilavasitə rəhbərlik etmək üçün daimi komissiyaların operativ qrupları fəlakət yerlərinə göndərilir;

  • qüvvə və vəsaitlər fəlakət yerinə gətirilir və xilasetmə işlərinə cəlb edilir;

  • baş vermiş fəlakətin nəticələri aradan qaldırılır;

  • ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur. Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə xilasetmə işlərinə bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir:

  • nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar zamanı – obyekt fövqəladə hallar komissiyası;

  • nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə hallar zamanı lazımi hallarda rayon (şəhər)və sahə fövqəladə komissiyaların operativ qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası;

  • nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı – şəhər (rayon) hakimiyyət orqanlarının fövqəladə hallar komissiyası;

  • respublikanın bütün ərazisini əhatə edən bölgə miqyaslı FH zamanı – Respublika Fövqəladə Hallar Nazirliyi.

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı ardıcıllıqla təşkil edilir:

  • istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq edilməsi və mühafizə olunması;

  • qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi;

  • fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək üçün kəşfiyyatın təşkili;

  • xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların hazır vəziyyətə gətirilməsi;

  • xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili;

  • obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa olması.

İstehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir.

İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sənaye kompleksində qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir. (H.O.Ocaqov, “Mülki müdafiə”, Bakı – 2010. (səh. 243))

Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31- də “ Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 73 saylı və 1998- ci il aprelin 18- də “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun ( 30 dekabr 1997- ci il, № 420- İQ ) tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalamışdır. 30 aprel 1992-ci il tarixli FH –in qarşısının alınması və belə hallarda fəaliyyət üzrə “Azərbaycan Respublikasında Dövlət siyasəti haqqında” Nazirlər Kabinetinin 339 nömrəli, “Əhalinin mühafizəsinin əsas prinsipləri haqqında” 29 dekabr 1992 –ci il tarixli 700 nömrəli qərarı. Azərbaycan Respublikası FHN-nin Mülki müdafiə Qoşunları haqqında əsasnamə (29 dekabr 2006-ci il № 511 ) qəpul edilmişdir. Yeni Əsasnamə və Qanunda Azərbaycan Respublikasında Mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki müdafiəsi – sülh və müharibə dövrlərində respublikanın ərazisində əhali və təsərrüfat obyektlərini təbii fəlakətlərin, həmçinin güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin təsirindən mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir. Mülki müdafiə ilk dəfə Fransanın Paris şəhərində 1931-ci ildə general Sant Pol tərəfindən, bir qurum kimi yaradilmışdı. 3 noyabr 1993-cü il tarixindən Azərbaycan Respublikası bu təşkilatın üzvidir. (H.O.Ocaqov, “Mülki müdafiə”, Bakı – 2010. (səh. 245))

Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin orqanları yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilarlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.


  • fövqəladə halların nəticələrindən əhalinin və təsərrüfat obyektlərinin mühafizə edilməsi;

  • sülh və müharibə dövrlərində admların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;

  • fövqəladə halların nəticələri aradan qaldırılarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;

  • FHN-nin orqanlarının rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;

  • sülh və müharibə dövrlərindəki fövqəladə hallarda təsərrüfat sahələrinin, müəssisələrinin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis -texniki və digər tədbirlərin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir.

Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.

Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və digər təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.

Yeni Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Pezidenti həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə Respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir. Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:


  • -Naxçıvan Muxtar Respublikasında – Müxtar Respublikasının Milli məclisinin sədri;

  • Şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə -müvafiq icra hakimiyyəti başcıları və onların nümayəndələri;

  • təsərrüfat birliklərdə və obektlərdə -onların rəhbərləri və sahibkarları.

Mülki müdafiənin vəziyyəti üşün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu, onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirilir.

Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri(müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri(müəssisələr)mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir.

Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə idarə, müssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur. Oyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. (H.O.Ocaqov, “Mülki müdafiə”, Bakı – 2010. (səh. 248))

Obyektdə mülki müdafiə - fəhlə, qulluqçu, gəncləri, tələbələri(şagirdləri) qabaqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında qəza – xilasetmə və digər təxirəsalınmaz işlər (QX və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.

Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə qərargahı yaradılır. Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısısır. Qərargah mülki müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir.

Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və vasitələr hazırlamaq, qəza xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən mülki müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə xidmətləri yaradılır.

Obyektlərdə xidmətlərin vacib rolu vardır. Onlar obyektin şöbələri, təşkilat və laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəssisləri, istehsalat rəhbərlərindən təyin edilir.

Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və xüsusiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və obyekt rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləi bunlardır:



  • rabitə və xəbərdarlıq;

  • tibbi;

  • yanğından mühafizə;

  • ictimai asayişi mühafizə;

  • sığınacaq və daldalanacaqlar;

  • mühəndis; -avtomobil nəqliyyatı;

  • maddi – texniki təchizat;

  • ticarət və energetika;

  • kimya və radiasiyadan mühafizə və s.

Lazımi hallarda və müvafiq baza olduqda digər xidmətlər də yaradıla bilər. Kənd təsərrüfatı heyvanlarını və bitkilərini mühafizə xidmətləri də yaradılır. (H.O.Ocaqov, “Mülki müdafiə”, Bakı – 2010. (səh. 249-250))


  1. Yüklə 67,87 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin