Windows 10 əlavə qeydlər
Windows 10 ƏS-də olan texnologiyalar:
1. Drag and Drop (Dart və burax) - Obyektin mübadilə buferindən istifadə etmədən
yerdəyişməsi, köçürülməsi, qısayolunun yaradılmasıdır.
a. Ctrl düyməsi sıxılı halda obyektin yerini mausla dəyişdikdə
köçürmə baş verir
b. Shift düyməsi sıxılı halda obyektin yerini mausla dəyişdikdə
yerdəyişmə baş verir
c. Alt və
ya Ctrl+Shift düyməsi sıxılı halda obyektin yerini mausla dəyişərkən qısayol
yaranır
2. Plug and Play (Qoş və istifadə et) - Kompüterə qoşulmuş xarici qurğuların drayverlərinin
avtomatik olaraq əməliyyat sistemi tərəfindən sazlanmasıdır.
3. OLE – Object Linking and Embedding (Obyektlərin Əlaqələndirilməsi və Yerləşdirilməsi)
digər proqramda yaradılmış obyektlərin sənədə daxil edilməsinə imkan verir.
Mübadilə buferi iştirak edir :
1. Cut – Ctrl +X ilə yerdəyişmə edərkən
2. Copy – Ctrl + C ilə köçürmə edərkən
Mübadilə buferi iştirak etmir :
1. Drag and Drop texnologiyasından (mausun iştirakı ilə əməliyyatlar) istifadə edərkən
2. Move to, Copy to, Send to, Move here, Copy here əmrləri ilə
yerdəyişmə və köçürmə
edərkən
3. Ctrl düyməsi sıxılı halda obyektin yerini mausla dəyişərək
köçürmə edərkən
4. Shift düyməsi sıxılı halda obyektin yerini mausla dəyişərək
yerdəyişmə edərkən
5. Alt və ya
Ctrl+Shift düyməsi sıxılı halda obyektin yerini mausla dəyişərək
qısayol
yaradarkən
Qısayol yaranır:
1. Alt düyməsi sıxılı halda mausla obyektin yerini dəyişərkən
2. Ctrl+Shift düyməsi sıxılı halda mausla obyektin yerinin dəyişərkən