Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S


Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ərazi müddəaları



Yüklə 68,35 Kb.
səhifə2/3
tarix29.12.2021
ölçüsü68,35 Kb.
#48452
1   2   3
zeynalov mehemmed az er munaqise

2. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ərazi müddəaları.

1920-ci ilin axırlarında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə arzu etdikləri erməni dövlətini yaratmaq və qonşulara qarşı ərazi iddiasını irəli sürmək siyasətinə keçdilər. 70 illik sovet hakimiyyəti dövründə Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirən ermənilərin bu istiqamətdə iddiaları get-gedə daha da artdı. Moskvada dövlət idarə aparatında yuva salmış erməni lobbisinin bu yolda həyata keçirməyə nail olduğu mənfur niyyətlərindən biri də müharibədən sonra xaricdən gələn ermənilərin yerləşdirilməsini bəhanə edərək İ. Stalinin xeyir-duası ilə dövlət səviyyəsində azərbaycanlılara qarşı həyata keçirilən deportasiya siyasəti olmuşdur.

1920-ci ildə Azərbaycanın Zəngəzur bölgəsinə sahib olan ermənilər 1921-ci ildə Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istədilər. Böyük şəxsiyyət, görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun prinsipial mövqe tutması onların planını pozdu. Lakin 1922-ci ilin sonunda N. Nərimanov Moskvaya getdikdən sonra onlar 1923-cü ilin iyulunda Dağlıq Qarabağa muxtariyyət verilməsinə nail ola bildilər. Bununla belə, onlar Dağlıq Qarabağa yiyələnə bilmək iddiasından əl çəkmir, dəfələrlə bu barədə məsələ qaldırırdılar.

1930-cu illərdə "vətən xaini" damğası ilə xalqımızın ən öndə gedən ziyalılarının, elm xadimlərinin, dövlət və siyasət adamlarının məruz qaldığı haqsızlıqlar bu siyasətin nə qədər iyrənc məqsədlərə xidmət etdiyini bir daha ortaya qoyur. Bu dövr tariximizin ən faciəli səhifələrindən biri kimi xalqımızın yaddaşında dərin iz buraxmışdır. Xalqlara hürriyyət və azadlıq vəd edən SSRİ elan etdiyi prinsiplərə xilaf çıxaraq azərbaycanlılara qarşı ayrıseçkilik siyasəti yürütmüş və zaman-zaman bu xalqın genofondunun məhv edilməsinə çalışmışdır. Ötən əsrin 70-ci illərinə qədər azərbaycanlıların İttifaqın nüfuzlu ali təhsil ocaqlarında təhsil alması çox nadir hallarda baş verir, xalqımızın hərbi sahədə peşəkar kadrlarının yetişdirilməsinə maneələr törədilir, hətta orduya xidmətə getmiş əsgərlərə münasibətdə də bu, açıq şəkildə özünü göstərirdi. Sovet imperiyasının "parçala, hökmranlıq et" siyasəti ilk növbədə bizim xalq üçün daha faciəli və daha ağır nəticələrə gətirib çıxarmışdı.

Maraqlıdır ki, həm o dövrdə, həm də sonralar Azərbaycan Qafqazda SSRİ-nin iqtisadi inkişafına mühüm təsir göstərən və onun dayaqlarının möhkəmləndirilməsinə daha çox töhfələr verən respublika olmuşdur. Ölkəmizin təbii sərvətlərinin zənginliyi, əmək potensialının genişliyi burada əsas faktorlardan biri kimi çıxış edirdi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, İkinci Dünya müharibəsində Sovet ordusunun faşizm üzərində qələbəsində əsas pay Bakı neftinin üzərinə düşürdü. Çünki o dövrdə istehsal olunan yanacağın 70 faizindən çoxu məhz Azərbaycanda hasil edilirdi. (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası, “Ermenistan – Azərbaycan münaqişəsi”, Bakı – 2017. (səh. 8))

Müharibə qurtardıqdan sonra, 1945-ci ilin noyabrında Ermənistan KP MSK-nın birinci katibi Q. Arutyunov İ. Stalinə məktubla müraciət edərək Dağlıq Qarabağın Ermənistan SSR-lə həmsərhəd olduğunu, iqtisadiyyatı ilə guya sıx bağlılığını nəzərə alaraq onun Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırır. Həmin məktubu İ. Stalin K. Malenkova ünvanlayır. O isə, öz növbəsində, cavab üçün sənədi Azərbaycan SSR rəhbərliyinə göndərir. Dağlıq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olduğu haqqında geniş məlumat verən M. C. Bağırov məktubunun sonunda bildirir ki, Şuşa rayonunu çıxmaq şərti ilə Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər də Azərbaycana qaytarılsın.

Siyasi Partiyalar arxivində bu məsələ ilə əlaqədar 1947-ci ilin dekabrında M. C. Bağırovun və Q. Arutyunovun birlikdə imzaladığı və Stalinə göndərilmiş məktubun surəti qorunub saxlanılır. Məktubda məhz yuxanda deyilən məsələlərlə bağlı konkret təkliflər irəli sürülmüşdür.

Nəticədə SSRİ Nazirlər Soveti 1947-ci il dekabr ayının 23-də "Ermənistan SSR-dən kolxozçuların və digər Azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar qəbul edir. Şəxsən İ. Stalinin imzaladığı və heç bir girişi olmadan bilavasitə onun qərar hissəsindən başlanan bu sənəd, məzmunundan da göründüyü kimi, çox tələsik hazırlanmışdı. Təsadüfi deyildir ki, 1948-ci il martın 10-da SSRİ Nazirlər Soveti həmin qərara əlavə olaraq ikinci bir qərar da qəbul etməli olur. Özü də 1947-ci il 23 dekabr tarixli qərara əlavə qeydi olan və İ. Stalinin imzaladığı bu ikinci qərarda azərbaycanlıların köçürülməsi ilə əlaqədar tədbirlər planı özünün geniş əksini tapmışdı.

1947-ci il 23 dekabr tarixli qərarın birinci bəndində göstərilirdi ki, 1948-1950-ci illərdə "könüllülük prinsipi əsasında" Ermənistan SSR-də yaşayan yüz min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in KürAraz ovalığına köçürülsün.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından sürgün olunmuşdu. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və keçmiş SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdı.

Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.

Azərbaycan Respublikası Prezidentinin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli fərmanının ilk cümlələri belə başlayır: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Mərhələmərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

Tarixi faktlar belə şəksiz həqiqəti tamamilə təsdiq edir ki, indiki Ermənistan adlanan ərazi XIX əsrə qədər xalis türk yurdu - azərbaycanlıların yaşadıqları ərazi olmuşdur. Yalnız çar Rusiyası müstəmləkəçilərinin ayağı bu yerlərə dəydiyi gündən torpaqlarımıza erməni toxumunun səpilməsinə başlanılmış, tezliklə ilk zəhərli cücərtilər görünmüşdür. Lakin çar Rusiyasının hakim dairələrinin səyi ilə İran və Türkiyədən ermənilərin bu əraziyə kütləvi surətdə köçürülməsinə baxmayaraq, onlar burada heç vaxt əhalinin əksəriyyətini təşkil edə bilməmişlər. Məlum olduğu kimi, 1918-ci il mayın 27-də "Ermənistan Respublikası" elan edildiyi zaman bu qondarma dövlətin paytaxtı belə yox idi və Azərbaycan Milli Şurası 1918-ci il 29 may tarixli iclasında səs çoxluğu ilə tarixi şəraitin təzyiqi altında İrəvan şəhərini Ermənistan Respublikasının paytaxtı kimi tanımaq məcburiyyətində qalmışdır.

Vaxtilə əhalisi başlıca olaraq azərbaycanlılardan ibarət olan Qərbi Azərbaycan əyalətlərində - Zəngibasar, Vedibasar, Zəngəzur, Göyçə, Ağbaba, Dərəçiçək, Sisyan, Qafan, Qəmərli, Qaraqoyunlu, Qırxbulaq, Şərur, Sürməli, Seyidli, Sərdarabad, Abaran, Gərnibasar və başqa yurdlarımızda bir nəfər belə azərbaycanlı qalmasa da, tarixin yaddaşına həmin vilayətlər qədim azəri yurdları kimi həkk olunmuşdur. (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası, “Ermenistan – Azərbaycan münaqişəsi”, Bakı – 2017. (səh. 10-11))

Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə birləşdirilməsi məsələsi hətta Kremlin özündə və Siyasi Büroda müzakirə edilən məsələlərdən birinə çevrilmişdi. Öz himayədarlarının köməyilə ermənilər Azərbaycan ərazilərini Ermənistana birləşdirmək səylərini davam etdirirdilər. 1969-cu ilin mayında Qazax və bir neçə başqa rayonun ərazisində yerləşən bəzi kəndlərin Ermənistana birləşdirilməsi barəsində bu ölkənin Ali Soveti qərar qəbul etdi. Bu qərar SSRİ Ali Soveti tərəfindən də təsdiq olundu. Lakin Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi bu qərarın həyata keçməsinə imkan vermədi. SSRİ kimi nəhəng bir dövlətdə qanunverici orqanın qərarının yerinə yetirilməməsinin nə demək olduğunu başa düşmək çətin deyil. Lakin Heydər Əliyev öz xalqının milli maraqları naminə böyük riskə gedərək Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsinin qarşısını aldı. Buna baxmayaraq, 1986-cı ildə Azərbaycan rəhbərliyinin etinasız münasibəti ucbatından həmin qərarda nəzərdə tutulan bəzi ərazilər Ermənistana birləşdirildi.

1977-ci ildə Sovetlər İttifaqının yeni Konstitusiyasını işləyib hazırlayan komissiya Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə birləşdirilməsini təklif etdi. Respublikanı komissiyada təmsil edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin sərt reaksiyası və bu təklifi qəti şəkildə rədd etməsi onun həyata keçirilməsinin qarşısını aldı.




  1. Yüklə 68,35 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin