Sosial təşkilatlar
məqsədyönlü sosial sistemlərdir. “Təşkilat” termini
mənşəcə “orqanizasion” sözündən olub, qaydaya salmaq mənasını ifadə edir. I
təşkilat dedikdə müəyyən insanlar qrupunun yeni normalar və qaydalar işləyib
hazırlamağa, dayanıqlı əlaqələr yaratmağa yönəlmiş, qarşılıqlı əlaqələrini ifadə
edən fəaliyyət forması başa düşülür. II təşkilat hər hansı bir obyektin atributu kimi,
onun nizamlanma strukturuna malik olmaq cəhdi kimi başa düşülür. III sözügedən
anlayış bəzən müəyyən ictimai funksiyanı yerinə yetirən institut xarakterli sosial
qrupu ifadə edir. Sosial təşkilatların tədqiqatçılarıdan olan S.Sfrolov onları
məqsədlərin əldə edilmsinə yönələn rasional sistem kimi xarakteri edir. Onun
fikrincə təşkilatların müəyyənləşdirilməsində aşağıdakı istiqamətlər mövcuddur: 1)
istiqamət K.Beənardın nəzəriyyəsi ilə bağlıdır. Həmin nəzəriyyəyə görə, təşkilat
insanların kooperasiyasının elə növüdür ki, o, digər sosial qruplardan şüurluluğu və
məqsədyönlü olması baxımından fərqlənir. 2 istiqaməti D.Març və Q.Saymonun
nəzər-nöqtələri daha yaxşı səciyyələndirir. Onların fikrincə, təşkilat qarşılıqlı
fəaliyyətdə olan insanların birliyidir. Elə birlik ki, o, cəmiyyətdə daha geniş
yayılmışdır və mərkəzləşdirilmiş koordinasiya sisteminə malikdir. P.Blan və
Y.Skott təşkilatların müəyyənləşdirilməsinin III istiqamətini təqdim edirlər.
Onların fikrincə, təşkilatlar əsas məqsədlərin əldə olunması naminə formalaşdırılır.
A.Etsioninin mövqeyi IV istiqaməti ifadə edir. O göstərir ki, təşkilat spesifik
məqsədləri həyata keçirmək naminə təşkil olunan sosial birliklərdir. Burada başlıca
diqqət təşkilatın, onun üzvlərinin şüurlu fəaliyyətinə yönəldilir.
|