Mühəndis–sosioloq
. Çox zaman kiçik miqyaslı sorğular, çöl
eksperimentləri aparır, planlaşdırma ilə, dizaynla məşğul olur.
Klinik sosiologiya
sahəsində çalışan mütəxəssis isə diaqnoz qoymalı, “terapevtik” tədbirlər
hazırlanmalı və bunları reallaşdırmaq üçün məsləhətlər verməlidir. Bir qayda
olaraq hər iki qəbildən olan mütəxəssislər sıx əlaqə saxlayır, öz səylərini
birləşdirməyə çalışırlar.
ŞƏXSİYYƏTİN SOSİOLOGİYASI ANLAYIŞI. ŞƏXSİYYƏTİN
SOSİALLAŞMASI VƏ ONUN SOSİAL DAVRANIŞI.
Sosialogiyada mühüm yer tutan xüsusi səviyyəli nəzəriyyələrdən biri də
şəxsiyyət sosiologiyasıdır. Məlumdur ki, şəxsiyyət çoxtərəfli sistem olmaq
etibarilə müxtəlif elmlər (fəlsəfə, psixologiya, tarix və s.) tərəfindən öyrənilir.
Sosiologiya və şəxsiyyəti cəmiyyətin məhsulu kimi, sosial münasibətlərlə qarşılıqlı
təsirdə araşdırır. Şəxsiyyəti öyrənərkən ondakı bioloji və sosial keyfiyyətləri bir-
birinə qarşı qoyulmamalı, sıx qarşılıqlı əlaqədə təhlil olunmalıdır. Nəzərdə
tutlmalıdır ki, insanın sosial həyatı onun bioloji varlığı üzərində formalaşır. Lakin
sosial tərəf, bioloji tərəfi təkrar etmir, o insanın prinsipcə yeni keyfiyyətlərini ifadə
edir. Sosiologiya ayrıca götürülmüş şəxsiyyətin təhlilindən daha çox yeni şəraitdə
fəaliyyət göstərən və oxşar sosial keyfiyyətlərə malik olan insan birliklərinin
öyrənilməsinə diqqət yetirir. Bu təlimdə fəaliyyət dedikdə subyektin obyektə
məqsədyönlü dəyişdirici təsiri nəzərdə tutulur.
Cəmiyyət ilə şəxsiyyət arasında münasibətlərdə sosial birlik formaları
əlaqələndirici vəsilə kimi çıxış edir. Məhz onların tərkibinə daxil olmaq vasitəsilə
bu və ya digər insan sosial həyata, ümumilikdə sosial münasibətlər sisteminə
qovuşur. Hər bir fərd müəyyən sosial birlik formasına daxil olarkən onun ümumi
mədəniyyətini, sosial normalarını və sərvətlərini qəbul edir. Bütövlükdə ayrıca bir
fərdin sosial birliyə və onun vasitəsilə cəmiyyətə qovuşması prosesi sosiologiyada
|