Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti



Yüklə 97,04 Kb.
səhifə18/20
tarix02.01.2022
ölçüsü97,04 Kb.
#42083
1   ...   12   13   14   15   16   17   18   19   20
referat 3774

Dördüncü dövrdən əvvəlki çöküntülər. Bu çöküntülər tədqiq olunan ərazilərin məhdud sahələrində səthə çıxır. Onlar dörd yuxarı çay terrasını əmələ gətirir, fraqmentləri dağətəyi ərazilərdə çay vadilərində mürəkkəbləşir, çınqılla hamarlanır, tez-tez gillicə torpaqlarla örtülür. Çınqıllı sahənin dərinliyi 25-30 m, gillicə sahələrin dərinliyi isə 15 m-ə çatır.

Vəlvələçay və Samur çayları arasındakı düzənlik zonaların dördüncü dövrdən, əvvəlki çöküntüləri 170-120 m-ə qədər dərinlikdə yerləşir (dəniz və kontinental çöküntülər). Onun qərb sərhəddi Samur-Abşeron Kanalı arasından keçir. Meridian istiqamətində onun qalınlığı artaraq Samur çayı vadilərindən Vəlvələçay vadilərinədək uzanır. Dördüncü dövrdən qabaqkı çöküntülərə düzənlik zonalarda Kontinental çınqıldaş çöküntüləri şəklində rast gəlinir. Çöküntünün tərkibində külli miqdarda mikrofaunaya rast gəlinir. Z.V.Kuznetsov onlardan aşağıdakıları təyin etmişdir: Bacunella dorsaarcuata Zal., Rotalia ex gr.beccarrii Zinne, Loxoconcha inderana Mand., Lcptocythere caspia Liv. və s. Geoloji kəsikdə şimal-şərq istiqamətində dəniz çöküntülərinin miqdarı artır.

Dördüncü dövrdən əvvəlki qumlu-çınqıllı çöküntülər içərisində iridənəli materiallar daha çox üstünlük təşkil edir.

Dördüncü dövrün ortalarına aid çöküntülər. Bu dövr materialları (buzlaşmış materiallar) allüvial çöküntülər, dəniz çöküntüləri, dəniz və kontinental çöküntülər mürəkkəb kompleks təbəqələşməsindən ibarətdir. Dördüncü dövrün ortalarına aid allüvial çöküntülər əsasən qumlu-cınqıllar şəklində çay terrasının orta yarusunun altında yerləşir ki, bu da dağətəyi zonanın çay vadisində müşahidə olunur.

Düzənlik zonada Samur və Vəlvələçay çayları arasında dördüncü dövrün ortalarına aid çöküntülər daha cavan süxurlarla (identik litolitik tərkibli) örtülmüşdür. Ona görə də onların sərhədlərini müəyyənləşdirmək çətinləşir və əksər hallarda mümkün olmur. Dəmiryol xətti zonasında dördüncü dövrün ortalarına aid çöküntülərə quyular vasitəsilə 55-60m-dən 75-80m-dək dərinlikdə rast gəlinir. Bu çöküntülərin qalınlığı 50-55m-dən 80-85m-dək və bəzi hallarda hətta 100m-dən də çoxdur. Çöküntülərin tərkibində qumlu-çınqıllı, boz rəngli qum və gillə qarışıq (təbəqələr şəklində) təbəqələr üstünlük təşkil edir. Ancaq nadir hallarda eyni cinsli qumlara da rast gəlinir (xüsusən kiçik dənəli qumlar).



Dördüncü dövrdən sonrakı çöküntülər. Tədqiq olunan ərazidə dördüncü dövrdən sonrakı çöküntülərə hər yerdə rast gəlinir. Dağətəyi zonalarda onlar əsasən delyüvial çöküntüləri və gilli örtüklər, düzənlik zonalarda isə allüyüvial süxurlar və allüyival prolüyivial mənşəlidir. Tədqiq olunan rayonun cənub istiqamətinə doğru transqressiya müşahidə olunur. Şimalda dəniz çöküntüləri çınqıllı qum (balıqqulağı ilə birlikdə), cənubda isə əsasən qumlu-lil və gilli materiallarla zəngindir. Sözü gedən rayonun mərkəzi hissəsində onun quruluşu daha da mürəkkəbləşir,burada gil qatı qeyri-düzgün linza əmələ gətirir və çınqıl qatı ilə əvəz olunur. Dördüncü dövrdən sonraki kontinental çöküntülərin qalınlığı 45-50m-dən 70-75m həddində dəyişir. Dənizə yaxınlaşdıqca o bir qədər azalır. Daha dərin davamlı gilli təbəqənin sərhəddi dördüncü dövrün ortaları və sonuna aid çöküntülər onları müxtəlif nisbətdə parçalayır.

Müasir çöküntülər hər yerdə təzahür olunmaqla, müxtəlif genetik tipdə özünü göstərir: dəniz, külək hesabına əmələ gələn allüyvial, selin əmələ gətirdiyi qum yığıntıları və travertindən ibarətdir.

Dəniz çöküntüləri dəniz sahili boyu uzanaraq, eni müxtəlif sahələrdə 1,5-2km-dən bir neçə metrə qədər təşkil edir. Bu çöküntülər üç dəniz terrası şəklində yerləşir. Onlardan birinci ikisi balıqqulağı, çınqıllı qumlu material, üçüncü isə çınqıllı-buzlaq daşı çöküntüləridir.

Eol çöküntüləri iki və ya üç silsilə qum təbəqələri və sədləri şəklində sahil zolağının xeyli hissəsində qeyd olunur. Silsilə qum təbəqələrinin yuxarı hissəsi xırdadənəli qumlardan, əsası isə qumlu balıqqulağı və çınqıldan ibarətdir. Çoxlu qum təbəqələri bitkilərlə örtülmüşdür.

Allüvial çöküntülər (çay və sel sularının gətirib yığdığı süxur maddələri, çöküntülər) qaya parçaları-çınqıl şəklində çay yatağını və onun birinci iki terrasını təşkil edir. Müasir çay çöküntülərinə geniş yayılmış gillicə və qumluca çöküntü materialları aiddir ki, bu da xeyli qədimdən əmələ gəlməyə başlamışdır.

Gillicə və qumsal təbəqələr (çöküntülər) çayın sahili və yataq boyunca müşahidə edilir ki, bunlarda böyük məsaməli çöküntülər olub vertikal və maili istiqamətdə yerləşir. Bu süxurlar genezinə görə allüvi- dellüvi süxurlarından əmələ gəlmişdir və çayın qurtardığı yerdə onun konusunun formalaşmasına səbəb olmuşdur. Həmin sahəyə sonralar daha az su axır və yalnız narın torpaq-qumun toplanması baş verir.

Qumlu-gilli materialların toplanmasında çayın ayrı-ayrı qollarının və suvarma kanallarının da bir sıra rolu vardır. Travertin qatına mənbənin başlanğıcında və qollarında rast gəlinir. Onlar möhkəm əhəngdaşı kütlələri şəklində olub qalınlığı 1m-ə qədərdir. Bəzi yerlərdə onlar mənbənin hövzəsini döşəmə kimi örtərək, çınqılla sementləşmiş şəkildə olub hövzədə müəyyən kandar əmələ gətirir. Müasir çöküntü qatının qalınlığı adətən bir neçə metrdən bəzi yerlərdə 15m-ə qədər azalır.




Yüklə 97,04 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin