Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti


Şirvan düzünün qrunt sularının qidalanma mənbələri (cədvəl 3.2.1)



Yüklə 97,04 Kb.
səhifə16/20
tarix02.01.2022
ölçüsü97,04 Kb.
#42083
1   ...   12   13   14   15   16   17   18   19   20
referat 3774

Şirvan düzünün qrunt sularının qidalanma mənbələri (cədvəl 3.2.1)




Qidalanma mənbələri


Şirvan düzü

M3/s

%

Suvarma qurğularından infiltrasiya sular

13,20

19,9

Çaylardan infiltrasiya sular (Kürün qolları)

21,85

32,93

Təzyiqli sular

9,60

14,47

Kondensasiya sular

6,75

10,17

Mexaniki qaldırılmış sulardan infiltrasiya

3,45

5,20

Atmosfer yağıntılarından infiltrasiya

4,05

6,10

Dağ süxurlarının suları

3,00

4,52

Dağ yamaclarında axan yağıntı sularından infiltrasiya

4,20

6,33

Artezian suları ilə suvarmadan infiltrasiya

0,20

0,30

Kəhriz suları ilə suvarmadan infiltrasiya

0,05

0,10

CƏMİ:

66,35

100

Düzün Əlicançay, Türyançay, Göyçay və Girdimançay konusları çöküntülərində qrunt suları kimyəvi tərkibinə görə sulfatlı, xlorlu- sulfatlı tipə aid edilir. Cənuba doğru xlor ionu, sulfat ionlarını sıxışdırıb çıxarır və qrunt suları natrium xlorid tipi ilə əvəz olunur. Cənub istiqamətdə, Qarasu çayının təsir zonasında qrunt suları yenidən sulfatlı tipə keçir ( natrium- sulfat). Düzdə qrunt sularının qidalanmasında təzyiqli suların rolu böyükdür.( M.Q.Mustafayev)



3.3.Hidroqrafiya. Şirvan düzünə daxil olan çaylar tranzit xarakterlidir. Bu çaylar Kür hövzəsinə aid olub, Baş Qafqaz silsiləsinin cənub yamacında 2000-3500 m yüksəklikdən başlanır. Əlincançay, Türyançay, Göyçay və Girdimançay alçaq dağlıqdan Şirvan düzünə çıxdıqdan sonra bir sıra qollara ayrılır. Gətirmə konusları səthindən yer altına süzülən və kənar hissələrdə qaynamalar halında səthə çıxan sulardan Qarasu çayları yaranır. S.Rüstəmovun məlumatına görə Şirvan düzü çaylarının qidalanmasında yağıntılar, xüsusilə qar suları əsas yer tutur. Onlarda illik axının 65-70% - ə qədəri yaz və qismən yay aylarında olur.

Girdimançay Babadağ Zirvəsinin ətəklərində 3000 m yüksəklikdən başlayaraq 9 m yüksəklikdə Qarasuya tökülürdü. Sonradan süni yataq vasitəsilə Kür çayına axıdılmağa başlandı. Sutoplayıcı sahəsi 232 km2, su sərfi 2,34 km3/ san-dır. Şirvan düzü daxilində uzunluğu 25,2 km-ə yaxındır.S.Rüstəmov Şirvan düzündə 2 hidroloji rayon ( Şirvan düzü və Kür - Araz ) ayırmışdır. İkincidə birinciyə nisbətən çay şəbəkəsi azdır. Şirvan düzünün ümumi çay şəbəkəsinin sıxlığı 0,46-0,5 ka/ km2 - dır. Ərazidə cənubdan Şimala, şərqdən qərbə yağıntıların artması ilə əlaqədar olaraq çay şəbəkəsinin sıxlığı çoxalır. Şirvan düzü çaylarında il ərzində axım qeyri- bərabərdir.

Yuxarıda göstərilən daimi axara malik çaylardan əlavə alçaq dağlıqdan başlanan və güclü leysan yağışları zamanı müvəqqəti axara malik müxtəlif uzunluqda bir çox quru dərə və yarğanlar da mövcuddur. Həmin dərələrin bəzisində su anbarlarının yaradılmasında istifadə olunmuşdur. Digər tərəfdən belə quru dərələr şor suları toplayan və şorlaşmanın qarşısını alan təbii drenajlardır. Şirvan düzünün quru, arid iqlim şəraiti suvarmadan maksimum istifadə olunmasını tələb edir. Relyefin düzən olması ərazini bütünlüklə suvarmağa və mövcud hidroqrafiya şəbəkəsindən tam istifadə etməyə şərait yaradır. Mingəçevir su anbarından başlanan və 123 km-dən məsafədə uzanan Yuxarı Şirvan kanalı 47 min ha-dan çox sahəsi suvarmağa imkan verir. Şirvanın çay şəbəkəsindən daha səmərəli istifadə etmək üçün alçaq dağlığı kəsib düzənliyə çıxan sahələrdə sutoplayıcı qurğular yaradılmışdır. Şirvan düzü çayların gətirmə konuslarında zəngin yeraltı şirin su ehtiyatları vardır. Bu ehtiyatlardan mədəni landşaftların inkişafında, həmçinin məişətdə səmərəli istifadə edilə bilər.

Ərazinin qrunt suları təzyiqsiz və nisbətən sərbəst səthə malikdir. Qrunt sularının qida mənbəyini yağıntılar, çay suları və suvarma ilə əlaqədar olaraq sızan sular təşkil edir. Düzənliyin ümumi meylliyi qrunt sularının qida mənbəyinə yaxın və uzaqlığı ilə əlaqədar, ərazidə bu suların səviyyə zənginliyinə görə paylanmasında müəyyən qanunauyğunluq müşahidə edilir. Belə ki, Kür çayından dağ ətəyinə doğru hipsometrik yüksəkliyin artması ilə qrunt sularının səviyyə dərinliyi artır. Kür çayı sahil boyu ərazilərdə eni 5-6 km olan zolaqda qrunt sularının səviyyə - dərinliyi 1 m, Göyçay qrunt konusunda 1,5-2 m-dir. Son vaxtlar bataqlıqların qurudulması, şoranlıqların yuyulması və s. çəkilmiş kollektor və drenaj şəbəkələrinin qrunt sularının səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur.

Şirvan düzündə qrunt sularının axını çox zəif olub, əsasən düzənliyin ümumi meylliyi istiqamətindəndir. Şirvan düzünün şərq hissəsinə nisbətən qərb hissəsində çaylar çox sulu olduğundan və süni suvarmadan daha geniş istifadə edildiyindən qrunt suları səthə daha yaxın yerləşir. Məlumdur ki, qrunt suları qida mənbəyindən uzaqlaşdıqca onun intisar tapdığı süxurların daha çox minerallaşmış olması, qida mənbəyinə yaxın sahələrdən yuyulmuş mineralların uzaq sahələrdə akkumlyasiya olunması və buxarlanma ilə əlaqədar olaraq minerallaşması artır. Şirvan düzünün şərq hissəsində qrunt sularının minerallaşmasına alçaq dağlıqda olan palçıq vulkanları da nisbətən təsir göstərir.


Yüklə 97,04 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin