Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti


NƏTİCƏ................................................................................................................50-53



Yüklə 97,04 Kb.
səhifə4/20
tarix02.01.2022
ölçüsü97,04 Kb.
#42083
1   2   3   4   5   6   7   8   9   ...   20
referat 3774

NƏTİCƏ................................................................................................................50-53

ƏDƏBİYYAT.......................................................................................................54-55

GİRİŞ

Girdimançay Azərbaycan respublikasının Dağlıq Şirvan iqtisadi – coğrafi rayonu ərazisində yerləşir. Çay İsmayıllı, Ağsu və Kürdəmir rayonlarından keçərək Kürün sol qolunu əmələ gətirir. Onun uzunluğu təxminən 88 km, hövzəsinin sahəsi isə 727 km² təşkil edir. Başlanğıcını Babadağ aşırımının 1 km cənub-şərqindən (2900 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. Aşağı axınında çayın suyu kanalla Ağsu çayına axıdılır. Çayın illik axın həcmi 280 mln. m³ olub əsasən qar, yağış və yeraltı sularla qidalanır. İllik axımı qar (24%), yağış (39%) və yeraltı (37%) sulardan əmələ gəlir. Orta illik su sərfi 4,20 ml/san-dir. Axımının 36%-i yazda, 25%-i yayda, 24%-i payızda, 15%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) keçən axım illik axımın 15%-ni təşkil edir. Çayda ən çox su yaz-yay daşqını dövründə müşahidə edilir. Daşqın dövründə keçən su sərfi orta illik su sərfindən 15-20 dəfə çox olur. Çayda ən az su (4-6%) yanvar-fevral aylarında keçir. Çayın asılı gətirmələr sərfi 10,6 kq/san, orta lillənməsi isə 2500 q/ m³-dir. Suyu sulfatlı-natriumlu olmaqla minerallaşması 500 – 1000 mq/l, orta minerallaşması isə 560 mq/l-dir. Qaraməryəm yaylası qarşısında çay bir neçə qola ayrılıb Şirvan düzünə çıxır və əkin sahələrinin suvarılmasında geniş istifadə edilir. Çayda tez-tez küclü sellər baş verir.

Girdimançayın yerləşdiyi İqtisadi rayon şimaldan Quba-Xaçmaz, qərbdən Şəki - Zaqatala, cənubdan Aran, şərqdən isə Abşeron iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütübətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir.Düzənlik hissənin iqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km, əhalisi 270,2 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 7%-ni, əhalisinin isə 3,2%-ni təşkil edir. Respublikanın digər iqtisadi rayonları ilə müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda əhali nisbətən zəif məskunlaşmışdır. Əhalinin orta sıxlığı hər kv. km-də 45 nəfərdir.

Vəlvələçay Azərbaycan respublikasının Quba - Xaçmaz iqtisadi rayonu ərazisində yerləşir, Quba və Xaçmaz rayonlarından keçərək uzunluğu təxminən 96 km, hövzəsinin sahəsi isə 628 km² təşkil edir. Vəlvələçay Babaçayla Cimi çaylarının birləşməsindən əmələ gəlir. Bu çay mənbəyini Baş Qafqaz silsiləsinin şimal şərq yamaclarından, 2940 m hündürlükdən götürür. Çay əsasən qar, yeraltı və yağış suları ilə qidalanır və Xəzər dənizinə tökülür. Yay mövsümündə güclü yağışlar zamanı çayda daşqın və bəzən də sel olur. Vəlvələçayın suyunun bir hissəsi Samur – Abşeron kanalına axıdılır və suvarmada geniş istifadə olunur. Çayın üzərində su elektrik stansiyası (SES) və su qovşağı tikilmişdir. Təngəaltı kəndində Vəlvələçayın su sərfi 3,33 m³/san – dir. Maksimal su sərfi 1963-cü ilin may ayında ( 256 m³/san ), minimal su sərfi isə 1941-ci ilin sentyabr ayında ( 0,27 m³/san ) olmuşdur. Çayın suyu kimyəvi tərkibinə görə kalsium – hidrokarbonatlı sulara aid olub minerallaşması orta hesabla 0,44 q/l – dir.

Quba – Xaçmaz İqtisadi rayonu Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir.Ərazi şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən Xəzər dənizi, cənub - şərqdən Abşeron, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min kv.km olmaqla ölkə ərazisinin 8,8 %-ni, təşkil edir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına - düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütübətli və soyuq iqlim şəraitinə malikdir.

Region əhalisinin ümumi sayı 453,1 min nəfər olmaqla ölkə əhalisinin 5,6 %-ni, təşkil edir. Əhalinin 32 %-i şəhərlərdə, 68 %-i kəndlərdə yaşayır. İqtisadi rayonda əhalinin orta sıxlığı hər km²-də 59 nəfər təşkil edir. Rayonun relyef - iqlim xüsusiyyətlərindən asılı olaraq əhali əsasən Xəzər dənizinin sahillərində yerləşən düzənlik ərazilərdə məskunlaşmışdır.Ən çox şəhər əhalisi Siyəzən rayonunda (66%), kənd əhalisi isə Quba rayonunda (80,5%) cəmlənmişdir.


Yüklə 97,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin