Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti


III FƏSİL GİRDİMANÇAY VƏ VƏLVƏLƏÇAY SU HÖVZƏSİNİN GEOMORFOLOGİYASI



Yüklə 97,04 Kb.
səhifə14/20
tarix02.01.2022
ölçüsü97,04 Kb.
#42083
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
referat 3774

III FƏSİL

GİRDİMANÇAY VƏ VƏLVƏLƏÇAY SU HÖVZƏSİNİN GEOMORFOLOGİYASI
3.1 Torpaq örtüyü. Şirvan düzünün torpaq örtüyü müxtəlifdir. Düzənliyin dağətəyi sahələrində açıq- şabalıdı və boz qonur, çayların gətirmə konuslarında açıq- çəmən, boz- qonur, Kür sahilində allüvial-çəmən və tuqay meşə, düzənliyin şərq hissəsində və gətirmə konusların ətraf hissələrində boz, boz - çəmən və şorlaşmış torpaqlardır.

Boz, boz- qonur, qonur və açıq şabalıdı torpaqlar prolüvial - delüvial və delüvial çöküntülər üzərində inkişaf etmişdir. Volubuyevə görə həmin torpaqların A qatının rəngi açıq strukturlu yastı laylı, B1 qatı qonur rəngli olub, prizmavari strukturalı, B2 qatı allüvial karbonatlı, S qatı isə az dəyişən süxurlardan ibarətdir. Humusun miqdarı üst layda 2%- ə qədər olub, alt laylara doğru azalır. Karbonatlar 1- 3 %, 40- 50 sm dərinliyində 10 - 20% və daha çox olur. Torpaqların şorlaşmış növlərində duzların miqdarı 0,1- 0,2 % və daha az olur. 100- 125 sm-dən aşağıda 1,0 %-ə çatır.

H.Ə.Əliyev Şirvan düzünün şərq hissəsində boz, boz- çəmən torpaqların şorakətli növlərinin inkişaf etdiyini və bu torpaqlarda humusun 2- 3 %, karbonatların miqdarı isə 5,5 - 16% olduğunu və daim laylara doğru karbonatların miqdarının artdığını göstərir. K.Ə.Ələkbərov və Ə.Q.Zeynalov boz torpaqlarda humusun 1,5- 2,5 % dərin qatlarda daha az, karbonatın isə dərin laylarda 15-20% olduğunu müəyyən etmişdir.

Düzənliyin mərkəzi hissəsində boz- çəmən, çökəkliklərdə karbonatlı torpaqlar inkişaf etmişdir. R.H.Məmmədova görə bu torpaqlarda humusun miqdarı 2-3% və ya bir hektarda 300-400 tondur.

Çəmən torpaqları əsasən relyefin dayaz çuxurlarında yerləşib, rəngi tünd, bəzən qaramtıl olub, poladı çalarlığı var. 50-60 sm dərinliyində göyümsov və pas rəngli ləklər müşahidə edilir. Bu torpaqlarda humusun miqdarı 2-3%, üst layda karbonat 3-6%, dərin laylarda isə daha çoxdur. Humuslu layın qalınlığı 60-70 sm-dir. Ərazidə çəmən torpaqları çayların gətirmə konuslarında, həmçinin allüvial çöküntüləri üzərində daha geniş yayılmışdır.

Çala torpaqlar Şirvan düzünün Kür sahili boyu reylefin çökək hissəsində allüvial, allüvial - göl çöküntülər üzərində yayılmışdır. Relyef xüsusiyyətindən asılı olaraq, çala torpaqlar əsasən ağır gillicəli olub, müvəqqəti nəmlənmənin təsiri altıında əmələ gəlir. Çəmən torpaqlarından fərqli olaraq bərk kipliyi olan çala torpaqlarda humusun miqdarı çoxdur. Kəlləvari quruluşu çala torpaqlarda humus 3-4%, karbonatlar 6-7% -dir.

Tuqay torpaqları, eyniadlı meşələrin altında inkişaf etmişdir. Bu torpaqların əmələ gəlməsində çay sularının yeraltı ilə vadilərə sızması və bununla əlaqədar olaraq rütubətlənmə şəraiti əsas rol oynayır. Meşələr torpağın üzərini kölgələndirir və mikro iqlim yaradır. Tuqay meşə torpaqlarının mexaniki tərkibi müxtəlifdir.

Ə.Q.Zeynalov, U.H.Teymurova görə tuqay torpaqlarında humusun miqdarı bəzən 7-10%, becərilən növlərində isə 3-3,55-dir.

Bataqlıq - çəmən torpaqları Şirvan düzünün cənub və gətirmə konusarası çökəkliklərdə yayılmışdır. Bu torpaqlar ifrat rütubətlik şəraitində reylefin çala hissələrində əmələ gəlir. Bu torpaqların mineral tərkibi müxtəlif olub torpaq kompleksində sulfat- natrium birləşmələri ilə şorlaşma əlamətləri müşahidə olunur.

Şoran torpaqları düzənliyin şərq və cənub - şərq hissələrində, Padar qalxması ilə Ləngəbir silsiləsi arasında, həmçinin Hacıqabul-Muğan stansiyalarının ətraflarında geniş yayılmışdır. Ləngəbiz silsiləsi ilə Padar qalxması arasındakı çökəklikdə torpaqların şorlaşmasına palçıq vulkanlarıının yuyulmuş brekçiyalarından gətirilən duzlar təsir etmişdir.

Şirvan düzünün şərq hissəsində, həmçinin gətirmə konusarası çökəkliklərində sulfatlı-xloridli şoran torpaqlar yayılmışdır. Bu torpaqlarda duzların miqdarı 3% və daha çox olur. R.H. Məmmədov şərqi Şirvan ərazisinin humusun, duzların, udulmuş əsasların və karbonatların dəyişməsinə görə üç böyük zonaya ayırır.1 .Yuxarı zona qismən humuslu olub, 1ml-lik qatda orta hesabla 3% və ya 1 ha-da 400 ton humus.2. Orta zona 1m -lik qatda 2% və ya 1 ha -da 300 ton humus. 3. Aşağı zona az humuslu, 1 m -lik qatda 1,4% və ya 1 ha-da 2001 ton humus.

M.R.Abdullayev relyef və genetik xüsusiyyətləri nəzərə olaraq, Şərqi Şirvan düzü torpaqlarını aşağıdakı meliorativ rayonlara ayırır. 1. Çayların gətirmə konusunun yuxarı hissəsi. Torpaqlarda şorluluq az, kimyəvi tərkibi hidrokarbonatlı- kalsiumlu, kalsiumlu- natriumludur. Torpağın tərkibindəki duzlar fəsillər üzrə az dinamik olub, orta illik rütubətlər 10- 20% - dir. 2. Çayların gətirmə konuslarının orta qurşağı. Burada torpaqlar bir qədər şordur. Qrunt suları şorlaşmış, onun dərinliyi 0,5- 2,5 m -dir. Torpaqlar yaxşı su keçirmə qabiliyyətinə malikdir. Kimyəvi tərkibli sulfatlı - maqneziumlu, kalsiumlu- natriumludur. 3. Çayların təkrar gətirmə konusları qurşağı. Az şorlaşmış bu torpaqların kimyəvi tərkibi hidrokorbanatlı - kalsiumlu və natriumludur. Qrunt suları dərində olduğundan, rütübəti 20- 30 % - ə çatdırmaq lazımdır. 4 . Nisbətən ağır mexaniki tərkibli və şorlanmış torpaqları olan şleyb qurşağı. 5. Aydın müşahidə olunan mezorelyefin ağır mexaniki tərkibi və şorlaşmış Qarasu ətrafı depressiya rayonu. 6. Ağır mexaniki tərkibli şorlaşmış torpaqları olan, relyefi qabarıq seçilən Qarasu ətrafı depressiya rayonu. 8. Qədim Xəzərin terraslı Padar uvalı rayonu. 9. Padar depressiya rayonu. Düzənliyin mərkəzi Kür çayı sahili ərazilərdəki çala, qobu, qədim yataq, yarğan, basdırılmış qalxmalar, axmazlar, sahil yolları müxtəlif torpaq növlərinin əmələ gəlməsində mühüm rol oynayır. Çökək sahələrdə qrunt sularının təsiri ilə tünd- boz, qabarıq hissələr açıq-boz, düzən hissələrdə isə çəmən torpaqlar inkişaf etmişdir. Boz torpaqlar kimi çəmən torpaqlar da tünd çəmən, adi çəmən və açıq çəmən növlərə ayrılır. Mexaniki tərkibli yüngül olan açıq çəmən torpaqlarda humus 1,5 -2 %, karbonatlar isə 3-5 % -dir. Ağır gilli və gillicəli bərk kipliyə malik adi çəmən torpaqlarda suvarmadan və yağışdan sonra quruyarkən qaysaqlar və çatlar əmələ gəlir. Yastı dibli çökəkliklərdən, yalarası alçaqmalarda bataqlaşmış torpaqlara təsadüf edilir. Tərkibində 4- 5% humusu olan bu torpaqlar səthə yaxın yerləşən qrunt sularının təsiri ilə əmələ gəlir.




Yüklə 97,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin