1.4.Ərazinin irriqasiya sistemlərinin səciyyəsi.Yarımsəhra ovalığında irriqasiya sisteminin ekoloji xüsusiyyətlərinə onun səthi quruluşu və hidroekoloji şəraiti əsaslı təsir göstərir. Belə ki, burada tranzit çayların aşağı subasar və yuxarı terraslarının, quru deltalların və müasir allüvial düzənliyin irriqasiya sistemləri ekoloji baxımdan bir-birindən seçilmir.
Yarımsəhra ovalığında tranzit çayların terrasları geniş ərazi tutur. Türyançay, Göyçay, Girdimançay və Ağsu çaylarının terrasları suvarılır. Burada qrunt sularının səviyyəsi 3-5 m yaxındır. Ona görə də ərazinin torpaqlarının şorlaşma və bataqlaşma təhlükəsi yüksəkdir. Həmin torpaqlarda suvarma tətbiq edilən sahələrdə mütləq drenajlar qurulmalıdır. Ərazidə meyllik 0,001- 0,002 arasında olduğundan suvarma arxları paralel çəkilmişdir. Suvarılan sahələr genişdir, burada suvarma əsasən suyun öz təbiui axarı ilə şırım və zolaqlarla aparılır və mexanizasiyadan istifadə edilmir.
Suvarma arxları burada torpaq məcralarında qurudulmuşdur. Bu torpaqlarda filtrasiya qabiliyyəti yüksək olduğu üçün su itkisi də çoxdur. Ovalıqda az miqdarda quru detallar da vardır. Burada meyllik çox az olmaqla 0,0005-0,001 təşkil edir. Qrunt suları səthə çox yaxında yerləşir, yaz aylarında isə relyefin çökək yerlərində səthə çıxır. Burada torpaqların çox hissəsi bataqlıqlaşmış və şoranlaşmışdır. Ona görə də suvarılan torpaqlarda hökmən drenlər qurudulmalıdır. Burada arxlar əsasən paralel və meyllik istiqamətində çəkilmişdir. Suvarma əsasən şırımlarla aparılır. Burada da kanalların məcraları torpaqdan qurudulmuşdur.
Quru çay deltalarında suvarma işləri layihələşdirilərkən hökmən onun yuxarıda qeyd edilən ekoloji-meliorativ xüsusiyyətıərinə nəzərə alınmalıdır.
Şirvan düzünün çox hissəsi müasir allüvial çöküntülərdən təşkil olunmuşdur. Ərazidə ümumi meyllik 0,001-0,005 arasında dəyişilir. Çay terraslarına doğru meyllik bəzən çoxalır ki, bu da həmin sahələrdə səthi su axımının əmələ gəlməsinə səbəb olur. Əmələ gəlmiş səthi axını nizamlamaq mümkündür.
Müasir allüvial düzənlikdə də torpaqların filtrasiya qabiliyyəti yüksəkdir. Və suvarma arxlarının məcraları bəzən üzlüklərlə örtülməlidir. Ona görə də ərazidəki torpaqların bataqlaşması və şorlaşması ehtimalı yüksəkdir. Bu məqsədlə buradakı suvarılan torpaqlarda dren-kollektor şəbəkəsinin tikilməsi lazımdır. Ərazidə suvarma arxları bir- birinə paralel, suvarılan sahələr isə düzbucaqlı şəklindədir. Bəzən meyilli sahələrdə torpaqların eroziyaya qarşı davamlığı zəif olduğu üçün irriqasiya eroziyası inkişaf etmişdir. Ərazidə suvarma arxları tez- tez dağılır və irriqasiya yarğanları yaranır.
Dostları ilə paylaş: |