Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti


Şirvan düzündəki torpaqların ekoloji- meliorativ səciyyəsi



Yüklə 97,04 Kb.
səhifə9/20
tarix02.01.2022
ölçüsü97,04 Kb.
#42083
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
referat 3774

Şirvan düzündəki torpaqların ekoloji- meliorativ səciyyəsi

(cədvəl 1.3.2)


Qrup





Ekoloji - meliorativ

göstəriciləri



Sahə

ha- ilə

%- lə

1

Drenaj düzəldilməsi lazım olmayan

torpaqlar


30640


4,5

2

Ekstensiv drenaj düzəldilməsi

lazım olan torpaqlar


7320


1,1

3

İntensiv drenaj düzəldilməsi

lazım olan torpaqlar


558760


82,2

4

Şoranlıqlar ( kənd təsərrüfatında istifadə etmək üsullarının

öyrənilməsi lazım olan torpaqlar)


37640


5,5

5

Bataqlaşmış torpaqlar ( kənd təsərrüfatında istifadəsi çox

çətin olan sahələr)


34920


5,2

6

İstifadəsi çətin olan torpaqlar ( mürəkkəb relyefi sahələr, quru, göl yataqları, axmazlar və s.ərazilər)


4120


0,6

7

Meşə və meşə zolaqları


6280


0,9


Düzənlik üzrə kənd təsərrüfatına yararlı torpaqlar


679680


100

Şirvan düzünün ekoloji meliorativ göstəriciləri cədvəldən (cədvəl 1.3.2) göründüyü kimi 7 qrupa ayrılmışdır. Birinci qrupa drenaj düzəldilməsinə ehtiyac olmayan sahələrin torpaqları daxildir. Burada 30640 hektar sahə ərazinin 4,5%-ni təşkil edir. İkinci qrupa daxil olan ekstensiv drenaj düzəldilməsi lazım olan torpaqlardır. Belə torpaqlar 7320 hektar olmaqla ərazinin 1,1%-nə bərabərdir. Üçüncü qrupda intensiv drenaj düzəldilməsi lazım olan torpaqlardır ki, bunların sahəi 558760 hektar olub ümumi ərazinin 82,2 %- ni əhatə edərək Şirvan düzünün əsas hissəsini təşkil edir. Dördüncü qrupa kənd təsərrüfatında istifadəsi hələ mümkün olmayan torpaqlar ( şoranlıqlar) daxildir. Bu torpaqlardan kənd təsərrüfatında istifadə etməsinin yolları hələ müəyyənləşdirilməmişdir. Bu qrupa daxil olan sahələr 37640 hektar olmaqla ərazinin 5,5%-ni təşkil edir. Kənd təsərrüfatında istifadə edilməsi çox çətin olan torpaqlar (bataqlıqlaşmış sahələr) 34920 hektar olmaqla beşinci qrupa daxildir və bu sahələr ərazinin 5,2%- ni əhatə edir. Kənd təsərrüfatında istifadəsi çətin olan mürəkkəb relyefli sahələr, qurumuş göllərin yatağı, axmazlar, qədim çay yataqları və s sahələr altıncı qrupa daxil olur. Ümumi sahənin 0,6%-ni təşkil etməklə 4120 hektara bərabərdir. Yeddinci qrupa meşə və meşə zolaqları daxildir ki, bu da 62080 hektar torpaq sahəsini tutaraq ərazinin 0,9%-ni təşkil edir.

Yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Şirvan düzünün ekoloji meliorativ göstəriciləri çoxsaylı olmaqla bir- birindən kəskin fərqlənir.

Bu da həmin göstəriciləri nəzərə almadan suvarma zamanı kəskin ekoloji dəyişkənliklər yaratmış olur. Ona görə də hər bir qrupa aid olan torpaq üçün ayrıca meliorasiya texnologiyasından istifadə olunmalıdır.

Şirvan düzündə irriqasiya sistemləri xüsusiyyətlərinə görə bir- birindən fərqlənir iki hissəyə ayrılır.


  1. Ərazinin dağətəyi düzənlik irriqasiya sistemi.

  2. Yarımsəhra ovalığın irriqasiya sistemi.

Dağətəyi düzənliyin relyefi mürəkkəb xüsusiyyətlərə malikdir. Dağətəyi düzənliyin dəniz səviyyəsindən hündürlüyü 150-200 m təşkil edir, bu hissə üçün meylliyi çox olan dalğavari səth xarakterikdir. Suvarma zamanı eroziyanın inkişafının potensial təhlükəliliyi yüksəkdir. Çayların aşağı subasar terraslarında eroziya məhsulları formalaşmışdır. Bu cür torpaqlar Girdimançay, Göyçay, Türyançay və Ağsu çaylarının terraslarında yayılmışdır. Girdimançay və Türyançay aşağı terrasları tez- tez su altında qalır. Ona görə də bu çaylarda aşağı terraslarla yuxarı terrasların irriqasiya sistemləri bir- birindən fərqlənir. Burada çayların keçdiyi ərazinin böyük meylliyə malik olması nəticəsində axan sular gətirmə materiallarını aşağı terraslarla toplayır. Ona görə burada irriqasiya sistemləri tez- tez sıradan çıxır. İrriqasiya sistemləri yaz aylarında daha çox təhlükə qarşısında qalır. Yaz aylarında isə axın sabitləşir. Burada baş suvarma arxları çaya paralel qurulur. Yuxarı terraslar isə nisbətən enli olduğu üçün çaya paralel çəkilmiş arxlardan ona perpendikulyar olan sutoplayıcını kiçik arxlar ayrılır. Aşağı yaz terraslarından fərqli olaraq terraslarda axını nizamlamaq mümkündür.

Şirvan düzündə hal- hazırda aşağı və yuxarı çay terraslarında təbii komplekslər əsasən pozulmuşdur. Buradakı süxurlar duzlu olduğu üçün irriqasiya sistemindəki qüsurlar, ələlxüsus su sızması tez bir zamanda torpaqların şoranlaşmasına səbəb olur. Yuxarı Şirvan kanalı çəkiləndən sonra bu şorlaşma daha sürətlə gedir. Demək olar ki, hal hazırda aşağı və yuxarı çay terraslarının irriqasiya sistemi bu kanalın çəkilişindən sonra xeyli dəyişilmişdir.

Ərazidə gətirmə konusları geniş sahəni tutur. Onlar ekoloji-meliorativ nöqteyi nəzərdən əsasən zirvə, orta və ətraf hissələrə ayrılır.

Gətirmə konuslarının ekoloji vəziyyətini dəyişməz saxlamaq üçün qeyd edilən bu xüsusiyyətlər irriqasiya işlərində mütləq nəzərə alınmalıdır.

Gətirmə konuslarının zirvə və orta hissəsində meyllik çox olduğu üçün səthi su axınalarını nizamlamaq çətinləşir.

Sahələrdən çəkilmiş müvəqqəti arxlarda tez- tez dağılma və eroziya prosesi inkişaf edir. Burada irriqasiya sistemi padial xarakterli olmalıdır. Ərazidə qədim arxların izləri göstərir ki, burada vaxtilə onlar radial istiqamətində çəkilmişlər. Bu cür çəkiliş arxların ucları açıq olur ki, artıq su ətrafa nəzarətsiz axır. Gətirmə konuslarında müxtəlif süxur qarışığından ibarət olan torpağın sutoplayıcı qabiliyyəti yüksək olduğundan belə sahələrə artıq axan su duzları həll edərək səthə çıxarır. Bu da həmin sahələrdəki torpaqların təkrar şorlaşmasına səbəb olur. Şirvan düzündə bütün gətirmə konuslarında bu cür hallarla qarşılaşmaq olar.

Yuxarı Şirvan kanalının birinci növbəsində suvardığı massivində bu özünü kəskin göstərir. Xüsusən, Ağsu rayonu ərazisində təkrar şorlaşmış xeyli torpaq sahəsi vardır. Ona görə də meliorasiya işləri layihələşdirilərkən gətirmə konuslarının suvarılan sahələrinin ölçüləri, meylliyi və hidrogeoloji xüsusiyyətləri əsas götürülməlidir. Suvarma massivlərinin bir neçə min hektar olması və həmin torpaqların şırımla suvarılması vacibdir.

Şirvan düzündə gətirmə çay konusları arasında dalğavari düzən sahələr terləşir. Bu düzənliklər mürəkkəb allüvial - lyesəbənzər süxurlardan təşkil olunmuşdur. Ərazinin relyefi suvarma əkinçiliyinin inkişafı üçün əlverişlidir. Lakin ərazinin bu hissəsində meyllik çoxdur. Ona görə də həmin ərazilərdə irriqasiya eroziyasının güclü potensial təhlükəliliyi vardır. Burada çəkilmiş arxlar əsasən horizontallara müvafiq istiqamətdədir. Həmin arxların istiqamətinin bir qədər dəyişilməsi onun dağılması ilə nəticələnir. Ona görə də burada yarğanlara çevrilmiş arxların quru məcralarına tez- tez rast gəlinir. Bu cür arxlar Ağsu və Göyçay rayonlarının ərazisində geniş yayılmışdır. Arxların məcralarının tez dağılması, yuxarıda qeyd edildiyi kimi, yumşaq allüvial-lyesəbənzər süxurların yayılması da təsir göstərir.

Dalğavari düzənlikdə səthi su axını ən az və rabitəsiz müşahidə edilir. Lakin suvarma geniş ərazilərdə aparıldıqda isə nisbətən güclü daimi axın müşahidə edilir ki, bunu da nizamlamaq lazım gəlir. Meyilliyi yüksək olan suvarılan massivlərdə irriqasiya eroziyasının inkişafı müşahidə edilir.

Filtirasiya qabiliyyəti yüksək olan torpaqlarda çəkilmiş arxlardan sızan su hesabına çox sahədə torpaqlar təkrar şorlaşmaya məruz qalmışdır. Ərazinin meylli dalğavari düzənliklərində pambıq, taxıl, və çoxillik yem bitkiləri əkilir. Həmin sahələri şırım və zolaqlarla suvarırlar.

Ümumiyyətlə, dağətəyi düzənlikdə mexaniki suvarmadan istifadə edilərək demək olar ki, təbii meylliyə görə aparılır.


Yüklə 97,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin