3.4.Stratiqrafiya. Tədqiq olunan ərazinin (Vəlvələçay hövzəsi rayonu) geoloji quruluşu əsasən mezazoy və kaynazoy çöküntülərindən ibarətdir.
Rayonun mezazoy qrupu çöküntüləri kəsiyini yura və təbaşir süxurları sistemi təşkil edir ki, bu da tədqiq olunan ərazinin cənub-qərb hissəsinin səthini tərkibini təşkil edir və düzənlik zonalarda qazma quyularla aparılan tədqiqatlarla xeyli dərinlikləri əhatə etdiyi aşkar olun
Yura sistemi çöküntüləri orta və üst (yuxarı) çöküntülərə aiddir. Alt (aşağı) çöküntülərə bu ərazilərdə rast gəlinmir. Orta yura çöküntüləri əsasən çayların aşağılarından sağ və sol sahili boyunca yuxarılara doğru uzanır. Bu çöküntülər qalın boz-qara rəngli gilli şist qatından (alverit və qumlu yarımtəbəqələr) ibarətdir. Tədqiq olunan ərazi kəsiyinin aşağı hissəsində orta yura qatının qumlu sahəsinin rolu yüksəlir və onu şərti olaraq iki laya bölmək olar: Qumlu – şist (aşağı) və şistli (yuxarı) laylar.İ.F.Pustovalov həmin çöküntülərin laylarında alen təbəqəsinin belemnit faunasını (Dactilothentis irregularis schlş, Homalotheutis brevitormis Voltz, Cylindrotheutis munierti Desl.) aşkar etmişdir.
1957-ci ildə A.X.Babayev və T.A.Həsənov tərəfindən Ludvigia cf. Tolutaria Dum., Megatheutis cf. Elluptica Mil., Mesotheutis sp. və digər fauna formaları aşkar olunmuşdur ki, bu da üst alen qatını xarakterizə edir. Qumlu sahələrdən A.X.Babayev tərəfindən Phylloceras mediterra Neum., Ph. nudernatclhi Hauer,Litoceras stemoaukaoti Pall., Peristinctes aff. Layni toplanmışdır. 2650 və 2980 m dərinlikdə qazma quyularda aşkar edilmiş əhəngsiz və faunasız boz qara rəngli argellitin də orta yuraya aid olması güman edilir. Yuxarı yura çöküntüləri titan laqun şəklində çayın sağ sahili boyunca uzanır və əsasən rəngli kiçik dənəli qum və alıbastrla təbəqələşmiş şəkildədir. Bu suxurun ümumi uzunluğu 80 m-ə qədər olub üstü dolomitə oxşar əhəng qatlarından ibarətdir.
Aşağı təbaşir çöküntüləri əsasən neokom adda-budda apt və alb hissələri şəklindədir. Əsas hissə ərazinin cənub – qərb hissəsində geniş sahədə səthə çıxır. Litoloji olaraq bu təbəqə açıq rəngli qalın əhəngdaşı şəklində olub gil və qumla zəngindir. Dağətəyi və dağlıq ərazilərdə apt süxurlarına tərkibində Belemnites semicauaculatus Blainv., Terebratula sp. olan əhəngdaşı şəklində rast gəlinir. Düzənlik zonalarda Yalama stansiyasında qazma quyularında tərkibində Terebratula depressa, Rhinchonella sp., Aucellina sp., Patelina aptica və s qumlu boz gil şəklində rast gəlinir. Alb süxurları tədqiq olunan ərazidə yer səthinə çıxmır. Düzənlik zonalarda alb süxurlarına qazma quyularında (Yalama stansiyası) rast gəlinir. Burada həmin süxurlar 64 m-dən qalınlıqda boz qumluqlardan ibarət nadir mergel qatı şəklində müşahidə olunur. Mergel qatında Hoplites dentatus, Aucellina sp., Asbarbe nov.sp., Nucula cf. Globigerinella taunası qalıqlarına rast gəlinir.
Tədqiq olunan ərazidə yuxarı təbaşirçöküntüləri səthə çıxmır və yalnız qazma quyularla əldə olunur. Senoman yarusu süxurları müstəsna olmaqla burada bütün üst təbaşir yaruslarının çöküntülərinə rast gəlinir. Kemçi lay dəstəsi Yalama stansiyası ətrafında 3020-2802 m dərinlikdə yerləşir. Açıq – boz mergel, mergel və radiolyarili əhəngdaşı şəklində olub əsasını kiçik dənəli boz qumluqlar təşkil edir.
Santon yarusu 2802-dən 2585 m-dək dərinlikdə yerləşir. Bu yarusda əhəngdaşı, qumluqlar və mergel qatları növbə ilə bir-birini əvəz edir.
Üst senon maastrixt süxurları (ağburun layı) quyularda 2585 m-dən 2414 m-dək intervalda yerləşir. Bu süxur Glomospira chroides, Bolivinaplaita, Terebratula cornea ilə zəngin qara-boz və boz mergel və əhəngdaşından ibarətdir.
İlxıdağ lay dəstəsi boz və açıq-boz mergeldən ibarət olub, tərkibinda kirpi iynələrinə (Cidaris sp;) həmçinin Nautilus sp., Bulimina sp., rast gəlinir. Təxminən 266 m dərinlikdə yerləşir. Ərazinin kaynazoy çöküntüləri kəsiyində paleogen, neogen və dördüncü dövr sistemlərinə rast gəlinir.
Yer səthinə çıxmış paleogen çöküntülərinə az hallarda rast gəlinir. Onlara nazik dar zolaqlar şəklində mezazoy dövrünün cavan süxurları ilə kontakt halında rast gəlinir. Paleogen süxurları digər ərazilərdə daha dərində yerləşir.
Paleosin çöküntüləri (Sumqayıt lay dəstəsi) Vəlvələçay, Qudyalçay vadilərində (dərələrində) səthə çıxır. Onlar əsasən alverit, qumsallıqlar və gil şəklində əhəngli Konqlomeratlar yarımtəbəqələrindən ibarət ərazilər şəklində 49 m qalınlığında Çloborotalia angulata çlessn., Ammodiscus inceratus orb., Hormosina ovulum Çrzub., Textularia plummeral Yalicker, Bulimina Çirgelli Whetl və s. halda birlikdə rast gəlinir.
Eosin çöküntüləri (foraminiter təbəqəsi) Vəlvələçay, Qudyalçay, Samur – Qusarçay hövzələrində nisbətən kiçik ərazilərdə səthə çıxır. Bu çöküntülər əsasən gil şəklində olur. Eosin dövrünün çöküntülərinin aşağı horizontu (üfiqi səthi) əsasən boz-yaşıl rəngdə (yaşıl koun), orta horizontu qaramtıl-boz və qara – qonur rəngdə (qəhvəyi koun), üst horizontu isə qırmızımtıl rəngdə (qırmızı koun) şəklindədir. Gil qatının tərkibində yarımtəbəqələr şəklində mergel, qum, qumsallıqlar və mergelli əhəngdaşı yerləşir. A.Q.Xəlilov rayon ərazisinin müxtəlif hissələrindən götürülmüş nümunələrdə Eponides trumpui, Nuttau, Gaudryina retusa cushm., Globoralia subbotinal Morozova və s. aşkar etmişdir.
Oliqosen çöküntüləri aşağı miosen çöküntüləri və orta miosen çöküntülərinin aşağı səthilə yanaşı maykop layını əmələ gətirir. Onlar çayın hövzəsinin səthi hissəsini əmələ gətirir və davamı şimal – qərb tərəfdə tək-tək çöküntülər şəklində rast gəlinir. Bu çöküntülər nazik təbəqələr şəklində və ya qəlpəli – şistli gil şəklində alverit təbəqəsi siderit şəklində yayılmışdır. Maykop gili nazik yarımtəbəqə və kiçikdənəli qumlar şəklində yayılmışdır.Bu laylar 533-136 m dərinlikdə yerləşərək tərkibində bir çox balıq növləri qalıqlarına, radiolyarilərə rast gəlinir.
Neogen yaşlı süxurlar sinklinal hüdudlarında geniş yayılmışdır. Həmin en kəsikdə sistemin bütün stratiqrafik vahidləri olur. Neogen çöküntüləri tədqiq olunan ərazinin qərb hissədə məhdud sahələrdə səthə çıxır. Aşağı və bəzən orta miosin çöküntüləri maykop sisteminin tərkibinə daxil olur, qalan orta və aşağı miosen çöküntüləri isə bu yaşdan olan daha qumsallı və daha gilli süxurlar arasında keçid xarakteri daşıyır.
Torton yarusu tədqiq olunan sahədə Cokar və Karaqan horizontu çöküntüsü kimi Vəlvələçay, Qusarçay hövzələri ərazilərində səthə çıxır.
Saramat yarusu çöküntülərinə tədqiq olunan rayonun ərazisinin qərb hissəsində rast gəlinir. Orta sarmut daha geniş yayılmışdır. Aşağı saramat yarımyarusu əsasən əhəngli gildən ibarət olub, təbəqələrlə müxtəlif ölçülü qumlar və balıqqulağı şəklində Vəlvələçay sahillərində rast gəlinir. Qudyalçay hövzəsində isə bu çöküntü gillə əvəz olunur, digər çayların hövzələrində isə göyümtül – boz rəngli gil və kiçik dənəli qum və qumsallıqlarla əvəz olunur.
Orta sarmat çöküntüləri vəlvələçay hövzəsində və Çaxmax dağında səthə çıxır ki, bu da gil və qumsallıq şəklində olub külli miqdarda orta sarmat faunası ilə (Mactra urupica Dom., M.subvitaliana Koles., Tapes naviculatus Anrus.) zəngindir.
Yuxarı sarmat yarımtəbəqəsi karbonatlı və qumlu gildən, əhəngli laylardan ibarət olub Vəlvələçay və Qudyalçay arasında geniş sahəni tutur. Qusar və Samur çayları hövzəsində bu çaylar üzə çıxır, bəzi sahələrdə əhəngdaşı şəklində və gilli konglomerat təbəqələri şəklində müşahidə olunur.
Tədqiq olunan ərazidə poliosen çöküntüləri də geniş yayılmışdır. Bu çöküntülər pontik yarusda, məhsuldar qatda, akçaqıl və abşeron yaruslarında geniş yayılmışdır. Pontik yarus tədqiq olunan ərazinin qərb hissəsində inkişaf edərək Vəlvələçay ərazisindən zolaq şəklində şimal-qərbə doğru uzanır. Tərkibi qum və qumluca-gildən , bəzi yerlərdə isə hətta kiçik ölçülüçınqıl təbəqəsindən ibarətdir. Süxurun fauna tərkibi Didacna Schemachinica Andrus., Didacna sp., Valencianesia sp., Paradacna abichi R.Hoern., Dreissena sp., Cardium sp. ibarətdir. Ağçay-Vəlvələçay arasındakı sahənin məhsuldar qatında gil, qum, qumluca və çınqıllı qatlar bir-birini əvəz edir. Məhsuldar qatın çöküntüləri Qusarçayın cənubunda ponta, daha sonraəhəngdaşı süxuru, çay vadilərində və dərələrdə yura çöküntüləri ilə əvəzlənir.
Akçaqıl yarusu Vəlvələçay və Qudyalçay arasındakı açıqlıqda müşahidə olunur.Burada akçaqıl çöküntüləri əsasən nazik təbəqəli əhaəngdaşılı gil alveritli təbəqədən ibarətdir. Ərazinin çay vadilərində gil qatı qumsal qat və konqlameratlarla əvəz olunur. Çöküntü süxurları içərisində boz rəngli müxtəlif tonlu kiçik dənəli qum və qumsallıqlar üstünlük təşkil edir. Akçaqıl yarusunun tipik faunası Cadrium dombra Andrus., Avimactra Karabugasica Andrus və s. hesab olunur. Yalama və Xaçmaz ərazilərində qazma quyuların 1136-810 m və 1058-810 metrliyində akçaqıl qatına rast gəlinir. Həmin dərinlikdə yağlı və qumlu gil akçaqıl qatının dərinliyinə doğru vulkanik küllə əvəz olunur.
Abşeron yarusu demək olar ki, hər yerdə yayılmışdır, daha qədim süxurların səthə çıxması müstəsna olunur. Aşağı, orta və yuxarı yarım yaruslar ayırd olunur.
Aşağı və orta yarım yaruslar əsasən dəniz çöküntülərindən – boz gilli karbonatlardan özünəməxsus xarakter faunaya malik (Apshcheronia propin qua Dreissena rostriformis distincta May və s.) kiçik dənəli qum laylarından əmələ gəlmişdir.
Yuxarı Abşeron çöküntülərinin əsasını sıx boz-qara göyümtül ləkəli gillər altına girmiş çınqıllı-qumlu süxur təşkil edir. Bu təbəqələr hər yerdə dəniz faunası ilə səciyyələnir. Qum-çınqıl təbəqəsinin qalınlığı və dənələrinin böyüklüyü kəsik üzrə yuxarıya getdikcə artır, amma Abşeron yarusu gil qatı təbəqəsi (fauna ilə birlikdə) azalır və nəhayət qədim Xəzər faunası ilə zəngin gil qatı ilə əvəzlənir. Abşeron yarusunun litoloji süxurlarının yuxarı hissəsi və qədim Xəzər dənizi çöküntüləri ilə eynidir. Ona görə də bu əlamətlərə görə göstərilən ərazilərdə onları fərqləndirmək mümkün deyildir.
Dostları ilə paylaş: |