Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti



Yüklə 97,04 Kb.
səhifə12/20
tarix02.01.2022
ölçüsü97,04 Kb.
#42083
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
referat 3774

2.2. Bitki örtüyü. Girdimançay və Vəlvələçay su hövzəsinin yerləşdiyi ərazinin hakim florası arid iqlim şəraitində inkişaf edən yarımsəhra və quru çöl qruplaşmalarından ibarətdir. Bu ərazidə bitki örtüyünün diferrensasiyası əsas iki istiqamətdə - Şərqdən Qərbə və Cənubdan Şimala baş verir. Tuqay meşələri, Qarağan, Qarağan - yovşan, Yovşan bitki qrupları bir birini əvəz edir. Bu ərazinin ümumi fonunda müşahidə edilən mikrorelyef formaları basdırılmış qalxmalar, qapalı və yastı çökəkliklər, sahil yalları, qədim yataqlar, Qarasu çökəkliyi, Konusarası çökəkliklər, çay yataqları, yarğan və qobular, insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranmış tirə və təpələr bu və ya digər bitkiçiliyin inkişafına təsir edərək, onun ərazi daxilində növ müxtəlifliyi və differansasiyasını yaradır. Çalalarda nisbi nəmlənmə şəraiti, qrunt suları ilə əlaqədar olub talalar şəklində tala - çəmən bitkiləri inkişaf etmişdir. Dağətəyi mailli prolüvial – delüvial düzənlikdə ağot, taxıl, yovşan geniş yayılmışdır.

Dağətəyi prolüvial – delüvial mənşəli maili düzənlik hissəsində, quru dərə və yarğanların gətirmə konuslarında, Padar, Şahsünnü, Arşalı basdırılmış qalxmalarının tağ hissələrində və yataqyanı yollarda yovşan bitki formasiyası formalaşmışdır.

Şirvan düzünün dağətəyi qovuşan şimal hissəsindən, həmçinin quru dərə və yarğanların gətirmə konuslarından ağot, şiyav, yovşan, taxılkimilər və müxtəlif otlar cır nar, qaratikan, böyürtkan, iydə və s. bitki qrupları inkişaf etmişdir. Türyançay, Göyçay, Girdiman və Ağsu çaylarının gətirmə konuslararası çökəkliklərdə qrunt sularının səthə yaxın olmasının təsiri ilə bataqlıq və şoran bitkiləri, axmazlarda bataqlıq bitkiləri, tirələrdə böyürtkan, söyüd kolları, yovşan və müxtəlif otlar, yarğan və qobularda yulğun, böyürtkan və rütübətsevən otlar yayılmışdır. Bitki örtüyündə üfüqi zonallıq müşahidə edilir. Kür çayı sahilində ensiz zolaq əmələ gətirən allüvial çöküntülər üzərində cil fəsiləsindən olan birillik ot bitkiləri; Kür çayı sahilində Tuqay meşələri; düzənliyin mərkəzində qarağan yarımsəhra; bir qədər şimalda yovşan yarımsəhra; dağ ətəklərində kserofit kollu quru çöl bitkiləri yerləşir. Düzənliyin yastı şərq hissəsində torpağın şorluluq dərəcəsindən asılı olaraq qara şoran şahsevdi, ətli şoran, qışotlu kimi birillik şoran bitkiləri, mikrotəpələrdə sarıbaş yayılmışdır. Bitki örtüyü fəsilli dinamiki xarakter daşıyır. Yazın əvvəlində yağıntıların artması ilə efemerlər inkişaf edib yaşıl örtük əmələ gətirir. May ayının ikinci yarısında isə onlar vegetasiya dövrünü başa çatdırır. Düzənlikdə quraqlığa davamlı bitkilər qalır. Payızda yağıntıların artması ilə yenidən efemerlər canlanmağa başlayır. Şirvan düzü yarımsəhralarında daha çox yayılan bitki qırtıc, yapon tanqal otu, bərk quramid, xırda yonca və s.-dir. Ağdaş və Göyçay rayonları sahələrində kərmək, Ağsu və Girdiman çaylarının konuslarında, həmçinin Kür sahili düzənliklərdə biyan çox yayılmışdır. Kür boyu qırılmış Tuqay meşələrinin yerində çala və çöküntülərdə nəmlənmiş torpaqlar üzərində çala – çəmən bitkiləri yerləşmişdir. Çala – çəmən bitkilərinin xarakter nümayəndəsi olan qarğı Ağsu, Göyçay və Türyançay çayının gətirmə konusları üzərindəki arxların sahillərində, Qarasuyun yatağında, axmazlar inkişaf etmişdir.

Qrunt suları səthə yaxın olan çalalarda, gölməçələrdə və axmazlarda, Hacıqabul gölünün sahillərində, Kürdəmir, Zərdab, Ucar rayonları ərazilərindəki bataqlıqlarda su bataqlıq bitkilərindən qamış suçiçəyi, çiyən və s. yayılmışdır. Son vaxtlar bataqlıqların qurudulması ilə su bataqlıq bitkilərinin arealı xeyli azalmışdır. Təsvir edilən ərazi daxilində Kür çayı və çox kiçik sahələrdə isə Göyçay və Türyançay sahillərində parçalanmış zolaq şəklində yerləşdiyi halda, hazırda insan fəaliyyətinin təsiri ilə qırıldığından talalar şəklində saxlanmışdır.

Şirvan düzünün Qarxun, Ağzıbir, Pirəzə, Körpükənd, Əlvənd yaxınlığında Kür çayı sahilindəki Tuqay meşələri nisbətən yaxşı qalmışdır. Bu meşələrin xarakter ağacları ağyarpaq qovaq, qarağac, uzunyarpaq palıd, cənub söyüdü, tut ağacı, iydə, armud, kollardan: yulğun, nar, zirinc, yemişan, qaratikan və başqalarıdır. Çayın yatağından uzaqlaşdıqca meşələrdə mikrozonallıq müşahidə edilir. Çayın sahilində əvvəlcə söyüd, yulğun ağaclarından ensiz zolaq ibarətdir, sonra ağyarpaq qovaq ağaclarının əksəriyyəti təşkil etdiyi geniş zolaq, daha sonra qarağac, palıd, göyrüş ağacları zolağı yerləşir. Ot bitkiləri hiqrofidlər üçün çayda suyun filtrasiya təsirindən uzaqlaşdıqca mezofil bitkilərlə əvəz olunur.


Yüklə 97,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin