43
qarışığı tüstü qazları ilə ya bilavasitə görüşür, ya da metal boruların divarı vasitəsilə
isinir.
Yanacağın hidrogenləşdirilməsinin mahiyyəti onun yüksək temperatura,
katalizatorun və hidrogenin təsirinə məruz qalmasından ibarətdir. Reaksiya nəticəsində
xammal hesab edilən yanacaqdan daha çox hidrogeni olan yeni maddələr alınır.
Hidrogenləşdirmək üçün lazım olan istilik ekzotermik reaksiyalar hesabına qızan
qazlardan alınır. Həmin qazlar xammalı və reaksiya məhsullarını bilavasitə deyil,
aparatların divarlarından qızdırılır. Alınan məhsulun miqdarı və keyfiyyəti emal olunan
yanacağın növündən, hidrogenləşmə şəraitindən –temperaturdan, məhsulun yüksək
temperatur zonasında qalma müddətindən və başqa amillərdən asılı olur. Piroliz
adlanan bu proses nəticəsində bərk, qaz və buxar halında maddələr alınır.
Bərk yanacaqlardan ən çox əhəmiyyət kəsb edəni daş kömürdür.
Dostları ilə paylaş: