Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»


Neftin qeyri-karbohidrogenli hissəsi



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Neftin qeyri-karbohidrogenli hissəsi
kükürdlü

oksigenli və azotlu üzvi 
birləşmələrdən ibarət olur. Kükürdün miqdarına görə neft azkükürdlü və çoxkükürdlü 
neftlərə bölünür.
Neftin oksigenli birləşmələri qatran tipli olub, asfalt maddələrindən və naften 
turşularından ibarətdir. Qatran və asfalt maddələri yüksək molekul kütləli məhsullardır. 
Onlar kimyəvi cəhətdən davamsız olur. Qatran maddələri nefti tünd rəngə boyayır.
Neftin mineral hissəsini 
mexaniki qarışıqlar: su, mineral duzlar, qum və gil 
hissəcikləri təşkil edir.
Neftdə su iki cür olur. Nefti saxladıqda ondan ayrılan su və davamlı emulsiya 
əmələ gətirən su. Belə emulsiyalar xüsusi metodlardan istifadə etdikdə parçalanır. 
Mineral duzlar neftdəki suda həll olur.
 
Neftin emal olunması 
 
Neft iki üsulla emal olunur : 1) fiziki emal üsulu, 2) kimyəvi emal üsulu.
Fiziki 
emal üsulu. 
Bu üsul neftin tərkibindəki komponentlərin xassələrinin 
müxtəlif olmasına əsaslanır. Məsələn, komponentlərdən birinin qaynama temperaturu 
yüksək, digərininki aşağı, yaxud, birinin donma temperaturu digərindəkindən aşağı, 
həlledicilərdə həllolma qabiliyyəti müxtəlif olur və s.
Nefti qızdırdıqda temperaturun artması ilə nisbətən yüngül komponentlər 
buxarlanmağa başlayır. Yüngül komponentlərdən sonra nisbətən yüksəkdə qaynayan 
ağır fraksiyalar ayrılır. Bu prosesə neftin 
distilləsi deyilir. 
Neftin fiziki üsulla emalı 
zamanı kimyəvi reaksiyalar baş vermir.


45 
Kimyəvi emal üsulu. 
Neftin kimyəvi emal üsulu zamanı temperatur, təzyiq, təzyiq 
və katalizatorun təsiri ilə neft və neft məhsulları dərin kimyəvi çevrilmələrə məruz qalır. 
Nəticədə yeni maddələr – yeni reaksiya məhsulları alınır.
Göründüyü kimi, neftin fiziki və kimyəvi üsullarla emalı prinsipi etibarilə kəskin 
fərqlənsələr də, hər iki halda eyni bir proses –yüksək temperaturda neft məhsullarının 
ayrılması baş verir.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin