Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

ƏSAS ÜZVİ SİNTEZ PROSESLƏRİ 
Üzvi sintez xamalları və onların çevrilmə məhsulları 
 
Hazırda üzvi sintez sənayesi əsasən aşağıdakı xamallardan istifadə edir: təbii və 
yolüstü qazlar, qaz və maye halda olan karbohidrogenlər (bu karbohidrogenlər neftin 
distilləsindən və neft məhsullarının krekinq və pirolizindən alınır), bərk parafinlər və 
ağır neft qalıqları, koks və şist qazları, kokslaşma qatranları, şist-və ağac qatranları və s. 
Üzvi sintez sənayesində həm də qeyri-üzvi xamallardan istifadə edilir. Müxtəlif 
turşular, qaləvilər, soda, xlor, hidrogen, dəm qazı, karbon qazı və s. belə 
xammallardandır. Qeyd etmək lazımdır ki, üzvi sintez xammallarının təmizlənməsi və 
başqa komponentlərdən ayrılması nisbətən mürəkkəb prosesdir.
Əsas üzvi sintez məhsulları, adətən, sadə quruluşlu maddələr olur. Bunlardan 
karbohidrogenləri (asetilen, propilen və s.), spirtləri (metil və etil spirtləri), aldehid və 
ketonları (formaldehid, asetaldehid, aseton və s.), xlorlu məhsulları (dixloretan, 
vinilxlorid), karbon turşuları (qarışqa, asetat turşusu), onların törəmələrini (mürəkkəb 


47 
efirlər, sirkə anhidridi), dien karbohidrogenləri və onların törəmələrini (butadien, 
xloropren) və s. göstərmək olar. Üzvi sintez məhsullarını almaq üçün çalışırlar ki, 
əsasən bir mərhələli proseslərdən istifadə edilsin. Belə proseslər aşağıdakılardır: 
dehidratlaşma 
(suyun 
ayrılması), 
hidrogenləşmə 
(hidrogenin 
birləşməsi), 
dehidrogenləşmə (hidrogenin ayrılması), hidratlaşma (suyun birləşməsi), oksidləşmə, 
halogenləşmə (halogenin birləşməsi), hidrohalogenləşmə, sulfolaşma, alkilləşmə, 
izomerləşmə, efirləşmə və nəhayət polimerləşmə və polikondensləşmə. Bu proseslərdən 
bəzilərini nəzərdən keçirək.
Dehidrogenləşmə prosesləri 
 
Karbohidrogeni qızdırdıqda C–C rabitəsi parçalanarsa proses 
krekinq, 
C–H rabitəsi 
parçalanarsa 
dehidrogenləşmə 
adlanır. Ona görə də dehidrogenləşmə prosesini selektiv 
aparmaq üçün müxtəlif metodlardan istifadə edilir: məsələn, proses yüksək temperatur 
və aşağı təzyiqdə aparılır, reagentlərin reaktorda qalma müddəti optimal olur və nəhayət 
selektiv katalizatordan istifadə olunur. Lakin katalizator tətbiq etməklə karbohidrogenin 
parçalanması (krekinqi) tamamilə aradan qalxmasa da dehidrogenləşmə prosesi 
üstünlük təşkil edir. Katalizator dehidrogenləşmə prosesinin sürətini bir neçə dəfə 
artırır. Bu da dehidrogenləşmə prosesinin elə kiçik bir müddətdə getməsinə imkan verir 
ki, həmin vaxt karbohidrogenin parçalanması üçün kifayət etmir.
Beləliklə prosesin istiqaməti temperaturdan, təzyiqdən, katalizatordan və 
reagentlərin yüksək temperatur zonasında qalma müddətindən asılıdır.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin