Hidratlaşma prosesləri
Su molekullarının birləşməsi ilə gedən kimyəvi proseslərə hidratlaşma prosesləri
deyilir.
Doymamış karbohidrogenlərə suyun birləşməsi Markovnikov qaydasına
müvafiq olaraq gedir. Bu zaman etilendən birli, digər karbohidrogenlərdən isə ikili və
ya üçlü spirtlər alınır.
Hidratlaşma prosesləri çox yayılmış proseslərdir. Bu üsulla sənayedə etil spirti və
s. almaq olur.
Öz istehsal həcminə görə etil spirti üzvi sintez sənayesində birinci yeri tutur. Ona
görə də son zamanlar etil spirti almaq üçün sərf olunan taxıl, kartof, şəkər kimi qida
51
maddələri qeyri-qida maddələri ilə əvəz olunur. Məsələn, 1t etilen 4t-dan çox taxılı əvəz
edir. Sintetik üsulla alınan etil spirtinin maya dəyəri bir neçə dəfə ucuz olur.
Etanol istehsalı
Etil spirti almaq üçün etilen iki üsulla –
birbaşa
və
dolayı
yolla hidratlaşdırılır.
Etileni birbaşa hidratlaşdırmaq üçün katalizator iştirakında ona su buxarı
birləşdirilir. Bu üsula katalitik
buxar-faza üsulu
deyilir.
Etilenin birbaşa hidratlaşma prosesi dolayı hidratlaşma prosesindən daha sadə
olduğu üçün etil spirtini əsasən birbaşa hidratlaşma üsulu ilə alırlar.
Etilenin hidratlaşması prosesi ekzotermik proses olduğu və həcmin azalması ilə
getdiyi üçün Le-Şatelye prinsipinə müvafiq olaraq temperaturun azalması və təzyiqin
artması etil spirtinin çıxımını artırır.
Etilenin birbaşa hidratlaşması prosesində sulfat turşusundan istifadə edilmir. Ona
görə də sulfat turşusuna davam gətirəcək mürəkkəb aparatlardan da istifadə olunmur.
Aparatlar və borular korroziyaya uğramır. Bu üstün cəhətlərinə görə lazım olan etil
spirtinin əsas hissəsi etilenin birbaşa hidratlaşması yolu ilə istehsal olunur.
Etil spirti xalq təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq olunur. Etil spirti
keyfiyyətli həlledicidir. Əczaçılıqda, boya istehsalında, ətriyyat və yeyinti sənayesində,
divinil, sintetik liflər, xloroform, xloral, partlayıcı maddələr, dietil efiri, etilasetat,
dietilsulfat və s. istehsalında külli miqdarda etil spirtindən istifadə edilir.
Dolayı hidratlaşma zamanı etilen sulfat turşusu ilə reaksiyaya iki mərhələdə daxil
olur. Əvvəlcə etilsulfat və dietilsulfat əmələ gəlir:
CH
2
=CH
2
– HOSO
2
OH→ CH
3
–CH
2
–OSO
2
OH
2CH
2
=CH
2
+HOSO
2
OH→ CH
3
CH
2
–O–SO
2
OCH
2
CH
3
İkinci mərhələdə etilsulfatlar su ilə hidroliz olunur və etil spirti alınır:
CH
3
CH
2
OSO
2
OH+HOH CH
3
CH
2
OH+H
2
SO
4
CH
3
CH
2
OSO
2
OCH
2
CH
3
+2HOH 2CH
3
CH
2
OH+H
2
SO
4
Etilenin sulfat turşusu ilə hidratlaşması A.M.Butlerov tərəfindən təklif edilmişdir.
Bu proses dörd mərhələdə başa çatır: 1. Etilenin sulfat turşusu ilə absorbsiyası. Bu
mərhələdə sulfat turşusunun efirləri alınır. 2. Efirlərin hidrolizi. 3. Spirtin ayrılması və
onun rektifikasiyası. 4. İşlənmiş sulfat turşusunun qatılaşdırılması.
|