46
1.Qazın tərkibinə
daxil olan maddələrə oksigeni, xloru, hidrogeni, suyu
birləşdirmək, yaxud həmin maddələrdən hidrogen ayırmaq, onlara CH
3
, C
2
H
5
və s. kimi
qrupları birləşdirmək, molekulun quruluşunu dəyişmək, çoxlu kiçik molekulları böyük
bir molekula çevirmək istiqamətində emal etmək.
2. Qazın tərkibinə daxil olan karbohidrogenlərin krekinqindən doymamış
karbohidrogenlər (olefinlər) almaqla emal etmək.
3. Həmin qazların su buxarı ilə konversiyasından karbon 2-oksid
və hidrogen
almaqla emal etmək.
Neftin emalından alınan qazların yenidən emalı neft-kimya sintez sənayesinin
əsasını təşkil edir. Həmin qazların kimyəvi emalından müxtəlif kimya məhsulları – etil
və metil spirtləri, ammonyak, formaldehid, sirkə turşusu, malein anhidridi, divinil, onun
xlorlu törəmələri, polimer materialları, gübrələr və s. alınır. Onu da qeyd etmək lazımdır
ki, təbii qazlardan və ya neft qazlarından alınan kimyəvi
məhsulun maya dəyəri digər
xammaldan alınan məhsulun maya dəyərindən çox aşağı olur. Məsələn, 1t etil spirti
almaq üçün 9,6t kartof və 200 adam-saat, lakin 1t etil spirtini etilendən almaq üçün 0,8t
etilen və 10 adam-saat vaxt lazımdır.
Dostları ilə paylaş: