XI. HESABATIN YAZILIŞ FORMASI Elmi-tədqiqat təcrübəsinin hesabatı müvafiq yazılış
formasında tərtib olunur. Bu zaman aşağıdakı yazılış
qaydalarına əməl olunmalıdır:
□ mətn kompüterdə (format Word) çap olunur;
□ çap A4 (210 x 297 mm) formatlı ağ kağızın bir üzündə,
mətndə boş sahələrin göstərilməklə: sol boş sahə - 30
mm, sağ - 1,5 mm, yuxan - 20 mm və aşağı 25 mm;
□ sətri ər arası interval 1,5;
□ şiriftlər «Times New Roman 14»;
Hesabat cədvəllər, qrafik, sxem və sair ilə illüstrasiya
olunmalı və ümumi həcmi əlavələrlə birlikdə 20-25 səhifəni
əhatə etməlidir.
Elmi-tədqiqat təcrübəsinin hesabat sənədləri ardıcıl
nömrələnməli və cildlənməlidir. Titul vərəqi ümumi hesabat
sənədləri toplusunun ilk səhifəsidir və o nömrələnmir.