Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu azərbaycan döVLƏT İQTİsad universiteti


elmi-tədqiqat və  elmi-pedoqoji təcrübələrin



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə2/65
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#49302
1   2   3   4   5   6   7   8   9   ...   65
elmi-tədqiqat və  elmi-pedoqoji təcrübələrin 
təşkilinə  dair metodik göstərişlər toplusu
Bakı:  «İqtisad Universitet nəşriyyatı», 2007


MAGISTR DİSSERTASİYASININ 
YERINƏ YETRILMƏSINƏ DAİR
METODİK  GÖSTORİŞ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
Elmi-Metodik Şurasının «İqtisadiyyat» 
bölməsinin «13» «mart» 2006-cı il tarixli 
iclasının qərarı ilə təsdiq edilmişdir /protokol N°41/
4


RƏYÇİLƏR
ADİU-nun «İqtisadi kibernetika» kafedrasının müdiri, 
i.e.d., professor B.I.Musayev
Azərbaycan Dövlət Neft Akademiyasının Magistratura 
bölməsinin dekanı 
i.e.n., dosent V.T.Mustafayev
Metodik  göstəriş  magistr  proqramının  yerinə  yetrilməsi 
tələblərinə 
uyğun 
olaraq 
magistrantlara 
magistr 
dissertasiyalarının  mövzu  seçimini,  hazırlıq  işlərinin  təşkilini, 
məzmununun  işlənilməsini  reallaşdırmaq,  onun  yazılışı  və 
müdafiə olunmasını istiqamətləndirmək məqsədi daşıyır.
Metodik  göstəriş  magistr  dissertasiyasının  hazırlanması, 
təsdiq  olunması  və  müdafiəsi  qaydaları  haqqında  mövcud 
əsasnamənin  tələblərindən  irəli  gəlir  və  onun  başlıca 
müddəalarını əks etdirir.
Metodik  göstəriş  magistrantlar,  magistr  proqramı  və 
dissertasiya  işinin  elmi  rəhbərləri,  resenzentlər,  məsləhətçilər 
və 
həmçinin 
özünün 
elmi 
yaradıcılıq 
diapozonunu 
genişləndirmək istəyində olanlar üçün nəzərdə tutulur.
5


I
Hələ  10  il  öncə  Azərərbaycanın  ali  təhsil  müəssisələrində 
diplomlu mütəxəssisələr hazırlanmaqda idi.  Həmin sistemdə 
tədrisin  istiqamətindən  asılı  olaraq  təhsil  prosesi  4-6  il 
davam  edirdi.  Alınmış  diplom  hər  yerdə  eyni  qüvvə  və 
mahiyyətə  malik  idi.  Fərq  isə,  diplomu  vermiş  ali  təhsil 
müəssisəsinin  məhşurluğu  və  nufuzu  nəzərə  alınmaqla 
müəyyənləşdirilirdi. 
Lakin 
Azərbaycanın 
dövlət 
müsəiqilliyinin  bərpası  ilə  ölkədə  özəl  təhsil  müəssisələri 
təsis  olunaraq  özünün  geniş  tətbiqini  tapdı.  Bu  müddət 
ərzində  özəl  universitetlərlə  yanaşı  eyni  zamanda  təhsilin 
bakalavr və magistr təsnifatında iki pilləli sisteminə keçid də 
formalaşdı.  Bununla  belə,  təhsilin  ilk  pilləsi  əsas  ağırlıq 
yükünü  öz  üzərinə  götürsə  də  respublikanın  müasir  əmək 
bazarı  hələ  ki,  bakalavr  diplomunu  tam  təminatlı  ali  təhsil 
sənədi keyfiyyətində mənimsəməmişdir.  Məhz buna görə də, 
işə  götürənlər  və  təhsil  xidməti  istehlakçıları  ali  təhsil 
kamilliyinə 
əsasən 
«Magistr» 
pilləsinin 
diplomları 
keyfiyyətində  yanaşırlar.  Bu  realhq  isə  respublikamızda 
«Magistr»  proqramına  olan  tələbin  hər  il  artması  ilə 
müşaiyət olunur.
75  ilə  yaxın  tarixi  ənənələri  olan  Azərbaycan  Dövlət 
İqtisad  Universiteti  özünün  təhsil  proqramlarına  daim 
inkişaf strategiyası  baxımından  yanaşmış,  tədris  prosesinin 
təkmilləşdirilməsi 
istiqamətində 
xüsusi 
keyfiyyət 
dəyişiklikləri  ilə  fərqlənmişdir.  Bu  ənənəyə  sadiq  qalaraq 
vəzifələrimizin 
təməlində 
respublikamn 
sosil-iqtisadi 
tərəqqisini  hərtərəfli  təmin  edən,  elmin,  təhsilin  inkişafı 
istiqamətində  yeni  tədris  texnologiyalarını  mənimsəmiş, 
hərtərəfili  bilik  və  hazırhğa  malik,  birbaşa  fəaliyyət  pultu 
arxasına  əyləşmək  iqtidarına malik  peşəkar  mütəxəssislərin
6


hazırlanması  missiyası  dayanır.  İnkişafı  sürətlənən  təhsil 
kəskin  olaraq  həm  də,  daim  təkmilləşən  mütərəqqi 
normativ-hüquqi  əsaslar  tələb  edir.  Bu  baxımdan  da 
müəlliflər  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin 
magistrantları  üçün  elmi  yaradıcılığın  ilk  profesional 
metodoloji 
reqlamentasiya 
sənədi 
olan 
magistr 
dissertasiyasının  yazılışı  üzrə  müvafiq  metodik  göstəriş 
hazırlayaraq  yüksək  tələbli  auditoriyanın  sərəncamına 
təqdim edirlər.
Mövcud  metodik  göstəriş  magistrantlarla  yanaşı,  həm  də 
elmi  yaradıcılıq  pilləsi  ilə  ilk  addımlarını  ataraq  müvafiq 
istiqamətdə  irəliləyənlərin  maraqlarına  hesablanmışdır. 
Bununla 
belə 
onun 
əsas 
məzmununu 
magistr 
dissertasiyasının yazılış və tərtibat metodikası ifadələndirir.
Müəlliflər  hesab  edirlər  ki,  Azərbaycan  Respublikasında 
Avro-Atlantik məkanın standartlarına tamlıqla cavab verən 
magistrlərin 
hazırlanması 
istiqamətində 
başlanğıc 
təsisatlandırıcı  əməli işlər  artıq realaşmışdır.  Lakin bununla 
belə möhtəşəm Boloniya prosesinə tam hüquqlu qoşulmada 
da  geniş  miqyasda  müqabil  işlərin  görülməsinə  böyük 
ehtiyac  duyulur.  Bu  ehtiyacların  ödənilməsindən  öncə  isə 
hər  bir  ölkə  vətəndaşının,  xüsusən  də  tələbə-məktəbli 
gənclərin,  elmi  yardıcıhğa  peşə  səviyyəsində  səy  edənlərin 
magistr  pilləsi  ilə  ətraflı  tanışlığı  mühüm  şərtlərdəndir.  Bu 
tanışlıqdan  sonra  isə  təhsili  yüksəltmək,  magistrant  olmaq 
və  ilk  elmi  dissertasiyam  yazmaq  istəyi 
daha da artacaqdır.
7


«Magistr» 
sözü latın mənşəli  olub 
müəllim,  mürəbbi, 
rəhbər
  mənalarım  ifadə  edir.  O,  həm  də,  «qrosmeyster», 
«maestro» və digər bu kimi sözlərin paroniminin əsasında dayamr. 
Qədim  Romada  «Magistr»  dərəcəsi  mühüm  vəzifə  səlahiyətlərinə 
görə  verilərdi.  Bizans  imperatorluğında  bu  ad  yüksək  məmur 
rütbəsi  tituluna  müvafiq  idi.  O rta  əsrlərdə  isə,  «Magistr» 
məfhumu  müəllim  və  ustad  adma  sinonim  kimi  qəbul  edildi. 
Sonrakı  sivilizasiya  mərhələsində  «Magistr»  Qərbi  Avropa 
universitetlərində  doktor  elmi  dərəcəsi  ilə  müqaisədə  nisbətən 
aşağı elmi pilləni ifadə etdi.
Çağdaş  İngilis-Amerikan  təhsil  sistemində  «Magistr»  rütbəsi 
elmlər  doktoru  ilə  bakalavr  arasında  aralıq  dərəcə  vəziyyətini 
səciyyələndirir.  Konkret  müasir  mənada  isə  «Magistr»  geniş 
erudisiyalı  və  hazırlıqlı,  analitik-tədqiqat  təfəkkürünə  malik 
mütəxəssis,  elmi  yaradıcılıq  metodoloqiyasımn  bilicisi,  qabaqcıl 
informasiya  texnoloqiyaları  istifadəçisi  və  daşayıcısı,  konsultativ 
və yaradıcı fəaliyyətli bir mütəxəssisdir.
8


I. 
MAGİSTR DƏRƏCƏSİNİN 
«ÜMUM İ İQTİSADİYYAT)) PEŞƏ İSTİQAMƏTİNDƏ 
M ƏNİMSƏNİLM ƏSİ QARŞISINDA QOYULAN 
TƏLƏBLƏR
«Magistr»  dərəcəsinin mənimsənilməsi  hər  bir  ixtisas  üzrə 
müvafiq proqram  əsasında həyata keçirilir.
Magistr  proqramımn  ümumi  prinsipləri  ilə  yanaşı  onun 
ümumi iqtisadiyyat ixtisasları üzrə spesefik xüsusiyyətləri və 
tələbləri  də  vardır.  Bu  tələblər  sırasına,  başlıca  olaraq 
iqtisadi  inkişafın  qanunauyğunluqlarım  dərk  etmək,  nəzəri 
və  metodoloji  əsaslarım  öyrənmək,  müasir  dünya  iqtisadi 
sistemlərində mövsud çoxşaxəliliyi anlamaq, Azərbaycan və 
dünya  iqtisadiyyatının  strukturunun  və  tərəqqi  meylinin 
quruluş 
təqdimatını, 
dövlətin 
sosial-iqtisadi 
inkişaf 
mərhələlərini,  iqtisadi  təhlil  və  təsərrüfat  prosesslərinin 
mikro  və  makro  səviyyədə  elmi  metodoloqiyasım  və 
metodikasını  bilmək,  qabaqcıl  kompyüter  texnikasından 
iqtisadi  məsələlərin  tədqiqi  istiqamətində  istifadə  eimək 
kimi  bacarıq və keyfiyyətlər daxildir.
II.  MAGİSTR DİSSERTASİYASI İŞİNİN M ƏQSƏDLƏRİ
Magistr  dissertasiyası  iddiaçının  Imagistrantın!  müstəqil 
elmi  və  pedoqojı  işə  hazırlığını  nümayiş  etdirən,  elmi 
rəhbərin  göstəriş  və  tövsiyyələri  əsasında  magistr  dərəcəsi 
almaq  üçün  işlənmiş  elmi-tədqiqat  və  təcrübi-konstruktur 
işidir.
Magistr  dissertasiyasının hazırlanması  və  müvəffəqiyyətlə 
müdafiəsi 
magistr 
hazırlığı 
proqramının 
yerinə 
yetirilməsinin  məcburi  şərtidir.  Onun  elmi  səviyyəsi  həmişə 
tədris edilən proqramın tələblərinə cavab verməlidir.
9


Magistr  dissertasiyası  magistrantın  elmi  potensialını, 
onun  iqtisadiyyat  və  maliyyə  sferasında  sərbəst  tədqiqat 
aparmaq,  təşkilatçılıq  bacarığını  aşkara  çıxarmaq,  müasir 
metod və yanaşmalardan istifadə etməklə problemin tədqiqi 
sahəsində 
nəticələri 
müəyyənləşdirmək, 
arqumentlərə 
söykənən  əsaslandırılmış  tövsiyyə  və  təkliflər  irəli  sürmək 
missiyası daşıyır.
III. 
M AGİSTR DİSSERTASİYASI 
MÖVZULARININ SEÇİLM ƏSİ VƏ TƏSDİQ OLUNMASI
Magistr dissertasiyasının mövzu seçimi magistrantın  şəxsi 
elmi  və  praktiki  maraqlarında  uyğun  olaraq  sərbəst  təmin 
edilir. 
Bu  məqsədlə  ixtisas  kafedralarında  müvafiq 
istiqamətli  dissertasiya  mövzuları  hazırlanır,  universitet 
rektorunun  müvafiq  əmri  ilə  təsdiq  edilərək  magistrantlara 
təqdim  olunur.  Magistrant  özü  də  mövzu  təklif  edə  bilər. 
Bu 
zaman 
magistrant 
tərəfindən 
tədqiqatın 
məqsədəuyğunluğu 
və 
aktuallığı 
əsaslandırılmalıdır. 
Magistr  proqramının rəhbəri  mövzu  seçimində  magistranta 
lazımi köməklik göstərməyə borcludur.
Mövzu  seçimindən  sonra  magistrant,  oriyentirli  olaraq 
işin  adını  formalaşdırır  və  bu  barədə  magistr  proqramı 
rəhbərinə  məlumat  verir.  Magistr  proqramının  rəhbəri  isə 
bu adı müvafiq reyestrə köçürür.  Bu isə dissertasiyanın elmi 
rəhbərinin təyinatı üçün əsas olur.
Magistr dissertasiyasının mövzusu və  elmi rəhbəri tədrisin 
birinci  ilində  -  I  semestrdə  15  dekabr  tarixindən  gec 
olmayaraq  rektorun  əmri  ilə  rəsmiləşdirilir.  Kafedralar 
magistr  dissertasiyasının  mövzusu  və  elmi  rəhbərin 
təyinatını  15  noyabra  kimi  başa  çatdırmalı  və  Magistr 
hazırlığı mərkəzinin Elmi Şurasının təsdiqiniə verməlidirlər.
10


Magistr dissertasiyası üzrə mövzular aktual olmalı, əsasən 
ölkə  iqtisadiyyatı,  onun  sahələrinin  müasir  vəziyyəti  və 
inkişaf prespektivləri  ilə  uyğunluq  təşkil  etməlidir.  Mövzu 
seçimi  magistrantın  təhsil  aldığı  ixtisas  sahəsinə  uyğun 
olaraq çox geniş əhatə dairəli problemi hədəf tutmamalıdır.
Mövzunun adlanışı zamam işin əsas ideyasının konkret və 
maksimal obrazda təcəssümünə nail olunmalıdır.
Dissertasiyamn  tematikası  tədqiqatın  həm  nəzəri  və  həm 
də 
praktiki 
istiqamətlərini 
əhatə 
etməlidir. 
Nəzəri 
isçtiqamətlərin 
seçimi 
yeni 
konseptual 
baxışlardan 
istifadədə  tədqiq  edilən  sahənin  nəzəri  və  metodoloji 
əsaslarında  oriyentasiya  olunaraq  özünün  müəyyən  elmi 
yenilik,  istiqaməti  və  tədqiq  metodikası  ilə  fərqlənməlidir. 
Dissertasiya işinin praktiki hissəsi uyğun metodoloji əsas və 
yanaşmada  peşəkarlıq  sahəsində  müvafiq  model  işləmələri 
üzərində  magistrantın  praktiki  məsələləri  həll  etmək 
bacarığını nümayiş etdirməlidir.
IV.  MAGİSTR DİSSERTASİYASININ M ƏZM UNU VƏ 
ONUN STRUKTURUNA QOYULAN TƏLƏBLƏR
Dissertasiya  işi  ixtisas  üzrə  elmi-təcrübi  ədəbiyyatın dərin 
öyrənilməsi,  müvafiq  statistik  informasiyanın  geniş  təhlili 
əsasında yerinə yetrilir.
Hər  bir  dissertasiya  işində  problemin  qoyuluşu  və  onun 
işlənməsi  iqtisad  elminin  və  müvafiq  təcrübənin  aktual 
inkişaf meylləri ilə rabitəli şəkildə həllini tapmalıdır.
Magistr  dissertasiyası  şəxsi  tədqiqat  tövhələrində  əks 
olunan  daxili  vəhdətə  malik  quruluşda  və  məntiqi 
ardıcıllıqda  magistrantın  açıq  müdafiə  üçün  irəli  sürdüyü 
elmi-nəzəri  və  praktiki  əhəmiyyətli  müddəa  və  nəticələrin 
məzmununu əhatə etməlidir.
11



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin