Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə9/65
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#49302
1   ...   5   6   7   8   9   10   11   12   ...   65
{məsələn:  [37,  301-328],  [183,  c.2,  136]  və  mətnin  diğər  bir 
yerində [44,  176], [183, c.l,  74-89] və sair.).
Dissertasiya  işində 
istifadə 
edilmiş  mənbələr  çap 
olunduqları  dillərdə  {əvvəlcə:  Azərbaycan,  sonra  türk,  rus, 
ingilis,  fransız,  ərəb  və  s.)  əlifba  sırası  ilə  yazıhr  və  ardıcıl 
nömrələnərək,  siyahıda göstərilir.  İstifadə  edilmiş  ədəbiyyat 
siyahısında son  5-10  ilin ədəbiyyatına üstünlük verilməlidir. 
İstinad  olunan  mənbələrin  biblioqrafik  təsviri  onun
20


növündən  asılı  olaraq  verilməlidir.  Siyahıya  daxil  olan 
mənbələr haqqında məlumat aşağıdakı kimi göstərilir: 
Kitabların  (monoqrafiya,  dərsliklər  və  s .)  biblioqrafik 
təsviri müəllifin və  ya  kitabın  adı  ilə  tərtib  edilir,  müəlliflər 
dörd  nəfərədək  oduqda  müəllifin  və  ya  müəlliflərin  soyadı 
və ya inisialları veirlir.
Müəllifi  göstərilmiyən  və  dörddən  artıq  müəllifıi  kitablar
{kollektiv monoqroafiya və dərsliklər) kitabın adı ilə verilir. 
Mətnin altında sətiraltı istinadlar məqsədəuyğyn deyildir.
VI.  M AGİSTR DİSSERTASİYASI ÜZRƏ REFERATIN 
TƏRTİB EDİLM ƏSİ
Magistrant  müdafiə  üçün  2  vərəq  həcmində  dissertasiya 
işinin bütün məzmun və kompozisiyada yığcam icmalını əks 
etdirən  referat  işləməlidir.  Bu  sənəd  nəticə  və  təkliflərin 
nəşri,  həmçinin  müzakirə  və  müdafiə  proseslərində 
başlanğıc məruzə materialı rolunu ifadə edir.
Referatda  dissertasiyanın  əsas  ideyaları  və  nəticələri  şərh 
olunmalı,  onun  yenilik  dərəcəsi  və  tədqiqatın  nəticələrinin 
elmi  və  praktiki  əhəmiyyəti,  aparılan  tədqiqatlarda 
müəllifin şəxsi tövhəsi göstərilməlidir.
Referatın  mətni  kompüterdə  çap  olunur  və  sətrlər  arası 
interval  1,5  götürülür.  Digər müvafiq yazılış mexanikası isə 
dissertasiyanın ümumi  tərtibat  qaydaları ilə  uyğunluq təşkil 
etməlidir.
Referat dissertasiyanın yazıldığı dildə olmalıdır.  Müstəsna 
hallarda  kafedranın  razılığı  ilə  magistrant  referatı  xarici 
dillərdən  birində  yaza  bilər  və  müdafiə  zamanı  suallara 
həmin  dildə  cavab  verə  bilər  / Əlavə  3-də  magistr 
dissertasiyasının 
referatının 
nümənvi 
quruluş 
sxemi 
verilmişdir!.
21


VII.  MAGİSTRANTIN FƏRDİ İŞ PLANI
Magistr  proqramım və  eyni zamanda dissertasiya  işini  də 
ahəngdar  və  fasiləsiz  yerinə  yetirmək  üçün  magistrantlar 
fərdi  iş  plam  işləyib  hazırlamağa  borcludurlar.  Fərdi  iş 
planının  hazırlanmasında  magistr  proqramının  rəhbəri 
magistranta hərtərəfli köməklik göstərir.
Magistrantın  fərdi  iş  planı  müvafiq  ixtisas  kafedrasının 
təqdimatı  əsasında  «Magistr  hazırldlığı  mərkəzi»nin 
direktoru  tərəfindən  təsdiq  olunur.  /  Əlavə  4,  5  və  5a-da 
magistrantın fərdi iş planının nümunəsi verilmişdir!
VIII.  MAGİSTR PRO Q RAM I VƏ ONUN RƏHBƏRİ
Magistr  hazırlığı  müvafiq  magistr  ixtisası  proqamlarına 
uyğun aparılır.
Magistr  proqramı  mühüm  tədris 
sənədi  olmaqla 
aşağıdakıları əhatə edir:

.Annotasiya  -  burada  magistr  proqramının  qısa 
məzmunu əksini tapır.
II.Magistr  proqramının  tədris  planı  -  burada  magistr 
proqramının tədris və elmi-tədqiqat məzmunu verilir.
Proqramın  tədris  bölməsində  tədris  olunacaq  ixtisas 
fənnlərinin təsnifatı və həcmi verilir.
Elmi-tədqiqat  bölümündə  isə  elmi-tədqiqat  işləri,  elmi- 
tədqiqat 
və 
elmi-pedoqoji 
praktika 
və 
magistr 
dissertasiyasının hazırlığı üzrə istiqamətlər əks olunur.
Hər  bir  magistr  proqramı  bu  proqramın  məzmunu  və 
keyfiyyətinə  cavabdeh  olan  müvafiq  buraxılış  kafedrası 
tərəfindən müəyyən edilən və universitetin «Tədris-Metodik 
Şurası» tərəfindən təsdiq edilən proqram rəhbərə malikdir.
22


Magistr  proqramı  rəhbərinin  vəzifə  səlahiyyətlərinə 
aşağıdakılar daxildir:
©  tədris  prosesi  boyu  müvafiq  ixtisas  üzrə  magistr 
hazırlanmasının keyfiyyətinə cavabdeh olur və magistr 
proqramının  tədris  və  elmi  hissəsinə  rəhbərliyi  həyata 
keçirir;
©  keyfiyyətli  təhsilin  təminatı  üzrə  müvafiq  proqram 
çərçivəsində  universitetin  müxtəlif  kafedralarının 
fəaliyyətlərini kordinasiya edir;
©  magistr  proqramı  üzrə  tədris  planı  hazırlayır  və  bu 
proqrama daxil olunacaq xüsusi fənləri təyin edir;
©  magistr  dissertasiyasının ekspert  qiymətləndirilməsi və 
onun tematikasının korrektə olunmasını təmin edir;
©  magistr  dissertasiyasının  elmi  rəhbərinin işinə  nəzarəti 
həyata keçirir;
©  dissertasiyanın  bütün  mərhələlərdə  müdafiəsini  təşkil 
edir;
©  magistrantların 
elmi-pedoqoji 
və 
elmi-tədqiqat 
təcrübələrinin səmərəli keçrilməsinə nəzarət edir
Magistr  proqramımn  rəhbəri  müvafiq  ixtisas  üzrə 
professorlar,  elmlər  doktorları  və  aparıcı  dosentlər 
tərəfindən  seçilərək  təyin  edilir. 
Universitetin  Elmi 
Şurasının  qərarı  ilə  magistr  proqramına  rəhbərlik  elmlər 
namizədləri tərəfindən də aparıla bilər.
Bir  nəfər  ən  çoxu  5  magistr  proqramına  rəhbərlik  edə 
bilər.  Magistr  proqramının  rəhbəri  eyni  zamanda  müvafiq 
proqram çərçivəsində reallaşdırılan dissertasiya işi  üzrə elmi 
rəhbəri ola bilməz.
Bir  magistr  proqramına  il  ərzində  magistrant  sayından 
asılı olmayaraq rəhbər üçün pedoqoji yük 30 saatdır.
Bütün 
aspektlərdə 
magistr 
proqramına 
bilavasitə 
rəhbərlik  və  nəzarəti  «Magistr  hazırhğı  mərkəzi»nin 
direktoru  və  buraxıhş  kafedralarının  müdirləri  həyata 
keçirirlər.
23


IX.  ELM İ RƏHBƏRLƏ MAGİSTRANTIN 
BİRGƏ LƏALİYYƏT QAYDALARI
Magistr  proqramı  rəhbərinin  təqdimatı  əsasında  tədris 
prosesində  iştirak  edən  professor  və  aparıcı  dosentlər 
sırasından  «Magistr  hazırlığı  mərkəzi»nin  Elmi  Şurasının 
təqdimatı  əsasında  AD İU  rektorunun  əmri  ilə  magistr 
dissertasiyası üzrə elmi rəhbərlər təyin olunur.
Bir  nəfər  rəhbərə  5-dən  artıq  magistr  dissertasiyası 
verilməməlidir.
Elmi  rəhbərə  il ərzində  bir magistrant  üçün  pedoqoji  yük 
40 saat müəyyən edilir.
İxtisasları  qovuşduran  magistr  dissertasiyası  mövzusu 
üzrə müvafiq məsləhətçilər cəlb oluna bilər.
İl  ərzində  bir  magistrant  hazırlığına  məsləhətçilər  üçün 
pedoqoji yük  10 saat müəyyən olunur.
Məsləhətçilər  müvafiq  ixtisas  kafedralarında  təsdiq 
edilirlər.
Magistr dissertasiyasının elmi rəhbəri:
♦>  magistranta 
dissertasiyanın 
bütövlükdə 
yerinə 
yetrilməsi  müddətini  əhatə  edən  fərdi  iş  qrafikinin 
işlənməsində köməklik göstərir;
♦>  tədqiqat  mövzusunun  son  seçimi  istiqamətində 
magistranta yardım edir;
❖   zəruri  olan əsas  ədəbiyyat,  arayış,  arxiv materialları, 
layihə  nümunələri  və  mövzu  ilə  bağlı  digər  istinad 
mənbələrinin  seçilməsində  magistranta  tövsiyyələr 
verir;
❖   magistrantlarla  müvafiq  məsləhətləşmələr  təşkil  edir 
və zəruri metodik yardımlar göstərir;
❖   yerinə  yetirilən  işin  gedişinə  və  ayrı-ayrı  bölmələrin 
hazırlanmasına nəzarət edir;
24


❖   ADİU-da,  respublikada  və  ölkə  hüdudlarından 
kənarda 
keçrilən 
müvafiq 
elmi-praktiki 
konfranslarda magistrantın iştirakı üçün təşəbbüs və 
səy  göstərir,  bu  istiqamətdə  ona  zəruri  olan 
köməkliklər edir;
❖   dissertasiya  işinin  müdafiyəyə  buraxılması  və 
buraxılmaması barədə yazılı rəy təqdim edir;
❖   magistr 
dissertasiyasının 
prezentasiyası 
üzrə 
magistranta lazimi məsləhətlər verir;
❖   magistr 
dissertasiyası 
üçün 
kənar 
rəylərin 
alınmasında magistranta kömək edir;
❖   ixtisas  kafedralarında  görülmüş  işlər  haqqında 
müvafiq hesabatlar verir.
Elmi rəhbərlə ilk konsultasiya dissertasiya mövzusu təsdiq 
edildikdən sonra,  I  semestrdə  gerçəkləşməyə  başlanmalıdır. 
Bu  vacib  görüşdə  dissertasiya  mövzusu  və  magistrant 
tərəfindən  onun  öncədən  hazırlanmış  açıq  geniş  planı 
müzakirə  olunur.  Bundan  som a  dissertasiya  işinin  planı 
elmi  rəhbərin  və  müvafiq  kafedra  müdirinin  imzalan  ilə 
proqram  direktoruna  təqdim  edilir  /Əlavə  6-də  magistr 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin