Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu azərbaycan döVLƏT İQTİsad universiteti


İstifadə  olunmuş  ədəbiyyat  sivahısı



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə7/65
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#49302
1   2   3   4   5   6   7   8   9   10   ...   65
İstifadə  olunmuş  ədəbiyyat  sivahısı:  Tədqiqat  işinin 
yazılması  prosesində  müəllif  müvafiq  istiqamətdə  mövcud 
mənbələrə  istinad  etməyə  borcludur.  Bunun  üçün  də  o, 
istinad  etdiyi  və  sitat  gətirdiyi  ədəbiyyatın  siyahısını  tərtib 
etməlidir.  Bu zaman ədəbiyyatın adı ilə yanaşı müəllifin adı, 
şəhər,  nəşriyyat,  buraxılış  tarixi  və  səhifələrin  sayı 
göstərilməlidir.
Əlavələr: dissertasiyada əsaslandırılaraq işin məzmununun 
tələblərindən irəli  gələn bir və ya  bir neçə  əlavə  verilə  bilər. 
Burada 
əsas 
hissəyə 
daxil 
edilməyən 
informasiya 
materialları  {hesablat formaları,  qrafiklər,  sxemlər,  bir  sıra 
analitik  cədvəllər,  biznes-planların  bölmələri  və  digər 
sənədlər) təqdim olunur.
16


Əlavələr 
işin 
ümumi 
həcminin 
15%-indən 
çox 
olmamalıdır.
Annotasiya  rus  və  ingilis  dilində  olmaqla  hər  biri  ayrıca 
səhifədə bir vərəq həcmində yazılır.
Spesifik 
terminoloqiyadan 
istifadə 
edildikdə 
dissertasiyada onların siyahısı İxtisar siyahısı başlığı  altında 
ayrıca vərəqdə verilə bilər.
Magistr 
dissertasiyası 
pirnsipcə 
müvafiq 
tədqiqat 
konsepsiyasını  əhatə  etməlidir.  Tədqiqat  konsepsiyası 
magistr dissertasiyasının tərtibat sənədlərinin mühüm tərkib 
hissəsi  olaraq  mütləq  tərtibat  səciyyəsi  daşıyır.  {Magistr 
dissertasiyasının  tədqiqat  konsepsiyasının  nümunəsi  əlavə  2- 
də verilmişdir).
V.  MAGİSTR DİSSERTASİYASI VƏ ONUN 
YAZILIŞ QAYDALARI
Dissertasiyamn  mətni  kompüterdə  (format  Word)  çap 
olunur.  Çap  A4  {210  x   297  mm)  formatlı  ağ  kağızın  bir 
üzündə, mətndə boş sahələri göstərilməklə:  sol boş sahə  - 30 
mm,  sağ  -  10  mm,  yuxarı  - 20 mm  və  aşağı  25  mm,  ümumi 
həcm  əlavələrlə  birlikdə  75  səhifədən  az  olmamaq  şərti  ilə 
yerinə yetrilir.  Sətrlər arası interval  1.5,  şiriftlər Azərbaycan 
dilində «Times New Roman -  14»,  Rus və İngilis dilində  də 
həmçinin «Times New Roman -14» təyin edilir.
Dissertasiyadakı bütün xətlər,  hərflər, rəqəmlər və işarələr 
aydın və eyni qara çalarhqda olmalıdır.
Üz  vərəqi  dissetasiyamn  birinci  səhifəsidir  və  o, 
nömrələnmir.
Mündəricatda  fəsil,  paraqraf  və  bəndlərin  başlıqlarının 
dissertasiyanın hansı səhifəsindən başlandığı göstərilir.
17


Əgər dissertasiyada spesifik terminoloqiya, həmçinin geniş 
yayılmamış  ixtisarlar,  yeni  simvollar,  işarələr  və  s.  istifadə 
edilmişsə,  onların  siyahısı  «İxtisar  siyahısı»  başlığı  altında 
ayrıca  vərəqlə  dissetasiyamn  əvvəlində  verilməlidir.  Siyahı 
sütün şəklində yazıhr,  sütunun sol tərəfində {əlifba sırası ilə
ixtisarlar,  sağ  tərəfində  isə  onun  dəqiq  açıhşı  verilir.  Əgər 
dissertasiyada xüsusi terminlər, ixtisarlar, simvollar,  işarələr 
üç dəfədən az təkrar edilirsə, onda siyahı tərtib edilmir.
Fəsillərin  başhqları  mətnə  simmetrik  şəkildə,  qaraldılmış 
böyük  hərflərlə,  paraqrafların  başhqları  isə  absazdan 
başlayaraq  sətri  hərflərdə  yazılmalıdır  {birinci  baş  hərf 
istisna  olmaqla).  Başlqların yazılışında  sözlər  sətirdən  sətirə 
keçirilməməli,  başhğın sonunda nöqtə  qoylmamalıdır.  Əgər 
başlıq iki cümlədən  ibarətdirsə,  onları nöqtə qoymaqla biri- 
birindən ayırmaq lazımdır.
«MÜNDƏRİCAT», 
«GİRİŞ», 
«NƏTİCƏ 
VƏ 
TƏKLİFLƏR»,  «İSTİFADƏ  EDİLMİŞ  ƏDƏBİYYAT)), 
«ƏLAVƏLƏR»  sözləri  dissetasiyamn  uyğun  struktur 
hissəsinin başlığı kimi qəbul edilməlidir.
Fəsil və  paraqraflar,  eləcə  də  başlıq və mətnin  arasındakı 
məsafə 2,5  interval  olmalıdır.  Başlığın altından xətt çəkmək 
olmaz.
Hər fəsil yeni səhifədən başlanmalıdır.
Dissertasiyanın  səhifələri  ərəb  rəqəmləri  ilə  nömrələnir. 
Səhifələr  nömrələnərkən  üz  vərəqi  də  nəzərə  almır.  Üz 
vərəqindən  sonra  gələn  səhifədə  «2»  rəqəmi,  sonrakı 
səhifələrdə  isə  ardıcıl  nömrələr  səhifənin  yuxarı  sağ 
küncündə çap  olunur.  Səhifələr {əlavələr,  arayışlar,  aktlar və 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin