Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə10/65
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#49302
1   ...   6   7   8   9   10   11   12   13   ...   65
dissertasiyasının nümunəvi iş planı  verilmişdir!
Dissertasiya 
işinin 
planının 
təqdimatından 
soma 
magistrant  dissertasiya  işi  üzərində  tərtib  edilmiş  plan- 
qrafik  əsasında  sərbəst  çalışır  və  hər  ay  elmi  rəhbərlə 
görüşlər keçirərək ondan lazımı məsləhətlər alır.
Dissertasiya  işinin  plan-qrafiki  üzrə  fəaliyyət  magistr 
proqramı  rəhbəri 
tərəfindən  nəzarətə 
götürülür  və 
imzalanır.  / Əlavə  7  və  7a-da  magistr  dissertasiyası  üzərində 
işin plan-qrafikinin nümunəsi verilmişdir!.
Magistrant  dissertasiya  işini  IV  semestrdə,  15  mart 
tarixinə  qədər  tamamlayaraq  onu  referatla  birlikdə  elmi 
rəhbərə  təqdim  edir.  Elmi  rəhbər  işi  yoxlayıb  bəyəndikdən 
sonra  onu  imzalayır,  özünün  yazılı  rəsmi  rəyi  və  digər 
müvafiq 
sənədlərlə 
birlikdə 
dissertasiyanı 
ixtisas
25


kafedrasında  ilkin  müzakirə  üçün  proqram  rəhbərinə 
təqdim  edir.  Rəydə  dissertasiyanın  bütün  bölmələri  üzrə 
görülmüş  iş səciyyələndirilir və  alınan nəticələrin doğruluğu 
əsaslandırılır.
Qiyabi  təhsil  sistemi  magistrantları  dissertasiya  işini 
tamamlayaraq  bütün  lazımı  sənəd  və  materiallarla  birlikdə 
III  kursun  V  semestrində,  15  noyabr  tarixinə  qədər  elmi 
rəhbərə  təqdim  etməlidirlər.  Elmi  rəhbər  2  həftə  ərzində 
özünün yazılı rəsmi rəyi və digər müvafiq sənədlərlə birlikdə 
dissertasiyanı  ixtisas  kafedrasında  ilkin  müzakirə  üçün 
proqram rəhbərinə təqdim etməlidir.
Dissertasiya  işini  təsbit  olunmuş  müddətlərdə  və  yazılış 
tələbləri 
qaydasında 
elmi 
rəhbərə 
təqdim  etməyən 
magistrantlar  barəsində  magistr  proqramı  rəhbərinə  yazıh 
məlumat verilir.
X MAGİSTR DİSSERTASİYASININ İXTİSAS 
KAFEDRASINDA İLKİN M ÜZAKİRƏSİNİN TƏŞKİLİ
Magistr  proqram  rəhbəri  aprel  ayı  ərzində  dissertasiya 
işinin kafedrada müzakirəsini təşkil edir.
İxtisas  kafedrası  aşağıdakı  hallarda  dissertasiya  işinin 
müdafiəyə buraxılmaması haqqında qərar qəbul edir.
□   müvafiq təqdimat müddətlərinin gecikdirilməsi;
□   dissertasiya 
işinin 
tərtibat 
qaydalarına 
əməl 
olunmaması;
□   elmi rəhbərin mənfi rəyi.
Dissertasiya  işini  təsbit  edilmiş  müddətlərdə  və  yazılış 
tələbləri  qaydasında  yerinə  yetirməyən  magistrantlar 
barəsində  magistr  proqramı  rəhbərinin  təqdimatı  əsasında 
ixtisas kafedralarında müvafiq qərar qəbul olunur.
26


İxtisas 
kafedraları 
magistr 
dissertasiyasının 
qəbul 
edilməməsi  barəsində  «Magistr  hazırlığı  mərkəzi»nə  yazılı 
məlumat verməlidirlər.
Dissertasiya  ixtisas  kafedrasında  proqram  və  elmi 
rəhbərin  iştirakı  ilə  müzakirə  edilir  və  qərar  protokol 
qaydasında  rəsmiləşdirilir.  Protokolda  dissertasiya  işinin 
müdafiyəyə  tövsiyyə  olunub-olunmaması  haqqında  rəy- 
qərar  öz  əksini  tapır.  Bundan  som a  dissertasiya  işi  ixtisas 
kafedrasında  keçirilmiş  müzakirənin  protokolundan çıxarış 
və  digər  müvafiq  sənədlərlə  birlikdə  «Magistr  hazırlığı 
mərkəzi»nə  təqdim  edilir.  Təqdim  olunmuş  materiallar  və 
magistrantın  tədris  planlarının  yerinə  yetrilməsi  əsasında 
«Magistr  hazırlığı  mərkəzi»nin  direktoru  magistrantın 
işinin  açıq  müdafiyəyə  buraxılıb  buraxılmaması  haqqında 
disertasiyanın titul vərəqində müvafiq qeyd aparır.
«Magistr  hazırlığı  mərkəzi»ndə  işin  açıq  müdafiyəyə 
buraxılmaması  haqqında  qərar  qəbul  edərkən  aşağıdakılar 
əsas götürülür:
□   müvafiq təqdimat müddətlərinin gecikdirilməsi;
□   dissertasiya işinin müəyyən edilmiş  standartlarına və 
tərtibat qaydalarına əməl olunmaması;
□   ixtisas kafedrasının mənfi qərarı;
□   magistrantın  tədris  planında  nəzərdə  tutulan  bütün 
tələbləri yerinə yetirməməsi;
□   müqavilə öhdəlilklərinin yerinə yetirilməməsi.
□   dissertasiya adının rəsmi təsdiq edilmiş ilkin adından 
fərqləndikdə.
«Magistr  hazırlığı  mərkəzi»ndə  işin  açıq  müdafiyəyə 
buraxılması məqsədəuyğun hesab olunmadıqda bu məsələyə 
magistrantın proqram və elmi rəhbərlərinin birgə  iştirakı ilə 
baxılır və müvafiq qərar qəbul edilir.
Qiyabi  təhsil  sistemi  magistrantlarının  dissertasiya  işinin 
ixtisas  kafedralarında müzakirəsi  III  kursun Y  semestrində 
dekabr ayında keçirilir.
27


XI.  MAGİSTR DİSSERTASİYASININ 
RƏYLƏRİNİN VERİLMƏSİ QAYDASI
Magistr dissertasiyası mütləq kənar rəsmi rəy verən şəxsə - 
rəyçiyə  göndərilməlidir.  İxtisas  kafedrası  açıq  müdafiyəyə 
buraxılmış  magistr  dissertasiyasını  müdafiyəyə  ən  azı  15 
gün qalmış rəsmi rəyçiyə göndərir.
Rəsmi  rəyçi  kimi  idarə  və  təşkilatlarda,  elmi  təsisatlarda 
çalışan 
mütəxəssislər, 
Azərbaycan 
Dövlət 
İqtisad 
Universitetində  tam,  yarım  ştatda  və  əvəzçilik  qaydasında 
işləyən,  digər  ali  təhsil müəssisələrinin professor və müəllim 
heyəti və habelə magistrantı işə götürən təşkilatın rəhbər və 
mütəxəssisləri də çıxış edə bilərlər.
Magistr 
dissertasiyası 
universitet 
daxilində 
və 
universitetdən  kənar  rəsmi  rəyçiyə  göndərilən  zaman 
məktub  tərtib  edilir  və  resenzentdən  rəyin  tərtibində 
aşağıdakı tələblərə əməl olunması xahiş edilir:
©  mövzunun aktualhğı və onun praktiki əhəmiyyəti;
©  yerinə yetrilmiş işin yeniliyi;
©  işin keyfiyyətinin dəyərləndirilməsi;
©  dissertasiyada  müasir  tədqiqat  metodlarından  və 
yeni metodikadan istifadə olunması;
©  müəllif  tərəfindən  səmərəlilik,  idarəetmə  və  digər 
rasionallığm 
artırılmasına 
yönəlmiş 
konkret 
işləmələr  və  tədqiqat  sahəsində  onun  mümkün 
reallaşmasının qiymətləndirilməsi.
Bundan  başqa  rəydə  resenzent  öz  baxışları  müqabilində 
ayrıca irad və nöqsanları da göstərə bilər.
Rəyin sonunda  resenzent magistr  dissertasiyasının möcud 
tələblərə uyğunluğunu və  onun ümumi  qiymətləndirilməsini 
göstərməlidir.
Rəsmi rəyçinin imzası  onun adı,  soy adı və  atasının adı,  iş 
yeri, vəzifəsinin tam göstərilməsi ilə müşaiyət olunmalıdır.
28


Rəy  resenzentin  çalışdığı  təşkilatın  blankında  çap 
olunmalı və müvafiq möhürlə təsdiq edilməlidir.
Rəsmi  rəyçinin  yazılı  rəyi  müdafiəyə  azı  5  gün  qalmış  1 
nüsxəsi  magistranta,  digər 

nüsxəsi  isə  «Magistr 
dissertasiyasının  müdafiəsi  üzrə  ixtisaslaşdırılmış  Elmi 
Şura»ya  təqdim  olunmalıdır.  Rəsmi  rəy  mənfi  olduqda 
resenzentin müdafiədə iştirakı vacibdir.
«Magistr  hazırlığı  mərkəzi»nin  direktoru  və  magistr 
proqramının  rəhbəri  zərurət  olduqda  rəsmi  rəyçi  sayım 
artırılması tövsiyyəsi ilə çıxış edə bilərlər.
Magistrant 
müdafiyəyə 
qədər 
resenzentin 
rəyində 
göstərilən  irad  və  nöqsanları  qeydə  almalı  və  müdafiə 
prosesində onlara cavab verməlidir.
XII. 
M AGİSTR DİSSERTASİYASININ 
MÜDAFİƏ ŞURASINA TƏQDİM  EDİLM ƏSİ QAYDASI
Magistr 
dissertasiyasının 
müdafiəsini 
«Magistr 
dissertasiyasının  müdafiəsi  üzrə  ixtisaslaşdırılmış  Elmi 
Şura» /bundan sonra Şura/ aparır.  Şuralar «Magistr hazırhğı 
mərkəzi»nin  direktorunun  vəsatəti  əsasında  universitet 
rektorunun  əmri  ilə  ayrı-ayrı  istiqamətlər  və  ixtisaslar  üzrə 
bir  təqvim  ili  müddətində  yaradılır.  Tərkibinə  müvafiq 
kafedraların müdirləri və  həmin sahə  üzrə elmlər doktorları 
və elmlər namizədləri daxil edilən Şuralar 7-11  nəfər üzvdən 
ibarət təşkil olunur.  Şuranın sədri Azərbaycan Respublikası 
Təhsil Nazirliyi tərəfindən təyin edilir.
Bir  qayda  olaraq  dissertasiya  işlərinin  Şurada  müdafiəsi 
əyani  təhsil  alanlar  üçün  II  kursun  IV  semestrində  may- 
iyun,  qiyabi  təhsil  alanlar  üçün  III  kursun  V  semestrində 
yanvar-fevral  aylarında  keçirilir.  ADİU-nun  rektorunun 
əmri  ilə bu müddətlər dəyişdirilə bilər.
29


Magistrant müdafiəyə  azı  3  gün  qalmış  Şuraya  aşağıdakı 
sənədləri təqdim edir:
□   Ərizə  /««Magistr  hazırlığı  mərkəzi»rıin»  razılıq 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin