Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə12/65
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#49302
1   ...   8   9   10   11   12   13   14   15   ...   65
toplusuna daxil edilməlidir.
30


Elmi rəhbərin və rəsmi rəyçinin iştirak etdiyi müdafiə üzrə 
iclasda müvafiq rəylərn oxunuşu birbaşa olaraq elmi rəhbər 
və rəsmi rəyçinin çıxışları ilə əvəz edilir.
Şura iclasının gedişi müvafiq protokolla rəsmiləşdirilir.
Şurada  hər  magistr  dissertasiyasının  müdafiəsi  üçün  45 
dəqiqə  vaxt  ayrılır.  Bu  vaxtın  10-15  dəqiqəsi  magistranta 
işin məzmunu və onun nəticələrinin təqdimatı üçün verilir.
Magistrant  müdafiyəyə  hərtərəfili  və  ciddi  hazırlaşmalı, 
illyüstrasiya  materialları  da  daxil  etməklə  çıxışının 
tezislərini hazırlamalıdır.
Magistrant çıxışını  kompüter  prezentasiya  proqramı  olan 
«Power  Point»  də  nümayiş  etdirməlidir.  Çıxış  üçün  lazımı 
avadanlığı «Magistr hazırlığı mərkəzi» təqdim edir.
Tədqiqat  nəticələrinin  prezentasiyasımn  strukturunu 
aşağıdakılar əhatə edir:
>  işin adı;
>  magistrantın adı, soy adı və atasının adı;
>  elmi rəhbərin adı, soy adı və atasının adı;
>  tədqiqatın məqsədi və problematikası;
>  tədqiqat probleminin yeniliyi və qoyulmuş vəzifələr;
>  nəzəri konsepsiyaların qısa şərhi;
>  tədqiqatın  əsaslandırılmış  metodologiyası,  məntiqi 
və metodları;
>  təhlili araşdırmalar;
>  nəticələr və təkliflər;
>  işlənmiş təkliflər;
>  nail  olunmuş  və 
gözlənilən 
iqtisadi  effektin 
qimətləndirilməsi.
Magistrant 
resenzentlərin, 
magistr 
dissertasiyasının 
müdafiəsi  üzrə  Şuranın  üzvlərinin  irad  və  suallarına  cavab 
verməyə  hazır  olmalıdır.  Çıxış  üçün magistrant  üstün  olan 
zəruri  və  müvafiq  material  seçməlidir.  Məruzə  tədqiqat 
işindən  çıxaraq  müəllifin  mühüm  hesab  etdiyi  müvafiq 
metodoloji şərhdə təqdim olunmalıdır.
31


Çıxışından  sonra  disertasiya  üzrə  rəsmi  rəylər  oxunur  və 
magistrant onlara cavab verir.  Magistrant iradlarla razılaşa 
bilər və ya onları əsaslandırılmış şəkildə rədd edə bilər.
Müdafiə  prosesində  magistranta  dissertasiya  işinin 
məzmunu  ilə  bağlı  Şura  üzvüləri  də  suallar  veririlər. 
Cavablar  qısa  və  motivləşdirilmiş  olmalıdır.  Müvafiq 
cavablandırmalardan sonra isə elmi rəhbərin rəyi dinlənilir.
Dissertasiyanın  müdafiəsi  qurtardıqdan  sonra  Şuranın 
üzvüləri  mövcud  qaydada  səsvermə  keçirirlər.  İclasda 
iştirak  edən  Şura  üzvülərindən  yarıdan  çoxu  magistr 
dərəcəsinin  verilməsi  lehinə  səs  verdikdə  İxtisaslaşdırılmış 
Şuranın qərarı ilə magistr dərəcəsi verilir.
Magistr  dissertasiyasının  müdafiəsi  üzrə  qərar  mənfi 
olduqda  magistrant  2  həftə  ərzində  Şura  qarşısında  təkrar 
müdafiə  vəsatəti  ilə  çıxış  edə  və  ya  özünün  nöqteyi- 
nəzərindən 
ədalətsizlik 
motivlərini 
əsaslandırmaqla 
apellyasiya  şikayəti  edə  bilər.  Apellyasiya  şikayətinə 
«Magistr 
hazırhğı 
mərkəzi»nin 
nəzdində 
yaradılmış 
apellyasiya komissiyasında baxılır.
Dissertasiya  müdafiəsi  nəticəsində  mənfi  qərar  qəbul 
edildikdən  sonra  bir  aydan  tez  olmayan  müddətdə 
dissertasiya 
işi 
yenidən 
işlənilmiş 
formada 
təkrar 
müdafiyəyə təqdim edilə bilər.
Şura  yenidən  mənfi  qərar  qəbuf  etdikdə  onun  yeni 
mövzuda  təkrar  müdafiəsinə  /2  dəfədən  çox  olmamaqla/ 
növbəti  tədris  itinin  məzunlarının  dissertasiya  müdafiəsi 
üçün müəyyən ohınmuş müddətdə icazə verilir.
Təkrar  müdafiədə  disertasiya  müvəffəqiyyətlə  müdafiə 
edilmədikdə,  magistrantın  müvafiq  proqramı  dinlədiyi 
haqqında arayış verirlir.
Magistr  dissertasiyasının  müdafiəsinin  nəticələri  müsbət 
olduqda  Şura  magistranta  müvafiq  ixtisas  üzrə  magistr 
rütbəsinin  və  magistr  afi  təhsilinin  dövlət  diplomunun 
verilməsi  haqqında  qərar  qəbul  edir.  /Əlavə  8  və  8a-da
32


magistr dissertasiyasının bütün mərhələrdə  tərtibat şərtləri və 
keçid müddətlərini əks etdirən sxem verilmişdirI.
Müdafiədən 
sonra 
dissertasiya 
«Magistr 
hazırlığı 
mərkəzi»ndə saxlanılır.
Üzürsüz  səbəbə  görə  dissertasiya  işinin  müdafiəsi  üçün 
ayrılmış  vaxtda  müdafiə  prosesində  iştirak  etməyən 
magistrantlar  təsbit  olunmuş  qaydalara  uyğun  olaraq 
universitetdən  xaric  edilirlər.  Üzürlü  səbəblər  müqabilində 
isə  müdafiəyə  2  dəfədən  çox  olmamaqla  növbəti  tədris 
ilində,  məzunlarının  dissertasiya  müdafiəsi  üçün  müəyyən 
olunmuş müddətində icazə verilir.
XIII. 
MAGİSTR DİSSERTASİYASININ 
QİYMƏTLƏNDİRİLMƏSİ METODİKASI (MEYARLARI)
Magistr 
dissertasiyasının 
qiymətləndirilməsi 
zamam 
qiymətləndirmə  ədalətliliyi  təmin  etməli  və  müvafiq 
meyarlara 
əsaslanmalıdır. 
Qiymətləndirməyə 
sərt 
meyarlarla yanaşmaq məqsədəquyğun hesab edilmir.
Dissertasiya  işinin  qiymətləndirilməsi  zamanı  məruzənin 
məntiqi  quruluş  və  ardıcıllıqda  təqdimatına,  müdafiə 
prosesində 
şərh 
edilən 
materialın 
illüstrasiyalığına, 
məzunun  sual  və  iradları  cavablandırma  arqumentliliyinə, 
habelə  nəticələrin  elmi-təcrübi  əhəmiyyətliliyinə  xüsusi 
diqqət 
yetirilir. 
Qiymətləndirmə 
zamanı 
həmçinin 
dissertasiyanın  tərtibat  mexanikasmm,  mövzu  ilə  əlaqədər 
dərc  olunmuş  elmi  əsərlərin  kəmiyyət  və  keyfiyyəti,  işin 
aprobasiyası  da  nəzərə  almır.  /Magistr  dissertasiyasının 
qiymətləndirilməsi  metodikası  ilə  bağlı  tövsiyyə  xarakterli 
meyar əsaslandırmaları əlavə 9-da verilmişdir!.
33


XIV. 
DİSSERTASİYA İŞİNİN NƏTİCƏLƏRİNİN 
TƏSRÜBƏDƏ TƏTBİQİ VƏ İSTİFADƏ OLUNMASI
Üstün  uğurlu  dissertasiya  işlərinin  nəticələri  müəllifin 
razılığı  əsasında  universitetin  elmi  məcmuəsində  nəşr  və 
digər  sahələrdə  tətbiq  üçün  tövsiyyə  olunur.  Müstəsna 
hallarda 
əsaslandırılaraq 
Magistr 
dissertasiyasının 
müdafiəsi  üzrə  ixtisaslaşdırılmış  şurası  və  universitet  Elmi 
Şurasının  qərar  ilə  (genişləndirmə  və  təkmilləşdirilmə  şərti 
ilə)  işin  namizədlik  dissertasiyası  kimi  müdafiə  edilməsi 
təklifi də irəli sürülə bilər.
h
 
x  

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin