XIII. ELMİ-PEDAQOCİ TƏCRÜBƏNİN KEÇİRİLMƏSİNİN MATERİAL TƏMİNATI Elmi-pedaqoji təcrübənin rəhbəri müvafiq məqsəldlər
üçün ayrılaraq təsbit olunmuş tədris saatlarına görə əmək haqqı
alır. Elmi-pedaqoji təcrübə ADİU tərəfindən keçirildikdə təyin
olunmuş təcrübə obyekti rəhbəri də seksiyalar üzrə tədris
saatlarına görə əmək haqqı verilir. Bu zaman təcrübə obyekti
rəhbərinin iş saatı gün ərzində 6 saatdan çox olmamalıdır.
Elmi-pedaqoji
təcrübəni
keçirən
professor-müəllim
heyətinin əmək haqqı da tədris saatlarına görə müəyyən edilir.
Elmi-pedaqoji
təcrübənin
baza
təşkilatlarında
təcrübə
rəhbərlərinin əmək haqqı təşkilatlar arası müqavilə əsasında və
ya baza təşkilatının özünün vasaitləri müqabilində təyin edilir.