dissertasiyasının nümunəvi iş planı verilmişdir!
Dissertasiya
işinin
planının
təqdimatından
soma
magistrant dissertasiya işi üzərində tərtib edilmiş plan-
qrafik əsasında sərbəst çalışır və hər ay elmi rəhbərlə
görüşlər keçirərək ondan lazımı məsləhətlər alır.
Dissertasiya işinin plan-qrafiki üzrə fəaliyyət magistr
proqramı rəhbəri
tərəfindən nəzarətə
götürülür və
imzalanır. / Əlavə 7 və 7a-da magistr dissertasiyası üzərində
işin plan-qrafikinin nümunəsi verilmişdir!.
Magistrant dissertasiya işini IV semestrdə, 15 mart
tarixinə qədər tamamlayaraq onu referatla birlikdə elmi
rəhbərə təqdim edir. Elmi rəhbər işi yoxlayıb bəyəndikdən
sonra onu imzalayır, özünün yazılı rəsmi rəyi və digər
müvafiq
sənədlərlə
birlikdə
dissertasiyanı
ixtisas
25
kafedrasında ilkin müzakirə üçün proqram rəhbərinə
təqdim edir. Rəydə dissertasiyanın bütün bölmələri üzrə
görülmüş iş səciyyələndirilir və alınan nəticələrin doğruluğu
əsaslandırılır.
Qiyabi təhsil sistemi magistrantları dissertasiya işini
tamamlayaraq bütün lazımı sənəd və materiallarla birlikdə
III kursun V semestrində, 15 noyabr tarixinə qədər elmi
rəhbərə təqdim etməlidirlər. Elmi rəhbər 2 həftə ərzində
özünün yazılı rəsmi rəyi və digər müvafiq sənədlərlə birlikdə
dissertasiyanı ixtisas kafedrasında ilkin müzakirə üçün
proqram rəhbərinə təqdim etməlidir.
Dissertasiya işini təsbit olunmuş müddətlərdə və yazılış
tələbləri
qaydasında
elmi
rəhbərə
təqdim etməyən
magistrantlar barəsində magistr proqramı rəhbərinə yazıh
məlumat verilir.
X MAGİSTR DİSSERTASİYASININ İXTİSAS
KAFEDRASINDA İLKİN M ÜZAKİRƏSİNİN TƏŞKİLİ
Magistr proqram rəhbəri aprel ayı ərzində dissertasiya
işinin kafedrada müzakirəsini təşkil edir.
İxtisas kafedrası aşağıdakı hallarda dissertasiya işinin
müdafiəyə buraxılmaması haqqında qərar qəbul edir.
□ müvafiq təqdimat müddətlərinin gecikdirilməsi;
□ dissertasiya
işinin
tərtibat
qaydalarına
əməl
olunmaması;
□ elmi rəhbərin mənfi rəyi.
Dissertasiya işini təsbit edilmiş müddətlərdə və yazılış
tələbləri qaydasında yerinə yetirməyən magistrantlar
barəsində magistr proqramı rəhbərinin təqdimatı əsasında
ixtisas kafedralarında müvafiq qərar qəbul olunur.
26
İxtisas
kafedraları
magistr
dissertasiyasının
qəbul
edilməməsi barəsində «Magistr hazırlığı mərkəzi»nə yazılı
məlumat verməlidirlər.
Dissertasiya ixtisas kafedrasında proqram və elmi
rəhbərin iştirakı ilə müzakirə edilir və qərar protokol
qaydasında rəsmiləşdirilir. Protokolda dissertasiya işinin
müdafiyəyə tövsiyyə olunub-olunmaması haqqında rəy-
qərar öz əksini tapır. Bundan som a dissertasiya işi ixtisas
kafedrasında keçirilmiş müzakirənin protokolundan çıxarış
və digər müvafiq sənədlərlə birlikdə «Magistr hazırlığı
mərkəzi»nə təqdim edilir. Təqdim olunmuş materiallar və
magistrantın tədris planlarının yerinə yetrilməsi əsasında
«Magistr hazırlığı mərkəzi»nin direktoru magistrantın
işinin açıq müdafiyəyə buraxılıb buraxılmaması haqqında
disertasiyanın titul vərəqində müvafiq qeyd aparır.
«Magistr hazırlığı mərkəzi»ndə işin açıq müdafiyəyə
buraxılmaması haqqında qərar qəbul edərkən aşağıdakılar
əsas götürülür:
□ müvafiq təqdimat müddətlərinin gecikdirilməsi;
□ dissertasiya işinin müəyyən edilmiş standartlarına və
tərtibat qaydalarına əməl olunmaması;
□ ixtisas kafedrasının mənfi qərarı;
□ magistrantın tədris planında nəzərdə tutulan bütün
tələbləri yerinə yetirməməsi;
□ müqavilə öhdəlilklərinin yerinə yetirilməməsi.
□ dissertasiya adının rəsmi təsdiq edilmiş ilkin adından
fərqləndikdə.
«Magistr hazırlığı mərkəzi»ndə işin açıq müdafiyəyə
buraxılması məqsədəuyğun hesab olunmadıqda bu məsələyə
magistrantın proqram və elmi rəhbərlərinin birgə iştirakı ilə
baxılır və müvafiq qərar qəbul edilir.
Qiyabi təhsil sistemi magistrantlarının dissertasiya işinin
ixtisas kafedralarında müzakirəsi III kursun Y semestrində
dekabr ayında keçirilir.
27
XI. MAGİSTR DİSSERTASİYASININ
RƏYLƏRİNİN VERİLMƏSİ QAYDASI
Magistr dissertasiyası mütləq kənar rəsmi rəy verən şəxsə -
rəyçiyə göndərilməlidir. İxtisas kafedrası açıq müdafiyəyə
buraxılmış magistr dissertasiyasını müdafiyəyə ən azı 15
gün qalmış rəsmi rəyçiyə göndərir.
Rəsmi rəyçi kimi idarə və təşkilatlarda, elmi təsisatlarda
çalışan
mütəxəssislər,
Azərbaycan
Dövlət
İqtisad
Universitetində tam, yarım ştatda və əvəzçilik qaydasında
işləyən, digər ali təhsil müəssisələrinin professor və müəllim
heyəti və habelə magistrantı işə götürən təşkilatın rəhbər və
mütəxəssisləri də çıxış edə bilərlər.
Magistr
dissertasiyası
universitet
daxilində
və
universitetdən kənar rəsmi rəyçiyə göndərilən zaman
məktub tərtib edilir və resenzentdən rəyin tərtibində
aşağıdakı tələblərə əməl olunması xahiş edilir:
© mövzunun aktualhğı və onun praktiki əhəmiyyəti;
© yerinə yetrilmiş işin yeniliyi;
© işin keyfiyyətinin dəyərləndirilməsi;
© dissertasiyada müasir tədqiqat metodlarından və
yeni metodikadan istifadə olunması;
© müəllif tərəfindən səmərəlilik, idarəetmə və digər
rasionallığm
artırılmasına
yönəlmiş
konkret
işləmələr və tədqiqat sahəsində onun mümkün
reallaşmasının qiymətləndirilməsi.
Bundan başqa rəydə resenzent öz baxışları müqabilində
ayrıca irad və nöqsanları da göstərə bilər.
Rəyin sonunda resenzent magistr dissertasiyasının möcud
tələblərə uyğunluğunu və onun ümumi qiymətləndirilməsini
göstərməlidir.
Rəsmi rəyçinin imzası onun adı, soy adı və atasının adı, iş
yeri, vəzifəsinin tam göstərilməsi ilə müşaiyət olunmalıdır.
28
Rəy resenzentin çalışdığı təşkilatın blankında çap
olunmalı və müvafiq möhürlə təsdiq edilməlidir.
Rəsmi rəyçinin yazılı rəyi müdafiəyə azı 5 gün qalmış 1
nüsxəsi magistranta, digər
1
nüsxəsi isə «Magistr
dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşdırılmış Elmi
Şura»ya təqdim olunmalıdır. Rəsmi rəy mənfi olduqda
resenzentin müdafiədə iştirakı vacibdir.
«Magistr hazırlığı mərkəzi»nin direktoru və magistr
proqramının rəhbəri zərurət olduqda rəsmi rəyçi sayım
artırılması tövsiyyəsi ilə çıxış edə bilərlər.
Magistrant
müdafiyəyə
qədər
resenzentin
rəyində
göstərilən irad və nöqsanları qeydə almalı və müdafiə
prosesində onlara cavab verməlidir.
XII.
M AGİSTR DİSSERTASİYASININ
MÜDAFİƏ ŞURASINA TƏQDİM EDİLM ƏSİ QAYDASI
Magistr
dissertasiyasının
müdafiəsini
«Magistr
dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşdırılmış Elmi
Şura» /bundan sonra Şura/ aparır. Şuralar «Magistr hazırhğı
mərkəzi»nin direktorunun vəsatəti əsasında universitet
rektorunun əmri ilə ayrı-ayrı istiqamətlər və ixtisaslar üzrə
bir təqvim ili müddətində yaradılır. Tərkibinə müvafiq
kafedraların müdirləri və həmin sahə üzrə elmlər doktorları
və elmlər namizədləri daxil edilən Şuralar 7-11 nəfər üzvdən
ibarət təşkil olunur. Şuranın sədri Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən təyin edilir.
Bir qayda olaraq dissertasiya işlərinin Şurada müdafiəsi
əyani təhsil alanlar üçün II kursun IV semestrində may-
iyun, qiyabi təhsil alanlar üçün III kursun V semestrində
yanvar-fevral aylarında keçirilir. ADİU-nun rektorunun
əmri ilə bu müddətlər dəyişdirilə bilər.
29
Magistrant müdafiəyə azı 3 gün qalmış Şuraya aşağıdakı
sənədləri təqdim edir:
□ Ərizə /««Magistr hazırlığı mərkəzi»rıin» razılıq
Dostları ilə paylaş: |