elmi-tədqiqat və elmi-pedoqoji təcrübələrin
təşkilinə dair metodik göstərişlər toplusu
Bakı: «İqtisad Universitet nəşriyyatı», 2007
MAGISTR DİSSERTASİYASININ
YERINƏ YETRILMƏSINƏ DAİR
METODİK GÖSTORİŞ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Elmi-Metodik Şurasının «İqtisadiyyat»
bölməsinin «13» «mart» 2006-cı il tarixli
iclasının qərarı ilə təsdiq edilmişdir /protokol N°41/
4
RƏYÇİLƏR
ADİU-nun «İqtisadi kibernetika» kafedrasının müdiri,
i.e.d., professor B.I.Musayev
Azərbaycan Dövlət Neft Akademiyasının Magistratura
bölməsinin dekanı
i.e.n., dosent V.T.Mustafayev
Metodik göstəriş magistr proqramının yerinə yetrilməsi
tələblərinə
uyğun
olaraq
magistrantlara
magistr
dissertasiyalarının mövzu seçimini, hazırlıq işlərinin təşkilini,
məzmununun işlənilməsini reallaşdırmaq, onun yazılışı və
müdafiə olunmasını istiqamətləndirmək məqsədi daşıyır.
Metodik göstəriş magistr dissertasiyasının hazırlanması,
təsdiq olunması və müdafiəsi qaydaları haqqında mövcud
əsasnamənin tələblərindən irəli gəlir və onun başlıca
müddəalarını əks etdirir.
Metodik göstəriş magistrantlar, magistr proqramı və
dissertasiya işinin elmi rəhbərləri, resenzentlər, məsləhətçilər
və
həmçinin
özünün
elmi
yaradıcılıq
diapozonunu
genişləndirmək istəyində olanlar üçün nəzərdə tutulur.
5
I
Hələ 10 il öncə Azərərbaycanın ali təhsil müəssisələrində
diplomlu mütəxəssisələr hazırlanmaqda idi. Həmin sistemdə
tədrisin istiqamətindən asılı olaraq təhsil prosesi 4-6 il
davam edirdi. Alınmış diplom hər yerdə eyni qüvvə və
mahiyyətə malik idi. Fərq isə, diplomu vermiş ali təhsil
müəssisəsinin məhşurluğu və nufuzu nəzərə alınmaqla
müəyyənləşdirilirdi.
Lakin
Azərbaycanın
dövlət
müsəiqilliyinin bərpası ilə ölkədə özəl təhsil müəssisələri
təsis olunaraq özünün geniş tətbiqini tapdı. Bu müddət
ərzində özəl universitetlərlə yanaşı eyni zamanda təhsilin
bakalavr və magistr təsnifatında iki pilləli sisteminə keçid də
formalaşdı. Bununla belə, təhsilin ilk pilləsi əsas ağırlıq
yükünü öz üzərinə götürsə də respublikanın müasir əmək
bazarı hələ ki, bakalavr diplomunu tam təminatlı ali təhsil
sənədi keyfiyyətində mənimsəməmişdir. Məhz buna görə də,
işə götürənlər və təhsil xidməti istehlakçıları ali təhsil
kamilliyinə
əsasən
«Magistr»
pilləsinin
diplomları
keyfiyyətində yanaşırlar. Bu realhq isə respublikamızda
«Magistr» proqramına olan tələbin hər il artması ilə
müşaiyət olunur.
75 ilə yaxın tarixi ənənələri olan Azərbaycan Dövlət
İqtisad Universiteti özünün təhsil proqramlarına daim
inkişaf strategiyası baxımından yanaşmış, tədris prosesinin
təkmilləşdirilməsi
istiqamətində
xüsusi
keyfiyyət
dəyişiklikləri ilə fərqlənmişdir. Bu ənənəyə sadiq qalaraq
vəzifələrimizin
təməlində
respublikamn
sosil-iqtisadi
tərəqqisini hərtərəfli təmin edən, elmin, təhsilin inkişafı
istiqamətində yeni tədris texnologiyalarını mənimsəmiş,
hərtərəfili bilik və hazırhğa malik, birbaşa fəaliyyət pultu
arxasına əyləşmək iqtidarına malik peşəkar mütəxəssislərin
6
hazırlanması missiyası dayanır. İnkişafı sürətlənən təhsil
kəskin olaraq həm də, daim təkmilləşən mütərəqqi
normativ-hüquqi əsaslar tələb edir. Bu baxımdan da
müəlliflər Azərbaycan Dövlət İqtisad Universitetinin
magistrantları üçün elmi yaradıcılığın ilk profesional
metodoloji
reqlamentasiya
sənədi
olan
magistr
dissertasiyasının yazılışı üzrə müvafiq metodik göstəriş
hazırlayaraq yüksək tələbli auditoriyanın sərəncamına
təqdim edirlər.
Mövcud metodik göstəriş magistrantlarla yanaşı, həm də
elmi yaradıcılıq pilləsi ilə ilk addımlarını ataraq müvafiq
istiqamətdə irəliləyənlərin maraqlarına hesablanmışdır.
Bununla
belə
onun
əsas
məzmununu
magistr
dissertasiyasının yazılış və tərtibat metodikası ifadələndirir.
Müəlliflər hesab edirlər ki, Azərbaycan Respublikasında
Avro-Atlantik məkanın standartlarına tamlıqla cavab verən
magistrlərin
hazırlanması
istiqamətində
başlanğıc
təsisatlandırıcı əməli işlər artıq realaşmışdır. Lakin bununla
belə möhtəşəm Boloniya prosesinə tam hüquqlu qoşulmada
da geniş miqyasda müqabil işlərin görülməsinə böyük
ehtiyac duyulur. Bu ehtiyacların ödənilməsindən öncə isə
hər bir ölkə vətəndaşının, xüsusən də tələbə-məktəbli
gənclərin, elmi yardıcıhğa peşə səviyyəsində səy edənlərin
magistr pilləsi ilə ətraflı tanışlığı mühüm şərtlərdəndir. Bu
tanışlıqdan sonra isə təhsili yüksəltmək, magistrant olmaq
və ilk elmi dissertasiyam yazmaq istəyi
daha da artacaqdır.
7
«Magistr»
sözü latın mənşəli olub
müəllim, mürəbbi,
rəhbər
mənalarım ifadə edir. O, həm də, «qrosmeyster»,
«maestro» və digər bu kimi sözlərin paroniminin əsasında dayamr.
Qədim Romada «Magistr» dərəcəsi mühüm vəzifə səlahiyətlərinə
görə verilərdi. Bizans imperatorluğında bu ad yüksək məmur
rütbəsi tituluna müvafiq idi. O rta əsrlərdə isə, «Magistr»
məfhumu müəllim və ustad adma sinonim kimi qəbul edildi.
Sonrakı sivilizasiya mərhələsində «Magistr» Qərbi Avropa
universitetlərində doktor elmi dərəcəsi ilə müqaisədə nisbətən
aşağı elmi pilləni ifadə etdi.
Çağdaş İngilis-Amerikan təhsil sistemində «Magistr» rütbəsi
elmlər doktoru ilə bakalavr arasında aralıq dərəcə vəziyyətini
səciyyələndirir. Konkret müasir mənada isə «Magistr» geniş
erudisiyalı və hazırlıqlı, analitik-tədqiqat təfəkkürünə malik
mütəxəssis, elmi yaradıcılıq metodoloqiyasımn bilicisi, qabaqcıl
informasiya texnoloqiyaları istifadəçisi və daşayıcısı, konsultativ
və yaradıcı fəaliyyətli bir mütəxəssisdir.
8
I.
MAGİSTR DƏRƏCƏSİNİN
«ÜMUM İ İQTİSADİYYAT)) PEŞƏ İSTİQAMƏTİNDƏ
M ƏNİMSƏNİLM ƏSİ QARŞISINDA QOYULAN
TƏLƏBLƏR
«Magistr» dərəcəsinin mənimsənilməsi hər bir ixtisas üzrə
müvafiq proqram əsasında həyata keçirilir.
Magistr proqramımn ümumi prinsipləri ilə yanaşı onun
ümumi iqtisadiyyat ixtisasları üzrə spesefik xüsusiyyətləri və
tələbləri də vardır. Bu tələblər sırasına, başlıca olaraq
iqtisadi inkişafın qanunauyğunluqlarım dərk etmək, nəzəri
və metodoloji əsaslarım öyrənmək, müasir dünya iqtisadi
sistemlərində mövsud çoxşaxəliliyi anlamaq, Azərbaycan və
dünya iqtisadiyyatının strukturunun və tərəqqi meylinin
quruluş
təqdimatını,
dövlətin
sosial-iqtisadi
inkişaf
mərhələlərini, iqtisadi təhlil və təsərrüfat prosesslərinin
mikro və makro səviyyədə elmi metodoloqiyasım və
metodikasını bilmək, qabaqcıl kompyüter texnikasından
iqtisadi məsələlərin tədqiqi istiqamətində istifadə eimək
kimi bacarıq və keyfiyyətlər daxildir.
II. MAGİSTR DİSSERTASİYASI İŞİNİN M ƏQSƏDLƏRİ
Magistr dissertasiyası iddiaçının Imagistrantın! müstəqil
elmi və pedoqojı işə hazırlığını nümayiş etdirən, elmi
rəhbərin göstəriş və tövsiyyələri əsasında magistr dərəcəsi
almaq üçün işlənmiş elmi-tədqiqat və təcrübi-konstruktur
işidir.
Magistr dissertasiyasının hazırlanması və müvəffəqiyyətlə
müdafiəsi
magistr
hazırlığı
proqramının
yerinə
yetirilməsinin məcburi şərtidir. Onun elmi səviyyəsi həmişə
tədris edilən proqramın tələblərinə cavab verməlidir.
9
Magistr dissertasiyası magistrantın elmi potensialını,
onun iqtisadiyyat və maliyyə sferasında sərbəst tədqiqat
aparmaq, təşkilatçılıq bacarığını aşkara çıxarmaq, müasir
metod və yanaşmalardan istifadə etməklə problemin tədqiqi
sahəsində
nəticələri
müəyyənləşdirmək,
arqumentlərə
söykənən əsaslandırılmış tövsiyyə və təkliflər irəli sürmək
missiyası daşıyır.
III.
M AGİSTR DİSSERTASİYASI
MÖVZULARININ SEÇİLM ƏSİ VƏ TƏSDİQ OLUNMASI
Magistr dissertasiyasının mövzu seçimi magistrantın şəxsi
elmi və praktiki maraqlarında uyğun olaraq sərbəst təmin
edilir.
Bu məqsədlə ixtisas kafedralarında müvafiq
istiqamətli dissertasiya mövzuları hazırlanır, universitet
rektorunun müvafiq əmri ilə təsdiq edilərək magistrantlara
təqdim olunur. Magistrant özü də mövzu təklif edə bilər.
Bu
zaman
magistrant
tərəfindən
tədqiqatın
məqsədəuyğunluğu
və
aktuallığı
əsaslandırılmalıdır.
Magistr proqramının rəhbəri mövzu seçimində magistranta
lazımi köməklik göstərməyə borcludur.
Mövzu seçimindən sonra magistrant, oriyentirli olaraq
işin adını formalaşdırır və bu barədə magistr proqramı
rəhbərinə məlumat verir. Magistr proqramının rəhbəri isə
bu adı müvafiq reyestrə köçürür. Bu isə dissertasiyanın elmi
rəhbərinin təyinatı üçün əsas olur.
Magistr dissertasiyasının mövzusu və elmi rəhbəri tədrisin
birinci ilində - I semestrdə 15 dekabr tarixindən gec
olmayaraq rektorun əmri ilə rəsmiləşdirilir. Kafedralar
magistr dissertasiyasının mövzusu və elmi rəhbərin
təyinatını 15 noyabra kimi başa çatdırmalı və Magistr
hazırlığı mərkəzinin Elmi Şurasının təsdiqiniə verməlidirlər.
10
Magistr dissertasiyası üzrə mövzular aktual olmalı, əsasən
ölkə iqtisadiyyatı, onun sahələrinin müasir vəziyyəti və
inkişaf prespektivləri ilə uyğunluq təşkil etməlidir. Mövzu
seçimi magistrantın təhsil aldığı ixtisas sahəsinə uyğun
olaraq çox geniş əhatə dairəli problemi hədəf tutmamalıdır.
Mövzunun adlanışı zamam işin əsas ideyasının konkret və
maksimal obrazda təcəssümünə nail olunmalıdır.
Dissertasiyamn tematikası tədqiqatın həm nəzəri və həm
də
praktiki
istiqamətlərini
əhatə
etməlidir.
Nəzəri
isçtiqamətlərin
seçimi
yeni
konseptual
baxışlardan
istifadədə tədqiq edilən sahənin nəzəri və metodoloji
əsaslarında oriyentasiya olunaraq özünün müəyyən elmi
yenilik, istiqaməti və tədqiq metodikası ilə fərqlənməlidir.
Dissertasiya işinin praktiki hissəsi uyğun metodoloji əsas və
yanaşmada peşəkarlıq sahəsində müvafiq model işləmələri
üzərində magistrantın praktiki məsələləri həll etmək
bacarığını nümayiş etdirməlidir.
IV. MAGİSTR DİSSERTASİYASININ M ƏZM UNU VƏ
ONUN STRUKTURUNA QOYULAN TƏLƏBLƏR
Dissertasiya işi ixtisas üzrə elmi-təcrübi ədəbiyyatın dərin
öyrənilməsi, müvafiq statistik informasiyanın geniş təhlili
əsasında yerinə yetrilir.
Hər bir dissertasiya işində problemin qoyuluşu və onun
işlənməsi iqtisad elminin və müvafiq təcrübənin aktual
inkişaf meylləri ilə rabitəli şəkildə həllini tapmalıdır.
Magistr dissertasiyası şəxsi tədqiqat tövhələrində əks
olunan daxili vəhdətə malik quruluşda və məntiqi
ardıcıllıqda magistrantın açıq müdafiə üçün irəli sürdüyü
elmi-nəzəri və praktiki əhəmiyyətli müddəa və nəticələrin
məzmununu əhatə etməlidir.
11
|