Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu azərbaycan döVLƏT İQTİsad universiteti


Tədqiqatın  obyekti  və  predmeti



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə5/65
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#49302
1   2   3   4   5   6   7   8   9   ...   65
Tədqiqatın 
obyekti  və  predmeti: 
Obyekt  problem
situasiyanı  yaradan və  öyrənilməsini  şərtləndirən  proses  və 
hadisəni,  predmet isə həmin obyektin hüdudlarında olanları 
əhatə  edir.  Obyekt  və  predmet  elmi-tədqiqat  prosesinin 
kateqoriyaları olaraq öz aralarında ümumi və xüsusi nisbəti 
bölüşürlər.  Obyektdə  tədqiqat  predmetinə  xidmət  göstərən 
hissə  ayrılır.  Predmet  isə  tədqiqat  işinə  təyinat  verir  və  bu 
baxımdan  da  dissertasiyanın  tütul  vərəqində  təsbit  olunan 
adla uzlaşır.
Tədqiqatın  informasiya  bazası  və  işlənməsi  metodları 
bölümündə 
faktiki 
materialın 
əldə 
edilməsi, 
informasiyaların  rəsmi,  elmi,  ədəbiyyat  və  biblioqrafik 
mənbələri,  tədqiqat  instrumentariyası  və  nəzəri-metodoloji 
əsasları göstərilir.
Tədqiqatın elmi yeniliyini orjinal elmi  nailiyyət və praktiki 
tətbiq  dəyərlərini  ifadə  edərək  bir  cümlə  əsasında 
formalaşdırılır.  Onun  təsnifat  strukturu  verildikdə  isə  hər 
bir  istiqamət  üzrə  ayrıca  təqdimatda  verilir.  Tədqiqatçı 
çalışmalıdır  ki,  hər  bir  fəsil  üzrə  həqiqiliyi  əsaslandırılmış 
müəyyən  elmi  yeniliyə  nail  olsun  və  onlar  tədqiqat 
vəzifələrindən  sayca  az  olmaqla  fərqli  məzmun  ifadə  etsin.
13


Burada  elmi-əməli  nəticəlik:  «ümumi  yanaşmalardan
fərqlənir»,  «daxil  edir)),  «tətbiq  edilməklə  alınmışdır)), 
«imkan  verir))  kimi  ifadələr  quruluşunda  əsaslandırılaraq 
təqdim olunur.
Tədqiqatın praktiki əhəmiyyəti bölümündə  dissertasiyamn 
mahiyyətindən  irəli  gələn  ümumi  frazalarla  yanaşı,  eyni 
zamanda,  onun  konkret  və  aydın  təcrübi  əhəmiyyətliliyi, 
mümkün  qədər  tətbiq  sferası,  və  praktiki  əhəmiyyəti 
göstərilməlidir.
Giriş hissəsi 4 səhifədən çox olmamaqla tərtib edilir.
Tədqiqatçının  mövzu  üzrə  elmi  əsərləri  olduqda  onların 
siyahısı verilir.
Əgər  iş  aprobasiya  üçün  qəbul  edilmişsə  bu  zaman  tətbiq 
üzrə akt və arayışlar təqdim olunur.

Fəsil:  Baxılan  problemin  metodoloji  tədqiq  seçimi 
əsaslandırılmış nəzəri konsepsiyaların icmalını əks etdirir.
Burada  müxtəlif  nəzəri  konsepsiyalara  baxılma  və 
qiymətləndirmə,  həll  edilən  problemə  metodoloji  yanaşma 
üstünlüyü  sezilməli,  tədqiqat  obyekti  və  predmetinin  dəqiq 
şərhi  verilməli,  çatışmamazlıqlar  və  zəif  tərəflər  öz  əksini 
tapmalıdır.  Tövsiyyə  edilir  ki,  tədqiqat  obyekti  və 
predmetinin  ölkə  və  xarici  praktikada  analoqlarının 
funksionallığı təhlil olunsun.
Bu  bölümdə  müəllif  tədqiqat  sahəsində  mövcud  aparatı 
təhlil  edərək müəyyən  anlayışları  özünün tənqidi mülahizəli 
yanaşmasında 
qiymətləndirməlidir. 
Müəllif 
həmçinin 
burada metodoloji və təhlili əsaslandırmalarla müvafiq elmi 
və  tədris  ədəbiyyatlarında,  dərslik  və  dərs  vəsaitlərində 
əksini  tapan  nəzəriyyə  və  praktikanın  başhca  inkişaf 
meyllərini də göstərməlidir.
14


II  Fəsil:  Konkret  problem  situasiyaların,  proseslərinin  və 
fəaliyyətlərin sistem göstəricilərinin təhlilinə həsr olunur.
Bu  bölüm  məzmunca  üstün  təhlili  xarakter  daşıyır. 
Konkret  firma,  sahə  və  sferanın  timsalında  fəaliyyət 
praktikası  tədqiq  olunur,  hərəkət  mexanizmi  açılır  və  təhlil 
edilir.
Burada təhlil zamanı tədqiq olunan sahənin vəziyyətini və 
dinamikasını 
xarakterizə 
edən 
müasir 
statistik 
məlumatlardan,  firma,  sahə,  region  və  sferanın  hesabat 
materiallarından  geniş  istifadə  olunur.  Bu  bölüm  baxılan 
problemin  hər  bir  tədqiqat  istiqaməti  üzrə  konkret  təhlil 
nəticələrini əks etdirməlidir.
Fəslin  işlənməyə  hazırlıq  mərhələsində  təhlilin  müxtəlif 
metodlarından  və  həmçinin  informasiyaların  emalında 
xüsusi kompyüter proqramlarından istifadə olunmalıdır.
III Fəsil:  Aparılan tədqiqatın nəticələri  qiymətləndirilir və 
təqdim olunur.
Bölüm  müəllif  tərəfindən  aparılan  tədqiqatın  təhlilinin 
əsaslandırılmış  nəticələrini  əks  etdirməlidir.  Burada  tədqiq 
edilən  sahənin  fəaliyyət  mexanizminin  təkmilləşdirilməsini 
əsaslandıran  metodik  və  təşkilati  tədbirlər  təklif  olunur. 
Müəllif  bu  istiqamətdə  özünün  müəyyənləşdirdiyi  həll 
mexanizmini  bir və ya çoxvariantlı formada təqdim edir.  Bu 
variantlar  həlli  verilən  tədqiqat  probleminin  konkret 
nümunədə,  müvafiq  hesablama  və  qiymətləndirməsinə 
əsaslamr.  Aparılmış  hesablamalar  müəllifə  proseslərin 
təkmilləşməsi  istiqamətində  tədqiqat  obyektinin  təhlilindən 
irəli  gələn  praktiki  tövsiyyələrin  verilməsinə  imkan 
yaratmalı, 
onların 
reallaşması  tədbirlərinin  səmərəsi 
əsaslandırılmalıdır.
Əsaslandırılaraq  fəsillərin  məzmunu  təqdim  olunan 
istiqamətlərdən fərqlənə bilər.
15


Fəsillərin  daxili  paraqrafların  sayı  2-dən  az  ola  bilməz. 
Zəruri 
elmi-metodoloji 
əsaslandırmalarla 
tədqiqatın 
fəsillərinin sayı artırıla bilər
Magistrant  tədqiqat  işinin  hər  bir  bölümünə  baxılan 
problemə uyğun ad verməlidir.
Tədqiq 
olunan 
problemin 
işıqlandırılması 
zamanı 
informasiya  mənbələri  mütləq  göstərilməlidir.  Bu  zaman 
təqdim  edilən  istinadlar  ədəbiyyat  siyahısındakı  nömrə 
sırasına uyğun mötərzə formasında verilir.

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin