I X .E LM İ-TƏ D Q İQ A T TƏ C R Ü B Ə SN İN K İT A B Ç A S I Elmi-tədqiqat təcürbəsinin kitabçası /bundan sonra kitabça/ təcrübə prosesi üçün əsas uçot, davamiyyət və
keyfiyyətli təlim üzrə mənimsəmə sənədi funksiyasını yerinə
yetirir. Magistrantlar təcrübə keçərkən yerinə yetirdiyi
tapşınqlar, öyrəndiyi bilgilər və digər tələb olunan məsələlərlə
bağı elmi-tədqiqat təcrübəsi kitabçasında müvafiq qeydlər
apranrlar.
Elmi-tədqiqat təcrübəsinin təşkili və keçirilməsi ADİU-
nun rektorunun əmrinə əsasən kitabça «Təcrübə və işədüzəltmə
şöbəsi» tərəfindən müvafiq rekvizitləri doldurularaq ixtisas
kafedrasının müdiri və magistr proqramının rəhbərinin
təsdiqinə göndərilir.
«Təcrübə
və
işədüzəltmə
şöbəsi»
elmi-tədqiqat
təcrübəsinin başlanmasına azı 2 həftə qalmış kitabçanı təcrübə
rəhbəri vasitəsi ilə magistranta təqdim etməlidir.
Kitabça aşağıdakı bölmələri əhatə edir.
& Magistraytın təcrübə vərəqi;
& Təcürbəsinin keçirildiyi yerə daxil olma və qurtarma
müddətinə dair qeydlər;
& Elmi-tədqiqat
təcrübəsinin
səmərəli
keçrilməsi
haqqında magistranta verilən tövsiyyələr;
& Təcürbənin keçirilməsi və kitabçanın doldurulması üzrə
təlimat;
& Magistrantın fərdi iş planı (tapşırığı);
& Təcürbənin keçrilməsi üzrə gündəlik qeydlər;
& Magistrantın
elmi-tədqiqat
təcrübəsində
iştirakı
haqqında qeydlər;
& Təcrübə obyekti rəhbərinin qısa rəyi;
& Təcrübəyə aid olan hesabatların qəbulu və müdafiə
zamanı çıxışın kompozisiyası.
Elmi-tədqiqat təcrübəsi keçən hər bir magistrant
62
kitabçanın bütün bəndlərini fərdi iş planına (taşırığı) uyğun
olaraq qısa şərhdə dolğun və məzmunlu doldurulması
istiqamətində sərbəst qaydada gündəlik əməli fəaliyyət
göstərməlidir.
Əyani formada təhsil alan magistrantlar kitabçada 20 gün,
qiyabi təhsil alanlar isə 10 gün üçün qeyd aparmalıdırlar.
Təcrübə obyektinin rəhbəri magistrantların davamiyyəti
haqqında kitabçada hər gün müvafiq qeydlər aparmalıdır.
Elmi-tədqiqat təcrübəsinin sonunda təcrübə obyektinin
rəhbəri kitabçanın müvafiq bölümündə magistrantın fəaliyyəti
üzrə
qısa
rəy
yazmalıdır.
Qısa
rəydə
aşağıdakılar
göstərilməlidir:
& magistrant tərəfindən elmi-tədqiqat təcrübə proqramının
yerinə yetirilməsi səviyyəsi;
& əmək və icra intizamına riayət dərəcəsi;
& peşəkarlıq səriştələrinə maliklik;
& yaradıcı yanaşma qabiliyyəti;
& sərbəst işləmək bacanqı;
& təhlil və özünütəhlil dərəcəsi;
& sənədlərin tərtibat keyfiyyəti;
& hesabatının kafedrada müdafiə olunmaq üçün tövsiyyə
edilməsi.
Hesabat və kitabça tam hazır vəziyyətdə elmi rəhbərə və
onun tərəfindən ixtisas kafedrasına təqdim olunmalıdır.
Elmi rəhbəri müvafiq hesabatın strukturu və həcminin
müəyyən olunmasında əlavə göstərişlər verə bilər.
Elmi-tədqiqat
təcrübəsinin
kitabçasının
nümunəsi
mövcud metodik göstərişin ayrılmaz hissəsi olaraq əlavə
olunur.
63