Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə34/65
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#49302
1   ...   30   31   32   33   34   35   36   37   ...   65
XIII.  YEKUN ATTESTASİYASI
Yekun  attestasiya  elmi-tədqiqat  təcrübəsinin  hesabatının 
müdafiəsi  formasında magistr proqramının və  elmi  rəhbərlərin 
iştirakı  ilə  təqdim  olunmuş  müvafiq  sənədlər  əsasında  ixtisas 
kafedralarında  keçirilir.  Bu  məqsədlə  ixtisas  kafedrasında  3 
nəfərdən  az  olmayaraq  attestasiya  kommisiyası  yaradılır. 
Kommisiyanın  tərkibinə  ixtisas  kafedrasının  müdiri  Isədrl
elmi-tədqiqat  təcürbəsinin  rəhbəri  və  ixtisas  kafedrasının 
müəllimləri  sırasında üzv  və  üzvlər  daxil  edilir.  Elmi-tədqiqat 
təcrübəsi  ADİU-da  keçirildiyi  təqdirdə  təcrübə  obyektinin 
rəhbəri də kommisiyaya üzv kimi daxil edilir.
Yekun 
attestasiyada 
hesabatın 
müdafiəsi 
zamanı 
magistrant  elmi-tədqiqat  təcrübəsi  zamanı  əldə  olunan 
nailiyyətlərlə  çıxış  etməli,  özünün  qazandığı  yeni  təjrübi 
bilikləri təqdim etməlidir.
Elmi-tədqiqat təcrübəsinin  yekunları  differensial  məqbul 
formatında beş ballı  sistem üzrə qiymətləndirilir və nəzəri təlim 
qiymətləri ilə eyni səviyyədə götürülür.
Yekun  attestasiyasının  nəticələri  magistrantlar tərəfindən 
hazırlanmış  hesabat  materiallarının  keyfiyyəti  və  həcminə 
müqabil  olaraq təcrübə proqramı və fərdi  iş planının (tapşırığı) 
yerinə yetrilməsi  səviyyəsi  ilə müəyyən edilir.  Qiymətləndirmə 
kompleks  şəkildə  aparılır  və  buraya  tədqiqatçının  fuksional 
fəaliyyəti  üçün  bütün  vacib  xüsüsiyyətləri  və  cəhətləri  əhatə 
edən aşağıdakı göstəricilər daxil olunur:
>  elmi-tədqiqatın  metodoloci  əsaslarına  yiyələnmək  və 
mənimsədiyi  bilgiləri  seçilmiş  magistr  dissertasiyasının 
yazılışında bacarıqla tətbiq etmək;
>  elmi  informasiyanın  seçim,  təhlil  və  emalının  müasir 
metodlarından bacarıqlı istifadəni gerçəkləşdirmək;
>  elmi yaradıcılığa olan maraq və motivasiya;
>  məsuliyyət və müstəqillik dərəcəsi;
67


>  apardığı eksperimentlərin keyfiyyət nəticəliyi;
>  elmi-tədqiqat  işlərinin  planlaşdırılması  və  hazırlanması 
üzrə  müvafiq  nomativ  sənədləri  və  metodologiyanı 
bilməsi;
>  məqsədlərə  çatmaq  üçün  real  imkanları  və  ehtiyatlan 
nəzərə almaq bacanqı;
>  elmi-tədqiqat işində texniki  vasitələrdən istifadə bacanqı 
və özünü təkmilləşdirmə keyfiyyəti;
>  elmi  və  təcrübə  obyektinin  rəhbərlərin  tapşırıqlarının 
yerinə yetiriməsinə münasibət.
>  özünü təhlil və özünü qiymətləndirmə səriştəsi.
Müsbət  qiymət  almaq  üçün  magistrant  elmi-tədqiqat
təcrübəsinin proqramm tələblərini  tam  yerinə  yetirməli, jari  və 
yekun  sənədləri  vaxtında  tərtib  etməlidir.  /Əlavə  3-də  elmi- 
tədqiqat təcürbəsinin yekun attestasiyası sənədi təqdim olunur/.

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin