Elmi-tədqiqat təcrübəsi
magistr proqramının
mühüm tərkib hissəsi olmaqla iqtisad yönümlü fənnlər üzrə
elmi kadrların keyfiyyət hazırlığının başlıja amillərindən biri
kimi çıxış edir. O, müasir tələblər səviyyəsində elmi-tədqiqat
prosesinin
təşəkkül
və
reallaşması
istiqamətində
magistrantların aldıqları elmi-nəzəri bilikləri təjrübi səriştə və
vərdişlərlə
zənginləşdirərək
geniş
elmi-əməli
fəaliyyət
sferasında möhkəmləndirilməsi, magistr dissertasiyasının elmi-
metodik keyfiyyətdə yerinə yetrilməsi məqsədi daşıyır.
Hörmətli magistrantlar!
Siz elmi-tədqiqat təcrübəsi zamanı hazırladığınız fərdi iş
planına uyğun olaraq,
əldə etdiyiniz nəzəri bilikləri
genişləndirməli və
dərinləşdirməli, təcrübə prosesində əldə
edilmiş nətijələrin magistr dissertasiyasında və gələcək elmi-
yaradıcılıq fəaliyyətində məqsədyönlü
istifadə etməlisiniz
Elmi-tədqiqat işlərinin layihələşdirilməsi və təşkilinin
metodik işini reallaşdırmağı, dissertasiya işinin nəticələri üzrə
eksperimentlər aparmağı, referatlar, elmi məqalələr yazmağı,
biblioqrafiya, kataloqlarla işləməyi və problemlər bankı
hazırlamağı
bacarmalısınız.
Dostları ilə paylaş: